Şənbə günü, 2024-04-20, 12:39 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Valideyn övladının namaz qılmasına görə məsuldur
2013-10-03, 6:40 AM
Valideyn övladının namaz qılmasına görə məsuldur

 İslam dininin böyük əhəmiyyət verdiyi yerlərdən biri də evdir. Çünki çox sayda əxlaqi fəzilət və rəzilliklər elə bu mühitdə meydana gəlir. Ev mühiti müqəddəs bir yerdir ki, atadan, anadan, övladlardan təşkil edilir. Hər birinə ehtiram göstərmək vacibdir. Hər birinin öz məsuliyyəti vardır.
Ailə mühitinin sağlam qalması üçün namaz və zikr vasitəsilə evdə mənəvi fəza yaratmaq olar. Bu yolla ailə üzvlərində əxlaqi fəzilətlər artar və rəzilliklər aradan gedər. Əks halda ev əhli məhvə doğru gedər. Əgər bir evdə mənəviyyat olmazsa Quranın buyurduğu kimi həmin ev zülmətli olar.
Mənəvi fəza yaratmağın yollarından biri də namazdır, hicabdır, salam verən zaman tələsməkdir, orucdur, fədakarlıqdır, sədaqətdir, cümə namazına getməkdir, məscidə və dini məclislərə getməkdir. Bütün bu əməllər ailədə mənəvi fəza yaratmağa xidmət edir.
Valiedeynin namazı əvvəl vaxtda qılması nəticəsində övladında namaza münasibətdə mənəvi ruh inkişaf edər. Ata və ana namaz qılan zaman ən yaxşı nümunə və örnəkdirlər. Namaz qılmayan valideyn necə övladını namaz qılmağa dəvət edə bilər ki?! Ona görə də valideyn özü namaz əhli olmalıdır. Müxtəlif yollarla övladlarını namaza təşviq edərlər. Məsumlar (ə) bizə tövsiyə edir ki, övladlarımızı 7 yaşından namaza hazırlayaq və məşğul etdirək. İstər qız olsun, istərsə də oğlan. Yəni, uşaq məktəbə gedən gündən namazı öyrənməli və onu qılmalıdır etməlidir. İmam Sadiq (ə) buyurur: "7 yaşında övladlarınıza əl və üzlərini yumağı öyrədin. Ona deyin ki, namaz qılsin”.
Bunu nəzərə almaq lazımdır ki, güclə vadar etmək heç bir nəticə verməz. Ona görə çalışmalıyıq ki, övladımız kiçik yaşlarından namaz qılmağa rəğbət bəsləsin. Uşağımızı təşviq edib, həvəsləndirməliyik. Buna görə övladınızı çoxlu tərifləyin, ona hədiyyə verin.
Bununla yanaşı, övladınızı cümə namazlarına aparmağa çalışın. İnsan toplumunu namaz qılan halda görsün. Böyük insanın belə, ibadət edən insan toplumuna düşən zaman ibadət ruhu artar.
Çox təəssüf ki, məscidlərə az getməyimiz nəticəsində övladlarımız bu nemətdən məhrum olurlar. Ancaq İslam bizə əmr edir ki, uşaqlarımızı hansı yolla olursa-olsun namaza təşviq edək. Qız övladlarımızı namaza təşviq etməyimizin ən yaxşı yollarından biri də həddi-büluğa çatmaq üçün keçirilən bayramdır. Yaxşı olar ki, bu bayramda onun üçün hədiyyə alıb, şəkil çəkdirəsiniz.
Övladlarımızı dini məclislərə aparmağa çalışaq. Onları bu yolla dinimizlə tanış edək. Namazımıza və qalan ibadətlərimizə diqqət edək. Bacardığımız qədər namazın fəlsəfəsini onlara başa salmağa çalışaq. Biz özümüz namaz qılmalıyıq, eyni zamanda övladlarımızın namazqılan olması üçün də məsuliyyət daşıyırıq.
 
(Tebyan/Deyerler.org)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 719 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]