Cümə axşamı, 2024-03-28, 1:10 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Şükür səcdəsini necə yerinə yetirmək? Şükür səcdəsinin savabları
2013-10-22, 8:21 AM
Şükür səcdəsini necə yerinə yetirmək? Şükür səcdəsinin savabları

İmam Zaman ağa (ə.f) buyurur: "Şükür səcdəsi ən lazımlı və ən vacib İlahi müstəhəblərdəndir, dua və təsbihin fəziləti kimi”.
Allah Təalanın nemətlərinə şükür etmək bəndəliyin ədəb və mərifətinin nişanəsidir. Ayə və hədislərdə nemətlərə görə şükür etmək çox tövsiyə edilmişdir. Nemətləri yada salmaq insanın Allaha olan sevgisini artırar, İlahi nemətləri artırar. (Tebyan)
Baxmayaraq ki, insan ona verilmiş bu qədər nemətin şükrünü yerinə yetirə bilməz. Ancaq hər nə qədər bacarır, Allaha şükür etməli və ehsan etməlidir. Şükrü yerinə yetirməyin yollarından biri də Allah qarşısında alnını torpağa qoymaq və şükür deməkdir.
Şükür səcdəsi namazın təqibatlarından sayılır. İmam Zaman ağanın (ə.f) buyurduğu kimi, şükür səcdəsi ən mühüm müstəhəblərdən biridir. Həzrət (ə.f) onun fəzilətinin dua və təsbihin fəzilətinə yaxın olduğunu vurğulayır.
Hədislərə nəzər salan zaman görmək olur ki, bütün vacibatlar və bütün müstəhəblər eyni səviyyədə deyildir. Məsələn, vacibatlar arasında namazın əhəmiyyəti o birilərindən daha çoxdur. Belə ki, əməllərin qəbul olması namazın qəbul olmasından asılıdır. Müstəhəblər içərisində isə şükür səcdəsinin əhəmiyyəti o birilərindən daha çoxdur. Bəlkə bu, ona görə belədir ki, şükür səcdəsi nemətləri artırar. Yəni, insan nemətə çatan zaman şükür edərsə, həmin nemət davamlı olar. Başqa nemətlər də nazil olar. Bu məsələyə Quranda da rast gəlmək olar. "Və (yada salın) o zaman(ı) ki, Rəbbiniz (belə) elan etdi: «Əgər şükür etsəniz, sizə (olan nemətləri) mütləq artıraram”. ("İbrahim” 7).
İmam Sadiq (ə) buyurur: "Şükür səcdəsi hər bir müsəlmana vacibdir. Şükür səcdəsinin vasitəsilə namazını kamil edərsən. Allahı razı salar və mələklər sənə təəccüb edərlər. Nə zaman bəndə namaz qılar və şükür səcdəsi edər, Allah onunla mələklər arasında olan hicabı qaldırar və buyurar: "Ey mənim mələklərim! Bəndəmə nəzər salın ki, Mənim vacibimi yerinə yetirdi, əhdimi sona çatdırdı. Bəzən ona əta etdiyim nemətlərə görə Mənə şükür səcdəsi edər. Ey Mənim mələklərim! Onun Mənim yanımda mükafatı nədir?”. Mələklər deyərlər: "Pərvərdigara! Sənin rəhmətin bunun mükafatıdır”. Allah yenə buyurar: "Hansı mükafatı olar?”. Mələklər deyərlər: "Pərvərdigara! Sənin behiştin onun mükafatıdır”. Allah yenə buyurar: "Bunlardan sonra hansı mükafatı olar?””. İmam Sadiq (ə) buyurur: "Mələklər bu sualların cavabında elə bir yaxşılıq qalmır ki, saymasınlar. Bu zaman Allah buyurar: "Ey Mənim mələklərim! Başqa hansı mükafatı olar?”. Mələklər deyərlər: "Pərvərdigara! Biz bilmirik”. Allah buyurar: "Necə ki, o Mənim şükrümü yerinə yetirib, Mən də ona təşəkkür edərəm. Öz fəzl və bəxşişimi ona verərəm və Öz razılığımı ona göstərərəm””.
"Hər kim dəstəmazlı halda nemətə şükür üçün səcdə edərsə, Allah ona on həsənə yazar və on böyük günahını məhv edər”.
İmam Kazım (ə) buyurur: "Həzrət Əbulhəsən Musa ibni Cəfər (ə) öz namazından sonra başını səcdəyə qoyar və başını o zamana qədər qaldırmazdı ki, gün çıxardı”.
 
Şükür səcdəsinin keyfiyyəti.
Bu səcdəni yerinə yetirməyin xüsusi qayda və qanunu yoxdur. Hər nə cür yerinə yetirilərsə, düzgündür. Ancaq yaxşı olar ki, namazın səcdəsi kimi yeddi bədən üzvü yerə dəysin. Alnını elə yerə qoysun ki, necə ki, namazda qoyur. Yaxşı olar ki, ilk alnını qoysun, sonra isə üzünün sağ tərəfini və sonra da sol tərəfini.
Bəs bu səcdədə hansı zikr deyilər?
Şeyx Tusinin nəzərinə görə şükür səcdəsində bu zikrin deyilməsi daha əfzəldir.
     اَللّهُمَّ رَبَّ الْفَجْرِ وَاللَّیالِى الْعَشْرِ، وَالشَّفْعِ وَالْوَتْرِ، وَاللَّیْلِ اِذا یَسْرِ، وَرَبَّ 
     کُلِّ شَىْء، وَاِلهَ کُلِّ شَىْء، وَ خالِقَ کُلِّ شَىْء، وَمَلیکَ کُلِّ شَىْء، صَلِّ 
      عَلى مُحَمَّد وَآلِهِ، وَافْعَلْ بى وَبِفُلان وَفُلان ما اَنْتَ اَهْلُهُ، وَلا تَفْعَلْ بِنا ما
  نَحْنُ اَهْلُهُ، فَاِنَّکَ اَهْلُ التَّقْوى وَ اَهْلُ الْمَغْفِرَةِ.
  
 
Başını səcdədən qaldıran zaman əlini səcdə yerinə çəksin və əlini üzünün sol tərəfinə və sonra da alnına tərəf aparsın. Sonra isə üzünün sağ tərəfinə aparsın. Bu işi üç dəfə təkrar etsin. Hər dəfə də desin:

      اَللّهُمَّ لَکَ الْحَمْدُ لا اِلهَ اِلاَّ اَنْتَ، عالِمُ الْغَیْبِ وَالشَّهادَةِ، اَلرَّحْمنُ الرَّحیمُ
 اَللّهُمَّ اَذْهِبْ عَنِّى الْهَمَّ وَ الْغَمَّ وَالْحَزَنَ وَالْفِتَنَ، ما ظَهَرَ مِنْها وَما بَطَنَ.
 
/Deyerler.org/

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 782 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]