Cümə günü, 2024-04-19, 11:14 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Vəsvəsəni necə müalicə edək?
2013-09-22, 6:48 AM
Vəsvəsəni necə müalicə edək?

Tebyan saytına istinadən, hal-hazırda müasir dövrümüzün ən böyük bəlası vəsvəsəlik xəstəliyidir. Yer üzündə təxminən 50 milyon nəfər buna düçar olmuşdur.
Psixologiya elmində vəsvəsəlik elə bir xəstəlikdir ki, fikrə, kəlməyə, ya da hansısa şəklə aid edilir. İnsanın iradəsinə hücum edir. İnsanın ruhi vəziyyətini öz kontrolu altına alır. Onda depressiya üçün şərait yaradır. Nəticədə insan yersiz və məcburi işlər görər və fikirləri çox narahat olar.
İnsan dinə hər nə qədər yaxın olarsa, cisim və ruhunun sağlam olması üçün daha çox çalışar və cəhd edər. Ona görə də Qurana müraciət edək və orada vəsvəsəliyin müalicəsi üçün dərman axtaraq.
Alimlərin nəzərinə görə vəsvəsə - çirkin fikirlərin qəlbə daxil olmasıdır. Quranın nəzərinə görə hər bir insan vəsvəsə xəstəliyinə düçar ola bilər. "Şübhəsiz, insanı Biz yaratdıq və nəfsinin ona nə ilə vəsvəsə etdiyini bilirik. Biz ona şah damarından da yaxınıq”. ("Qaf” 16).
Quranın nəzərinə görə vəsvəsə - mötədillikdən çıxmaqdır. Müxtəlif şəkillərdə büruzə olar. Bəzən etiqadda özünü zahir edər, bəzən də ibadət və qeyri-ibadət əməllərində.
 
Etiqad vəsvəsəsi o deməkdir ki, insanın inancında vəsvəsələr yaranar və əgər insan bu vəsvəsələrin ardınca gedər və onu daha da genişləndirərsə, insanı məhvə doğru sürükləyər. Ona görə də Quran etiqadda şəkk və şübhə etməyi pisləyir. Əgər bu şəklər elm və yəqinlik silahı ilə məhv edilərsə, zərər verməz.
 
Əməldə edilən vəsvəsə iki formada büruzə olar. İbadət zamanı və qeyri-ibadət zamanı. İnsan ibadət edən zaman dəstəmazında, qüslündə, namazında, orucunda və sairdə vəsvəsə edər. Hər bir vəsvəsə insanın ibadət savabını aradan aparar.
 
İnsan qeyri-ibadət zamanı da vəsvəsə edə bilər. Hər bir yerdə və hər bir məkanda şəkk və şübhə içərisində olar və ətrafındakılara əziyyət verər. Halbuki Allah buyurur: "Allah sizin üçün asanlıq istəyir, sizin üçün çətinlik istəmir”. ("Bəqərə” 185).
 
Bəs vəsvəsəni necə müalicə edək?
Quran vəsvəsəni aradan aparmaq üçün bizlərə zikr etməyi və Allahı yada salmağı məsləhət bilir. "O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır». ("Rəd” 28).
"Və de: «Ey Rəbbim! Şeytanların vəsvəsə və təhriklərindən Sənə pənah gətirirəm». ("Muminun” 97).
"(Ya Peyğəmbər!) De: «Pənah aparıram insanların Rəbbinə (yaradılış mərhələsinin əvvəlindən tərbiyə mərhələsinin sonuna qədər onları tərbiyə edənə)”. ("Nas” 1).
"(Ya Peyğəmbər!) De: «Pənah aparıram sübhün Rəbbinə, (bulaqların və bitkilərin çıxması ilə yarılan yerin, övladların doğulması ilə əmələ gələn qohumluq əlaqələrinin və ölülərin dirilməsi üçün yarılan qəbirlərin Rəbbinə)!” ("Fələq” 1).
 
İkinci tövsiyəsi Allaha təvəkkül etməkdir. Hər kim Allaha təvəkkül edərsə, vəsvəsə etməz və depressiyaya düçar olmaz. Çünki bu insanlar deyərlər: «Bizə Allah kifayətdir və O, gözəl vəkildir». ("Ali-İmran” 173).
"Mən öz işimi Allaha tapşırıram. Çünki Allah bəndələri(n halını) görəndir”. ("Ğafir” 44).
"Çünki, onun iman gətirən və özlərinin Rəbbinə təvəkkül edən kəslər üzərində (vəsvəsə etməkdən savayı başqa) bir hökmranlığı yoxdur”. ("Nəhl” 99).
 
Beləliklə deyə bilərik ki, Quranın nəzərinə görə hər bir insan vəsəvəsə xəstəliyinə düçar ola bilər. Ancaq hər bir müsəlman Allaha diqqət edərək, Ona təvəkkül edərək, bu rəzil bəladan nicat tapa bilər. Özünü büdrəmələrdən xilas edə bilər. Hər cür vəsvəsədən uzaq olan insanın həm ruhu və həm də cismi aram olar və daxili rahatlıq əldə edər.
 
(Tebyan/ Deyerler.org)
 

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 708 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]