Uca Allaha borc vermək necə olur? - Gözəl əxlaq dinin yarısıdır - Əxlaq - İslamda nələr var? - gunahkar-bende
Şənbə günü, 2016-12-10, 11:21 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Uca Allaha borc vermək necə olur?
2014-02-17, 1:04 AM
Uca Allaha borc vermək necə olur?

  "Əgər Allaha gözəl bir borc versəniz (mallarınızdan, əməllərinizdən və övladlarınızdan Onun yolunda versəniz), onu(n mükafatını) sizin üçün qat-qat artırar və sizi bağışlayar. Allah qədirbilən (əməli qiymətləndirərək gözəl mükafatlandıran) və həlimdir”. ("Təğabun” 17). Bu ayədə adı çəkilən gözəl borc - Allah yolunda infaqdır.
Allah, bəndəsini infaqa təşviq etmək üçün buyurur ki, əgər Allaha gözəl borc versəniz, yəni infaq etsəniz, O sizə ikiqat qayıdacaqdır. Halbuki, Allah bizə bu qədər nemət əta etmiş və heç birinin də əzəvini istəməmişdir. Allah Təala elə bir qədirbiləndir ki, borcun əvəzini ikiqat ödəyər.
Səxavətli insan o kəsdir ki, hər nə qədər versə də, əlindəki azalmaz. Süfrəsi həmişə hamının üzünə açıqdır. Hamı onun süfrəsinin başında əyləşər və qonağı olar. Hər nə qədər versə də, yenə də süfrəsi bol olar. Hamı belə zənn edər ki, bu qədər yoxsul və kasıba infaq edir, əlindəki mal azalacaqdır. Ancaq belə olmaz, verdikcə Allah da ruzini artırar. Sanki nə qədər verirsə, bir o qədər də Allah ona qaytarır. Səxavətlə sərvət arasında qəribə bir rabitə olar və bu rabitə zəncirvaridir.
Bu varlıq aləmində Allahın ən mühüm qanunlarından biri də bəxşiş qanunudur. Elə bir qanundur ki, Allah onun haqqında kitabında söz açmışdır. Bu qanun deyər: hər nə qədər minnətsiz və xalis versən, daha çox əldə edərsən. Bu aldıqların və verdiklərin də həm Qiyamətə aid olar, həm də bu dünyaya. Vacib deyildir ki, bu bəxşiş və hədiyyə maddi olsun. Ataya bir gülüş, bacı və ya qardaşa fikri yardım, yoxsula maddi yardım - bütün bunlar hədiyyədir ki, Allah yolunda verərik. Allah da onların iki qatını bizə qaytarar.
Allah Təala Öz mübarək kitabında buyurur ki, Onun yolunda xərclədiyin heç bir şey hədər getməz, azalmaz və unudulmaz. Əksinə, həmin şəxsin özünə başqa bir şəkildə qayıdar. Ona görə də infaq etməyi yaddan çıxartmayaq. Axı Allah yolunda xərclədiyimiz hər bir şey, Qiyamət günü bizə yardım edəcəkdir. (Tebyan)
 
/Deyerler.org/

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 613 | Downloads: 0 | Comments: 2 | Rating: 5.0/1
Total comments: 1
0   Spam
1 nastya   (2014-03-25 4:54 PM)
ALLAH RAZI OLSUN

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]