Cümə günü, 2024-03-29, 6:04 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Təkəbbür və paxıllıq - kor-koranə günahda eşələnmək üçün bir stimuldur
2013-10-15, 5:51 AM

Təkəbbür və paxıllıq - kor-koranə günahda eşələnmək üçün bir stimuldur

 

  İnsanın süqut emtəsinə səbəb olan amillərdən biri də təkəbbürdür.

 Təkəbbür.

 Təkəbbür bəyənilməyin bir xislətdir və insanı öz hüquqlarından kənara çıxarır. Bu xüsusiyyət onun bütün varlığına nüfuz edir və günah işlətmək üçün stimul yaradır. "Təkəbbür kor-koranə günaha düşmək üçün bir stimuldur”.

İmam Əli (ə) buyurur: "Tamahkarlıq, təkəbbür və paxıllıq - kor-koranə günahda eşələnmək üçün bir stimuldur”.

Təkəbbür və eqoistlik müxtəlif yollarla insana bulaşır. Onu aradan qaldırma yollarını da ayıq və agah insanlar bilirlər. Əgər kimsə bu xəstəliyə tutulmağın qarşısını ala bilməyibsə, onunla mübarizə yolları vardır. Əgər insan iradə etsə, bu yollardan istifadə edərək, bu xəstəliyini müalicə edə bilər. İmam Əli (ə) bu xəstəliklərin müalicəsini üç dini vacibatda: namaz, oruc və zəkatda görür. İmam Əli (ə) buyurur: "Təkəbbür - şeytanın ən böyük tələlərindəndir. Əgər bu xəstəlik qəlbə nüfuz edərsə, heç bir zaman fəaliyyətsiz qalmayacaqdır. Heç kim onun hiyləsindən xəbərdar olmaz. Nə alim ki, bu qədər elmi vardır və nə də yoxsul. Allah imanlı bəndələrinə onun ziyanlarından xilas olmaq üçün namazı, zəkatı və vacib günlərdə oruc tutmağı tövsiyə etmişdir. Belə ki, bu yolla insan sakitləşər, baxışları təvazökarcasına olar. Qəlbini rahatlaşdırar və eqoistliyi bədənindən çıxarar”.

Allahın ibadəti sayılan işlər: üzünü təvazökarcasına torpağa sürtmək, səcdəyə getmək və xar olduğunu bildirmək üçün qarnının oruc vasitəsilə belinə yapışması - bütün bunlar təkəbbürdən xilas olmaq yollarıdır.

Namaz - sonsuz Varlıqla kiçik rabitədir, ancaq öz-özlüyündə çox böyük bir mənaya, gücə, faydaya malik bir əməldir. Kiçik bir zərrənin sonsuz bir Varlığa birləşməsidir. Bu rabitə əgər agah və iradə ilə olarsa, insana varlıq aləmindəki yerini tanıdar. Özünü olduğundan da böyük təsəvvür etməz. Özünün kiçik varlığı ilə öyünməz. Səcdəyə gedərək, torpağa yapışaraq, özünü torpaqla eyni səviyyədə görər. Allah qarşısında üsyan etməz və Allah bəndələri qarşısınıda eqoistlik etməz.

 Həmçinin oruc vasitəsilə insan aclıq keçirərək heyvani hisslərinə alçalmaz və özünü tanıyar. Bir daha təkəbbür etməz. Təkəbbür insanda paxıllıq və həsəd hisslərini alovlandırar. Yoxsulların dərdinə əlac olmaq kimi bəyənilmiş xüsusiyyətləri aradan aparar. Bu haqda İmam Əli (ə) buyurur: "Allah imanı şirkdən pak olmaq üçün vacib etmişdir, namazı isə təkəbbürdən təmizləmək üçün”. Əgər insanlar imanlarını dillərindən qəlblərinin dərinliklərinə aparsalar, bütün varlıqlarına nüfuz etdirsələr, düşünərək imanlarını yəqinə çatdırsalar, heç bir zaman şirkə bulaşmazlar.

İmam Əli (ə) müxtəlif çətinliklərə və müşkillərə düçar olmağı Allahın imtahanı adlandırmışdır. Allah bu imtahanları bəndələri üçün hazırlamışdır ki, bu yolla özlərini təkəbbürdən pak etsinlər. Təvazökar olsunlar. Təkamül yolunun yolçusu olsunlar.

İmam Əli (ə) buyurur: "Ancaq Allah bəndələrini müxtəlif çətinliklərlə imtahana çəkər. Müxtəlif çalışmalarla bəndəliyə vadar edər. Müxtəlif xoşagəlməz hadislərlə imtahana giriftar edər. Çünki təkəbbürü qəlblərindən çıxartsın. Təvazökarlığı onun yerinə qoysun. Belə ki, bu cür çətinliklər və imtahanlar bağışlanması və güzəşt edilməsi üçün qapıları açar”.

Allah yolunun yolçularının həmişə yükləri yüngül olur. Təkəbbür isə o qədər ağır yükdür ki, məqsədə çatmağa mane olar.

Ona görə də bu yükdən azad olmaq lazımdır.

 

/Deyerler.org/


Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 833 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]