Cümə axşamı, 2024-04-18, 9:18 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

“Təlqin verilən, mənimlə birlikdə təlqini təkrar edir...”
2013-10-03, 6:36 AM
"Təlqin verilən, mənimlə birlikdə təlqini təkrar edir...”

 Ayətullah Seyyid Abbas Kaşani buyurur: "Alimlərlə bir yerdə Ayətullah Birucerdinin cənazəsini mənzilindən məscidə qədər müşayiət etdim. Torpağa dəfn etmək üçün ancaq alimlərə və mərcəyi təqlidlərə yol verirdilər. Yol, qalan insanlar üçün bağlı idi. Mən də alimlərlə bir yerdə daxil oldum.
 
Bir nəfər təlqin üçün qəbrə daxil oldu. Bir neçə dəqiqədən sonra çıxdı və dedi: "Mən bacarmıram”. Dedilər: "Nə olub?” Dedi: "Birucerdi ağa mənimlə bir yerdə təkrar edirdi. Biz adət etmişik ki, ölü, ölü kimi olsun. Ancaq bu ağa diridir. Ayətullah İraqi deyir: "Mən daxil olaram””.
 
Mən güman etmirəm ki, o, "Lə İləhə İlləllah” desin, çünki onun ömrü bu zikr olubdur. Qədir-Xum bayramında bir oğlan səcdə ayəsini oxuyan zaman Ayətullah Birucürdi bayram paltarı ilə səcdəyə gedir. O, bəndə idi və bəndə kimi yaşayırdı. Gərək bəndə olasan ki, sənə hər şeyi versinlər.
 
Çox qəribədir. Məni və səni qəbrə qoyan zaman deyirlər: "Eşit və dərk et”. Bizim bu qulağımız eşidən qulaq deyildir. İmam Xomeyni "40 hədis” kitabında dəfələrlə yazır ki, qulıaqlarınızdakı pambığı çıxardın. Ayətullah Behcət isə deyərdi ki, qulaqlarınızdan birinə pambıq qoyun ki, eşitdikləriniz bir qədər qala bilsin və o biri qulağınızdan çıxıb getməsin. Bizim eybimiz budur ki, peyğəmbərlərin (ə) dediklərini eşitmirdik.
 
 
 
İlk dəfə "mən " sözünü deyən şeytan olmuşdur. "Onu torpaqdan yaratmısan, halbuki məni atəşdən”. Ey nadan! Səni kim yaratmışdır? Əgər sən "mən”sənsə, bəs sənə kim varlıq bəxş etmişdir? Əgər atəş torpaqdan yaxşıdırsa, kim atəşi xəlq etmişdir? Ona görə deyilir ki, torpağa səcdə et.
 
Ey insan hara gedib çatmaq istəyirsən? Bir düşün!”.
 
(Tebyan/Deyerler.org)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 603 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]