Cümə axşamı, 2024-04-25, 12:40 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Söz gəzdirmək insanı Allahdan uzaqlaşdırar
2013-09-04, 5:19 AM
Söz gəzdirmək insanı Allahdan uzaqlaşdırar

İnsanı Allahdan uzaqlaşdıran əxlaqi rəzilliklərdən biri də söz gəzdirməkdir. Söz gəzdirmək - yəni başqalarının arxasınca danışmaq, eybini axtarmaq, sözü başqalarına ötürməkdir.
Qurani-Kərim bu haqda buyurur: "İnsanlarda eyb axtarmağa adət edən və başqaları haqqında pis danışan hər bir kəsin vay halına”. ("Huməzə” 1).
Həzrət Peyğəmbər (s) buyurmuşdur: "İstəyirsinizmi ki, sizi aranızda olan ən pis insan barədə agah edim?”. Dedilər: "Bəli”. Həzrət (s) buyurdu: "Ən pis insan o kəsdir ki, söz gəzdirməyin ardınca gedər. O kəslər ki, dostlar arasında ayrılıq salar, saleh və iffətli insanların eybini axtararlar”.
Həzrət Rəsuli-Kərim (s) başqa yerdə buyurur: "Söz gəzdirən behiştə daxil olmaz”.
İmam Sadiq (ə) buyurur: "Ən böyük cadu - söz gəzdirməkdir. Çünki söz gəzdirməklə dostlar arasına ayrılıq salar. Dostlar bir-biri ilə düşmən olarlar. Onun vasitəsilə qan tökülər. Evlər viran olar, pərdələr yırtılar. Söz gəzdirən yer üzünə gələn ən pis insandır”.
Həzrət Peyğəmbər (s) buyurur: "Üç şeydə düz danışmaq çirkindir: söz gəzdirməkdə, bir kişiyə arvadı haqqında xoşagəlməz xəbər verməkdə, kiminsə xəbərini inkar etməkdə”.
Həzrət Rəsulallah (s) başqa yerdə buyurur: "Sizlərdən heç birinin haqqı yoxdur ki, dostlarımdan mənə nəyisə desin. Çünki istəyirəm ki, sizlərdən heç birinizin haqqında qəlbimdə bir şey olmadan yanınıza gəlim”.
İmam Sadiq (ə) buyurur: "Hər kim möminin ziyanına bir dastan deyər və qəsdi onun abrını aparmaq olarsa, Allah onu öz vilayətindən şeytanın vilayətinə qovar. Şeytan da onu qəbul etməz”.
 
(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 895 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]