Cümə axşamı, 2024-04-18, 4:48 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Yersiz utancaqlıqdan qurtulmaq gərək
2013-06-01, 4:58 AM
Yersiz utancaqlıqdan qurtulmaq gərək

 O kəslər ki, yersiz utancaqlıq xəstəliyinə düçar olublar, çox yaxşı bilirlər ki, xəcalət çəkməkdən narahatedici bir şey yoxdur. Yersiz utancaq insanlar ictimai rabitə quran zaman və tanımadıqları qohumlarını görən zaman iztirab çəkərlər. Bu iztirab onların zahirindən aşkar olar.


Məsələn, söhbət edən zaman üzləri qızarar, tərləyərlər. Ürək döyüntülərinin sayı artar, nigaran olarlar. Onlar həmişə nigaran olarlar ki, başqaları onlar haqqında necə düşünər. Ona görə də insanlardan qaçar və onlarla əlaqə yaratmaq istəməzlər.

Yersiz utancaq insanlar öz qabiliyyətlərindən lazımlı qədər istifadə edə bilməzlər. Ona görə də bir çox ictimai nailiyyətlərini əldən vermiş olarlar. Hər bir halda bu onun həm ictimai rabitələrinə, həm dostları ilə münasibətinə və həm də ailə rabitələrinə mənfi təsir qoyar.

Adətən yersiz utancaq cavanlar hansısa konfransda suallara cavab verən zaman iztirab çəkərlər. Ona görə də bu cür konfranslardan qaçarlar. Bununla da ictimai fürsətləri əldən vermiş olarlar. Bu cür insanların dostları da az olar. Onlar ictimai tədbirlərdə iştirak etməzlər. Onlar iradəsiz, bədbin insanlardır. Kompyuterdən həddən artıq istifadə edərlər. Adətən dostlarını və qohumlarını görməyə getməzlər.

Bəs niyə cavanların bəziləri yersiz utancaq olurlar? Əsasən ailə mühiti və uşağı həddən artıq danlamaq və ətraf mühit cavanların yersiz utancaq olmasına səbəb olar.

Cavanların yersiz utancaq olmasının amillərindən biri - ailə mühiti və valideynin bu cavanla rabitəsidir. O uşaqlar ki, valideyn sevgisi görmürlər, cavan olan zaman özlərinə olan inamı itirərlər. Ona görə də daima xəcalətli olurlar. Deyə bilərik ki, valideynin övlada göstərdiyi sevgi onun ailədə daha rahat və təhlükəsiz hissi ilə böyüməsinə gətirib çıxardar. Övlad hiss etməlidir ki, valideyn onun himayəçisidir və onu sevir. Ona hansısa bir zərərin dəyməsinə imkan verməz. Əgər uşaq ailədə özünü təhlükəsiz hiss etməzsə, özünə olan inamını əldən verər.

Ailə üzvlərinin arasındakı səmimiyyət və dostluq çox mühümdür. O zaman ki, ata ilə ananın arasında rabitə səmimi olmazsa, uşaq ruhi cəhətdən ziyan görər və stress keçirər və nigaran olar. Cavanlıq dövründə isə yersiz utancaqlığa düçar olar.

Çox təəsüf ki, valideynlərin əkəsiyyəti övladları səhv edən zaman onları danlayarlar. Onlar danışan və rəftar edən zaman kobud rəftar edərlər. Onun gördüyü hər bir əməli tənqid edərlər. Valideyn bilsə ki, bu danlamalar onun ruhuna nə qədər mənfi təsir qoyur, onu etməzdi. Bu hərəkət onun özünə inamını azaldar. Ona görə də agah və bilikli valideyn tənqid etmək yerinə, onunla dostcasına və səmimi söhbət etməlidir.

Görə biləcəyiniz ən sadə əməl odur ki, xəcalətli insanla rastlaşan zaman ilk addımı siz atın. Onlarla dostluq rabitəsi qurun. Onları tərifləyin və təşviq edin. Onunla gün ərzində baş verənlər haqqında danışın. Sonra da öz şəxsi fikrinizi bildirin.

Onlara öyrədin ki, hədəfə çatmaq və işində müvəffəqiyyət qazanmaq üçün yersiz utancaqlıqdan əl çəkməlidir. Öz nigarançılıqlarına son qoymalıdır.

Onlara öyrədin ki, zehnlərindəki mənfi fikirləri pak etsinlər. Müsbət fikirləri onun yerinə qoysunlar. Məsələn, dərin bir nəfəs çəksin və öz-özünə desin ki, mən xəcalətli insan deyiləm. Sakitləşdirici sözləri təkrar etsinlər.

Onlara deyin ki, həyalı olmaq - təbii və normal bir şeydir. Amma yersiz utancaqlıq – ayrı bir məsələdir. Hər bir kəs onu hiss edə bilər. Onları başa salın ki, insanlardan uzaqlaşmaq yerinə ictimai tədbirlərdə iştirak etsinlər. Yaxşı iş fürsətlərini əldən verməsinlər.

Yersiz utancaq insanlar bu hisslərinə qalib gələrlərsə, öz ictimai rabitələrindən böyük razılıq hissi əldə edəcək və bəhrə aparacaqlar.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 791 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]