Xalis tövbə edənin günahını Allah necə örtər? - Gözəl əxlaq dinin yarısıdır - Əxlaq - İslamda nələr var? - gunahkar-bende
Çərşənbə axşamı, 2016-12-06, 1:11 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Xalis tövbə edənin günahını Allah necə örtər?
2013-08-19, 9:28 AM
Xalis tövbə edənin günahını Allah necə örtər?

əmişəm, ya deyər ki, buna görə etmişəm, ya da deyər ki, mən etmişəm və pis iş görmüşəm, ona görə də onu tərk etmişəm. Bu axırıncı növ üzrxahlıq - həmin tövbədir. Fiqh elmində tövbə - günahı tərk etməkdir. Etdiyi günaha görə peşman olub, onu tərk etməyi qərara almaqdır.
Quranda iki növ tövbənin adı çəkilmişdir: nusuh tövbə və mütləq tövbə. Mütləq tövbə o tövbədir ki, insan günahından peşman olar, bir daha həmin günaha qayıtmayacağını qərara alar. Nusuh tövbə isə o tövbədir ki, Allah insanları onun kimisinə dəvət edir. Çünki tövbə edənin varlığına müsbət təsir qoyar. Yəni bu tövbə növü insanları tövbə etməyə həvəsləndirər.
 
İmam Həsən Əsgəridən (ə) soruşurlar ki, nusuh tövbəsi nədir? Həzrət (ə) cavab verir: "Batini zahiri kimi olsun, bəlkə ondan da yüksək”.
Fəqihlər tövbəni müxtəlif cür mənalandırırlar. Ayətullah Seyyid Muhəmməd Kazım Yəzdinin nəzərinə görə, tövbə üçün peşman olmaq kifayətdir. Mərcəyi-təqlidlərin bir çoxu da bu fikri qəbul edirlər.
 
"Ey iman gətirənlər, Allaha xalis bir tövbə edin”. ("Təhrim” 8).
"Ey möminlər, hamınız (bütün cəhətlərdə) Allaha tərəf qayıdın ki, bəlkə nicat tapdınız”. ("Nur” 31).
"Və (yadınıza salın) o zaman(ı) ki, Musa öz qövmünə dedi: «Ey mənim qövmüm, həqiqətən, siz buzova sitayiş etməklə özünüzə zülm etdiniz. Odur ki, Yaradanınıza tərəf (qayıdaraq) tövbə edin və özünüzü öldürün (tövbə və zahidliklə öz nəfsi istəklərinizi öldürün. Yaxud günahsızlar buzova sitayiş edənləri öldürsünlər) ki, bu əməl Yaradanınızın yanında sizin üçün daha yaxşıdır»”. ("Bəqərə” 54).
 
İmam Sadiq (ə) buyurur: "O zaman ki, bəndə xalis tövbə edər, Allah onu sevər. Sonra günahını örtər”. Soruşarlar ki, necə örtər? Buyurur: "Onun əleyhinə yazan məmur mələklərə unutqanlıq hakim edər, insanın bədəninə və bütün yerə vəhy edər ki, onun günahını gizlətsinlər. O gün ki, Allahla görüşər, o halda ki, görüşər ki, əleyhinə günahlarına görə şəhadət verəcək bir şey qalmaz”.
 
İmam Əli (ə) buyurur: "Allaha tərəf tövbə edin, Onun behiştinə daxil olun. Çünki Allah tövbə edənləri və pak olanları sevir. Mömin o kəsdir ki, çox qayıdar (tövbə edər)”.
İmam Rza (ə) buyurur: "Günahından tövbə edən o kəs kimidir ki, günahı olmaz”.

İmam Baqir (ə) və İmam Sadiqdən (ə) nəql edilir ki, buyurublar: "Adəm (ə) dedi: "Allahım! Şeytanı mənə hakim etdin, ona mənim bədənimdə yer verdin. Ona görə mənə onun qarşılığında bir şey əta et”. Xitab gəlir: "Ey Adəm! Sənin üçün belə təqdir etmişəm: sənin övladlarından hər kim günah işlətmək üçün qəsd edər, ona yazılmaz. Əgər ondan sonra onu yerinə yetirərsə, onun üçün bir günah yazaram. Hər kim yaxşı işi qəsd edər, əgər onu yerinə yetirməsə, onun üçün bir həsənə yazaram. Əgər onu yerinə yetirərsə, onun üçün on həsənə yazaram”. Deyir: "Allahım! Çox et”. Buyurur: "Hər kim pis əməl yerinə yetirər, sonra ona görə bağışlanma diləyərsə, onu bağışlayaram”. Deyir: "Allahım! Çox et”. Xitab gəlir: "Tövbəni onlar üçün qərar verdim və onu genişləndirdim o zamana qədər ki, nəfəs boğaza çatar”.
 
Allahın biz insanlara verdiyi bu böyük rəhmətdən qafil olmayaq.
 
(Tebyan/Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 365 | Downloads: 0 | Comments: 2 | Rating: 5.0/1
Total comments: 2
+1   Spam
2 GADİR   (2013-08-20 4:49 PM)
YA RƏBB BU DÜNYADA OLAN VƏ BU DÜNYADAN KÖÇÜB GEDƏN  MÖ`MİNLƏRİN GÜNAHLARİNİ BAĞİŞLA. YA RƏBB SƏNİN RƏHMƏTİNƏ, MƏRHƏMƏTİNƏ, RƏHİMLİYİNƏ VƏ RƏHMANLİĞNA XATİR-YA RƏBB !

+1   Spam
1 leyl   (2013-08-19 2:24 PM)
angel2 cox saqolun melumata gore

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]