Təəssüb, Cahiliyyət - Gözəl əxlaq dinin yarısıdır - Əxlaq - İslamda nələr var? - gunahkar-bende
Bazar günü, 2016-12-11, 8:59 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Təəssüb, Cahiliyyət
2013-10-27, 6:17 AM
Təəssüb,
Cahiliyyət
   Cahiliyyət - quru, əsassız və kor-koranə təəssübküşlikdir. İslam tarixi məhz cahiliyyət adlanan dövrü arxada qoyaraq başlanır.
     Cahiliyyət dövründə xas olan xüsusiyyətlərdən biri də qəbilə təəssübkeşliyidir. Bu dövrdə qəbilə o qədər güclü ünsür kimi qəbul edilir ki, öz qəbiləsindən uzaq düşən insan həyatını itirmiş hesab olunurdu. Çünki qəbiləsini itirmiş şəxs qanuni şəkildə çox asanlıqla digər  qəbilələr tərəfindən əsir götürülə bilərdi. Qəbilə müəyyən səbəb üzündən öz adamlarından birini qovduqda başqa qəbilələr həmin şəxsi əsir götürə, yaxud onunla istədiyi kimi rəftar edə və ya istədiyi qimətə başqasına satıla bilərdi. Yəni cahiliyyət dövrdə qəbiləni itirmək bir növ, şəxsiyyətin özünü itirməsi demək idi. Bu səbəbdən bütün dəyərlər qəbilə üzərində qurulurdu. 
    İnsanın öz-özlüyündə heç bir dəyəri yox idi, onun bütün varlığı mənsub olduğu qəbiləyə məxsus olurdu. Fərd qəbilədən qaynaqlandığı üçün qəbilənin etibarını itirməsi onun etibarının itirməsi ilə nəticələnirdi. 
   Qəbilənin zülmü fərdin zülmünə səbəb olurdu. Başqa sözlə desək, fərd mənsub olduğu qəbilənin qurbanına şevrilirdi. güclü qəbilə zəif qəbiləyə hökm edə bilərdi. 
   Rəvayətlərə görə, cahiliyyət dövründə belə bir hadisə baş verir: zəif qəbilələrdən birinin nümayəndəsi başqa bir güclü qəbilənin qəbilə başçısının oğlunu qətilə yetirir. Güclü qəbilənin başçısı həmin qəbilənin kişilərini bir yerə toplayaraq deyir:
    - Sizi son nəfərinizə qədər qətlə yetirəcəyəm, qadınlarınızı və uşaqlarınızı isə əsir götürəcəyəm. Lakin bununla oğlumun intiqamını aldığımı hesab etməyəcəyəm. Bütün bunların arxasında tək bir şey - təəssübkeşlik dayanır. Bu, tək cahiliyyət dövründə yaşayan ərəblərə xas xüsusiyyət deyil. Musa peyğəmbərin (ə) zamanında Fironun törətdiyi soyqırımın arxasında məhz təəssübkeşlik durur. Və bunun kökləri Yusif peyğəmbərin (ə) dövründə israil övladlarının əkin sahəsini ələ keçirməsi idi. İndinin özünədək yəhudilərin Fələstin ərazisində törətdiklərin cinayətlərin əsas səbəbi də məhz budur. Yəni ey müsəımanlar! Əgər siz də təəssübkeşlik xəstəliyinə düçar olsanız, bilin ki, siz də yəhudilərdənsiz. Və bunu da bilin ki, əgər yəhudiləşərsinizsə, Allah onlardan üz çevirdiyi kimi, sizdən də üz çevirər. Unutmayaq ki, bu gün Fələstin xalqını soyqırıma məruz qoyan yəhudilərin özləri də yaxın keçmişimizdə Hitler faşizmi tərəfindən soyqırıma məruz qalmışlar. Əgər dünən təəssübkeşliyi Hitler təmsil edirdisə, bu gün onu natanyahu və Koçaryan təmsil edir. Quranın bu hünkü çağırışıda budur: Qy müsəlmanlar! Əgər o dövr təəssübkeşliyi ni Firon  təmsil edirdisə, iman sahibləri Musa peyğəmbərin (ə) yanında olmalı idi. Və əgər bu gün təəssübkeşliyi Natanyahu Koçaryan təmsil edirsə, bu gün siz fələstinlilərin və azərbaycanlıların yanında olmalısız. Peyğəmbərin (s) zamanında Musəyləmə Kəzzab adlı yalançı peyğəmbər meydana gəlir. Günlərin biri o, Musəyləməyə deyir:" And olsun Allaha, sənin yalançı peyğəmbər, söylədiklərinin də yalan olduğunu bilirəm. Amma əgər Muhəmməd (s) səninlə müharibə etmək qərarına gələrsə, bil ki, mən sənin yanında olacağam" Musəyləmə soruşur:" Nə üçün?"
    Şəxs cavab verir;" Çünki sən mənim qəbiləmdənsən. Mənim nəzərimdə Yəmamınin yanaçı Qureyş doğru danışanından daha üstündür". Bax buna təəssübkeşlik deyilir. Mənim məzhəbimdən olsun, mənim təriqətimdən olsun, millətimdən olsun, mənim camaatımdan olsun... Nə olur-olsun, amma mənim olsun. başqası mələk olsa da, haqsız və nöqsanlıdır. Budur təəssübkeşliyin məntiqi.

 İman olmayan yerdə küfr, din olmayan yerdə cahiliyyət hökm sürər.

    Ardı var...
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 239 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]