Yatmaqdan qabaq 3 dəfə “İxlas” surəsini oxumaq insanı həmin gecə hifz edər - Gözəl əxlaq dinin yarısıdır - Əxlaq - İslamda nələr var? - gunahkar-bende
Şənbə günü, 2016-12-10, 11:26 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Yatmaqdan qabaq 3 dəfə “İxlas” surəsini oxumaq insanı həmin gecə hifz edər
2013-10-03, 6:41 AM
Yatmaqdan qabaq 3 dəfə "İxlas” surəsini oxumaq insanı həmin gecə hifz edər

 
Ayətullah Əli Səadətpərvər buyurmuşdur: "Mənə insanları nişan verirdilər və gördüm ki, Peyğəmbərlər (s) və İlahi Övliyalar (ə) mənim cənazəmdə iştirak edirlər. Bu, da ona görədir ki, mən 40 il səhər çağı yüz dəfə "Tövhid” surəsini oxuyurdum və onu 124 min peyğəmbərin (ə) ruhuna hədiyyə edirdim”.
Bu surənin tilavətinin fəziləti haqqında çox sayda hədislər vardır. Onlardan birində deyilir: "Peyğəmbərdən (s) nəql edilir ki, buyurub: "Hər kim”Tövhid” surəsini yatan zaman üç dəfə oxuyarsa, Allah 50 min mələyi ona hakim edər ki, o gecə onu hifz etsinlər”.
İmam Əli (ə) Həzrət Peyğəmbərdən (s) nəql edir ki, buyurub: "O kəs ki, yatan zaman yüz dəfə "Tövhid” surəsini oxuyarsa, Allah onun 50 illik günahını bağışlayar”.
İmam Əli (ə) buyurur: "O kəs ki, sübh namazından sonra 11 dəfə ”Tövhid” surəsini oxuyarsa, o günü günah işlətməz, baxmayaraq ki, şeytan xar olar”. (Şeytan hər nə qədər çalışarsa, insanı günaha tərəf çəkə bilməz).
İmam Sadiq (ə) Peyğəmbərdən (s) nəql edir ki, Səəd bini Məazın qəbirində namaz qılır və buyurur: "Həqiqətən, 90 min mələk ona namaz qıldı və Cəbrayil (ə) də aralarında idi. Cəbrayildən (ə) soruşdum ki, necə olub ki, o, sizin namaz qılmağınıza haqq qazanmışdır? Cəbrayil (ə) deyir: "Ona görə ki, duran zaman, oturan zaman, minən və düşən zaman, yol gedən və gələn zaman "Tövhid” surəsini tilavət edərdi””.
İmam Sadiq (ə) buyurur: "Hər kim xəstəliyə və ya çətinliyə düşərsə, "Tövhid” surəsini oxumazsa, o xəstəliyin şiddətindən ölərsə, atəş əhlindəndir”.
"Hər kim yatağa gedər və 11 dəfə (Tövhid) surəsini oxuyarsa, onun və qonşularının evi amandadır”.
 
(Həvzəh/ Deyerler.org)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 262 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]