Şənbə günü, 2024-04-20, 7:04 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Tələsməmək
2013-07-17, 5:26 AM
Tələsməmək

   Tələsməkdən və gecikməkdən (Rəsulullah (s) buyururb: " Tələsmək Şeytandan, aramla hərəkət etmək isə Allahdandır" ("Camius-səadət" c.1, səh.274). Həmçinin, Allah-Təala "Qiyamə" surəsində buyurur: Xeyir, siz  tələsizsiniz və axirətinizə diqqət yetirmirsiniz") çəkin! Sözlərinə və əməllərinə diqqət yetir! Bil ki, bəşər övladının diqqətsizliyi səbəbindən etdiyi əməllər onu ziyana sürükləyir və sonu peşmançılıqla nəticələnir.(Əmirəl möminin (ə) buyurub:" Tələsmək peşmançılıq yaradır") Hər bir tələsən və mənasız rəy sahibi başqalarının gözündə kiçilir, qəlblərində isə etibarını itirir.
    Böyük filosoflardan olan Sədi deyir: Bütün əməllər səbr və diqqətlə görülməlidir. Tələsmək insanı gözdən salır. Səhrada yavaş-yavaç gedən şəxsin mənzilə tələsəndən əvvəl yetişdiyini gözümlə görmüşəm. Çünki sürətlə gedən at yolda yıxıldığı halda, yavaş-yavaş gedən dəvə öz yolunu sona qədər fəth edir. ("Şeyx Küleyni özünün "usulul-Kafi" kitabının ikinci cildinin 114-cü səhifəsində deyir: İmam Baqir (ə) buyurur: " Allah tələsmədən görülən xeyir işləri sevər".)

gunahkar-bende.ucoz.net
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 633 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]