Yalanın əsl səbəbi nədir? Yalandan necə qurtulmaq olar? - Gözəl əxlaq dinin yarısıdır - Əxlaq - İslamda nələr var? - gunahkar-bende
Şənbə günü, 2016-12-03, 2:39 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Yalanın əsl səbəbi nədir? Yalandan necə qurtulmaq olar?
2014-01-27, 3:21 PM
Yalanın əsl səbəbi nədir? Yalandan necə qurtulmaq olar?

  Cəmiyyətin ən böyük bəlası - yalandır. Çox təəssüf ki, cəmiyyət bu günaha adət etmişdir. Hətta ən kiçik və dəyərsiz məsələlərdə belə yalan danışılır. Halbuki, yalan - ən çirkin və ən pis günahlardandır. Kəbirə günahdır. Yalan insanın dünya və axirətini İlahi rəhmətdən məhrum edər. İnsanların arasındakı etibarı gedər. Cəmiyyəti nifaqa düçar edər. Dilin bəlasıdır və axirəti xarab edər. (Tebyan)
Yalanın əsl səbəbi - yalançı insanın özünü alçaq hesab etməsi və həqarət kompleksinə malik olmasıdır. Yalanın mənbəyi isə bəzən yoxsulluq qorxusuna görə olar, bəzən də insanların ondan uzaqlaşmasına görə olar, bəzən də məqam və vəzifəsini əldən vermək qorxusuna görə ola bilər. İnsan yalan danışaraq, öz məqam və mövqeyini qoruya bilər.
Bütün günahların qapısı yalandan keçir. Yalançı insan adətən hər kəsə qarşı sui-zənn bəsləyir və bədbin olur. Yalan danışaraq, özünü böyük göstərməyə çalışır. İnsanın bu bəladan xilas olmağının səbəblərindən biri onun gətirdiyi nəticələrə və pis aqibələtə nəzər salmasıdır. Ola bilsin ki, yalan insana ani fayda versin, ancaq bu keçicidir, əbədi deyildir. Yalanı aradan aparmağın yollarından biri isə imanı gücləndirməkdir. İnsan gərək yalançılarla oturub-durmasın və mühitini bu cür insanlardan təmizləsin. Əksinə, əxlaqi fəzilətlərə malik olan insanlara yaxınlaşsın.
Yalan bütün günahların mənbəyidir.
Hədislərdə yalan bütün günahların açarı kimi tanıdılmışdır. İmam Baqir (ə) buyurur: "Allah Təala şər və pislik üçün qıfıllar qərar vermişdir. Bu qıfılların açarı şərabdır. Yalan şərabdan da pisdir”.
Yalançı insanın bədbəxtliyi ondadır ki, heç bir zaman düz danışa bilmir, əsk halda rüsvay ola bilər. Onu örtmək üçün adətən yalan danışmalıdır. Yalan insanı günah qarşısında azad buraxır.
Mömin yalan danışmaz.
Əlbəttə ki, mömin heç bir zaman bu günaha əl atmaz. Bir gün Həsən ibni Məhbub İmam Sadiqdən (ə) soruşur: "Ola bilərmi ki, mömin qorxaq olsun?”. Buyurur: "Bəli”. Deyir: "Mömin yalan danışarmı?”. Buyurur: "Xeyr, bunu bil ki, mömin xain də olmaz. Agah ol ki, mömin mümkündür ki, hər bir sifətə malik olsun. Ancaq xəyanət və yalana bulaşmaz”.
Yalan - nifaqın mənbəyidir.
"Odur ki, Allaha verdikləri vədə xilaf çıxdıqlarına və daim yalan danışdıqlarına görə, Allah Onunla görüşəcəkləri günə (Qiyamət gününə) kimi onların qəlblərinə bir nifaq saldı”. ("Tövbə” 77).
Yalan imanla uyğun gəlməz.
Həzrət Peyğəmbər (s) buyurur: "Yalan nifaqın nişanələrindəndir və imanla uyğun gəlməz”. İmam Əli (ə) buyurur: "Bəndə imanın dadını dadmadan yalanı buraxmaz, istər zarafatla olsun, istərsə də ciddi”.
Yalan - ən pis sələmdir.
Həzrət Peyğəmbər (s) buyurur: "Ən pis və ən üstün sələm - yalandır”. Çünki sələm iqtisadi bir işdir və insanların sərmayəsini əldən verər. Ancaq yalanda insanların imanı zədələnər.
Yalançı əziyyət çəkər.
Həzrət Peyğəmbər (s) buyurur: "Düzgünlük - rahatlıqdır, ancaq yalan - qorxudur”. Yalançı həyəcan içində olar ki, məbada bu günün sözləri dünənki ilə təzad təşkil edər.
Yalançı insan gecə namazından məhrum olar. Yalançının abrı əldən gedər. Həzrət İsa (ə) buyurur: "O kəsin ki, yalanı çox olar, Allah yanındakı hüsnü, camalı, vüqarı aradan gedər. Belə ki, insanlar ona nifrət edərlər”.
Yalançı ilə dost və rəfiq olmaq olmaz. İmam Əli (ə) buyurur: "Müsəlman gərək yalançı ilə dost olmaqdan çəkinsin. Çünki yalan danışmağa görə düzgün desə belə, inanılmaz”.
Yalan ruzini azaldar.
Həzrət Peyğəmbər (s) buyurur: "Yalan ruzini azaldar, mümkündür ki, mömin hər bir sifətə malik olsun və hətta onunla ölsün. Ancaq xəyanət və yalana bulaşmaz”.
Ona görə də bu kəbirə günahdan uzaq olaq. İmam Baqir (ə) buyurur: "Yalan imanı viran edər, elə ona görə də İmam Əli (ə) yalanın nəticəsini dünyada xarlıq və axirətdə isə əzab olduğunu bəyan etmişdir”.
Allah bizləri yalandan uzaq olanlardan qərar versin.
 
/Deyerler.org/
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 420 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]