Cümə günü, 2024-03-29, 1:44 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Yalan danışmaq və vədinə əməl etməmək
2013-08-02, 4:44 AM

Yalan danışmaq və vədinə əməl etməmək


 İslam təlimlərində vədə vəfa etmək - imandan sayılır. İmanı tanımağın yolu bir insanın vədinə əməl etməsi ilə biruzə olar.

Bir cəmiyyətin davamlı olması üçün vədə əməl etmək mühüm məsələlərdəndir. Verdiyin sözə vəfa etmək sədaqət və düzlüyün nişanəsidir. İndiki cəmiyyət etimadsızlıqdan əziyyət çəkir.

Etimad - cəmyiyətin ən böyük sərmayəsidir. Etmadsızlıq cəmiyyəti məhv edər. Ona görə də İslam təlimlərində etimada və onun amillərinə xüsusi diqqət edilir.

Quran buyurur: "Ey iman gətirənlər, etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? (Niyə əməl etməyəcəyinizi bilə-bilə vəd verirsiniz?) Etməyəcəyiniz bir şeyi deməyiniz Allahın yanında çox mənfurdur”. ("Səff” 2-3).

İbni Sayeğ nəql edir ki, İmam Sadiqə (ə) dedim: "O kəs ki, Əhli-beyt (ə) davamçısıdır, ancaq danışan zaman yalan danışar, verdiyi vədindən qaçar, onun yanında bir şeyi əmanət qoyan zaman əmanətə xəyanət edər. Bu kişinin imanının yeri harada olar?”. İmam Sadiq (ə) buyurdu: "Onun imandakı yeri küfrün yerinə yaxındır. Ancaq hələ kafir olmamışdır”.

 Yəni küfrə düçar olan şəxs üç əməli rahatlıq yerinə yetirər: yalandan danışmaqdan qorxmaz, vədə verən zaman onu yerinə yetirməyi qəsd etməz, onun yanına qoyalan əmanətə istər mal olsun, istərsə də qeyri-mal - xəyanət edər. Bu insanın küfrə yaxınlığı daha çoxdur, nəinki imana.

İmam Əli (ə) Malik Əşrətə tövsiyə edir ki, məbada insanlara vədə versin, sonra isə ona əməl etməsin. Çünki bu əməl həm Allahı və həm də insanları qəzəbləndirər.

Mühüm görünməyən bu əməl imanı çürüdər. Belə ki, bu əməl sayəsində iman küfrə o qədər yaxınlaşar ki, imandan xaric olar. Nəticədə küfrə çatar. İnsan imandan hər nə qədər uzaqlaşarsa, o qədər də küfrə yaxınlaşar. Şeytanın həmdəmi olar. O kəs ki, şeytanın həmdəmi olar, çox pis həmdəmə düçar olar.

 

(Tebyan/deyerler)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 761 | Downloads: 0 | Comments: 1 | Rating: 0.0/0
Total comments: 1
0  
1 KubraZ   (2013-08-04 1:27 PM) [Daxil et]
yalan danismaq cox pisdi insan ne vaxtacan yalan danisar...

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]