Yuxudan əvvəl nələri düşünək? - Gözəl əxlaq dinin yarısıdır - Əxlaq - İslamda nələr var? - gunahkar-bende
Çərşənbə axşamı, 2016-12-06, 1:12 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Yuxudan əvvəl nələri düşünək?
2013-08-28, 8:43 PM

Yuxudan əvvəl nələri düşünək?


Yuxu insan həyatında mühüm rola malik olan amildir. İnsanın ayıq olan zaman sağlam həyat sürməsinə kifayət qədər təsir qoyar. Yuxusuzluq və pis yatmaq həyatımıza mənfi təsir vurar.

Dini mənbələrdə yuxudan əvvəl bəzi nöqtələrə diqqət edib, onlara riayət etməyimiz tövsiyə edilir. Hətta yatmamışdan əvvəl nələri düşünməyimizi belə bizlərə öyrədirlər. İmam Sadiq (ə) bu haqda buyurur: "Nə zaman yatağına uzansan, həmin günü qarnına hansı yeməyi yediyini, nə əldə etdiyini yadına sal. Yadına sal ki, öləcəksən və qarşıda məadın vardır”.



Əgər gecə yatmamışdan qabaq dəstəmaz alsan, onun təsirini rahat yuxuda hiss edərsən. Bununla yanaşı bu əməl sizə savab qazandıracaqdır. Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: "Hər kim gecəni dəstəmazla yatarsa, sanki bütün gecəni ibadətlə məşğul olmuşdur”.

İmam Sadiq (ə) buyurur: "Hər kim dəstəmazlı halda yatağa gedər və yatarsa, o halda yatar ki, yatağı məscid və ibadətgahı olar”.

Bu hədislərdən belə nəticə çıxartmaq olar ki, hər kim dəstəmazlı yatarsa, sanki məsciddə ibadət edər və səhərə qədər ibadətlə məşğul olar.



Bundan başqa, Məsumlar (ə) bizə Qurana və zikrlərə pənah aparmağımızı tövsiyə edirlər. Bunun üçün yatmamışdan qabaq bəzi surələri oxumaq sifariş edilir. Peyğəmbər (s) buyurur: "Hər kəs yatmaq üçün yatağına gedərsə, "Tövhid” ("İxlas”) surəsini oxuyarsa, Allah 50 illik günahlarını bağışlayar”.

Həzrət başqa yerdə buyurur: "Hər kim yatan zaman "Təkasur” surəsini oxuyarsa, qəbir əzabından amanda qalar”.



Yatan zaman "Nas” və "Fələq”, "Ayətül-kürsü” oxumaq ən çox tövsiyə edilir. Bu, yuxunu rahat edər. İmam Baqir (ə) buyurur: "Hər kim yatan zaman qorxarsa, yatağına girən zaman "Nas”, "Fələq”, "Ayətül-kürsü” surələni oxusun”.


Məsumlar (ə) bizə yuxuda ifrat və təfrit etməməyi tövsiyə edirlər. İmam Sadiq (ə) buyurur: "Həqiqətən, Allah az iş görməyi və çox yatmağı düşmən bilir”. "Çox yatmaq din və dünyanı bada verər”.

İmam Sadiq (ə) başqa yerdə buyurur: "Çox yatmaq çox su içməkdən qaynaqlanır, çox su içmək isə çox yemək yeməkdən nəşət alır. İçəcəklərdə ifrat etmək nəfəsi ağırlaşdırar, qəlbi qəsavətli və zülmətli edər. Allah Təalanın ibadətini yerinə yetirmək üçün süstlük yaradar, insan təfəkkürdən və təvazökarlıqdan qalar”.



Yuxusuzluğun səbəbləri.

İmam Sadiq (ə) buyurur: "Beş nəfərin yaxşı yuxusu olmaz: 1. O kəs ki, başqasının qanını tökməyi qəsd edər. 2. Çox sayda mal və dövləti olan insan ki, onu qorumaq üçün yaxşı gözətçisi olmaz. 3. Dünya malından faydalanmaq üçün başqasına töhmət və iftira atan insan. 4. Borcunu verə bilməyən insan. 5. Ayrılıqdan nigaran olan aşiq”.



Yatmaq üçün ən yaxşı vaxt.

Mübarək dinimiz gecə yuxusunu çox tövsiyə edir. Belə ki, buyurur ki, gecənin ilk yarısını yat və gecənin sonunu ibadətlə məşğul ol.



Məsləhət görülməyən saatlar.

- Sübh namazından günəş çıxana qədər olan vaxt.

- Məğrib və işa namazları arasında.

- Əsr namazından sonra.



(Tebyan/ Deyerler.org)



Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 344 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]