Cümə günü, 2024-03-29, 1:08 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Yaxşı iş görmək imkanı – Allahın möminə hədiyyəsidir
2013-10-13, 6:06 AM
Yaxşı iş görmək imkanı – Allahın möminə hədiyyəsidir

  Fəzil Əyaz dövrünün məşhur ariflərindən idi. O, nəql edir ki, dərvişlərdən biri çox yoxsul idi və ailəsinin toxuduğu bir əşyanı bir dirhəmə satır. Evinə qayıdan zaman yolda dalaşan iki nəfəri görür. Onlar bir dirhəmə görə bir-biri ilə dalaşırdılar. Qərara alır ki, pulu onlara versin və bu davaya son qoysun. Belə də edir və evə əli boş gəlir. Həyat yoldaşı buna görə narahat olmur, əksinə sevinir ki, bir davanı sülhlə sonlandırmışdır.
Ona görə evdə satmaq üçün başqa bir şey axtarır və bir parça tapır. Əri bu parçanı götürüb yenə bazara yollanır, ancaq alıcı tapa bilmir. Yolda bir balıq satan görür, o, da balığı üçün alıcı tapa bilmirdi. Ona görə ona deyir ki, gəl mallarımızı dəyişək. Razılaşır və belə də edir. Balığı evə gətirir və arvadı bişirmək üçün onu təmizləyir. Qarnını yaranda oradan bir iri mirvari tapır və zərgərə apararaq, onu satır. Allah Təala bu bir dirhəmin qarşılığında onu sərvət sahibi edir. (Tebyan)
İmam Sadiq (ə) buyurur: "Səxavətli insan o kəsdir ki, öz malını haqq yolunda infaq edər”. Səxavətli olmaq - peyğəmbərlərin (ə) əxlaqındandır, səxavət dinin sütunlarından hesab edilir. Səxavətli mömin bağışlanılar. O kəs səxavət məqamına çatar ki, ali hümmətə malik olsun. Çünki səxavət yəqin sayəsində hasil olar. Hər kim məqsədini tanıyar, mal və sərvət nəzərində alçalar.
Həzrət Peyğəmbər (s) buyurur: "Allahın varlığı səxavətlə yoğrulmuşdur, səxavət gərək dünyanın gücsüz etdiyi dostlarımıza görə həyata keçirilsin. O kəs ki, səxavət əhli olar, gərək bütün insanları eyni cür müşahidə etsin. Mömin, kafir, günahkar, məsum, böyuk, kiçik - nəzərində bərabər olmalıdır. Ehtiyacı olanlara yemək versin, həyatlarının ehtiyacını təmin etsin. Onları geyindirsin, bəxşiş etsin. Əgər hər şeyini Allah yolunda xərcləyərsə, heç bir zaman peşman olmaz”.
Cəmil ibni Dərac deyir: "İmam Sadiq (ə) buyurur: Sizlərin ən yaxşısı - bağışlanmışlarınızdır. Sizlərdən ən pisi - paxıllarınızdır. Yaxşı iş - qardaşlarına ehsan etmək və onların istəklərini yerinə yetirmək üçün çalışmaqdır. Əgər bu işi görsəniz, şeytanı özünüzdən uzaqlaşdırarsınız. Cəhənnəmdən nicat taparsınız və behiştə daxil olarsınız. Ey Cəmil! Bu hədisi seçilmiş dostlarına çatdır”. Cəmil deyir: "Seçilmiş dostlar kimdirlər?”. Buyurdu: "O kəslər ki, qardaşlarına yaxşılıq edirlər, çətinliklərdə və rifahda onlara ürək-dirək verirlər”. Sonra buyurdu: "Ey Cəmil! O kəslərin ki, malı çoxdur, onlar üçün çətinlik olmayacaqdır. Ancaq Allah o kəslərə ki, az mal vermişdir, bununla belə infaq edirlər, onlar haqqında belə buyurur: "Yaxşı iş - Mənim mömin bəndələrimə hədiyyəmdir. Əgər onu qəbul edirsə, məlum olar ki, rəhmətim ona şamil olar. Əgər rədd edərsə, məlum olar ki, günaha batmışdır və ondan məhrum olmuşdur. Və bu onun tərəfindən olar, Mənim deyil. Xəlq etdiyim hər bəndəmi imana tərəf hidayət etdim. Onu paxıl etmədim. Bütün yaxşılıqları ona verdim”.
Səxavətin ən ali məqamı - fədakarlıqdır. Baxmayaraq ki, özünün ehtiyacın var, fədakarlıq edib, infaq edirsən. Həzrət Əlinin (ə) fədakarlığı dillər əzbəridir və bu fədakarlıq o yerə çatmışdır ki, "Leylətül-mubitdə” öz həyatını Peyğəmbərin (s) həyatının ixtiyarına verdi və onun yatağında yatdı.
 
/Deyerler.org/
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 673 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]