Cümə axşamı, 2024-04-25, 7:43 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Sileyi-rəhm ömrü uzadır və yoxsulluğu aradan aparır
2014-01-22, 10:48 PM
Sileyi-rəhm ömrü uzadır və yoxsulluğu aradan aparır

 Şübhəsiz, Allah ədaləti, yaxşılıq etməyi və qohumun haqlarını əda etməyi əmr edir. ("Nəhl” 90).
O əslər ki, qohumları ilə əlaqələrini kəsirlər, onları yada salmırlar, Allah onlara lənət edər və Qiyamət günü yerləri çox pis olar. Qohumlarımızın övliya olmaqları şərt deyildir. Əgər İslam əhlidirlərsə, bu, kifayətdir. Əgər onların arasında pis insanlar vardırsa, siz gərək onalrla gediş-gəlişi artırasınız. Xoş əxlaq və onlara yardım etməklə onları da yaxşılıqlara tərəf hidayət edə bilərsiniz. Əgər düşməninə də kömək etsən, o, yaxşı adama çevrilər. "Muhəmməd” surəsinin 22-ci ayəsinə nəzər salanda görmək olur ki, yəni o zaman ki, bir məqama çatdınız pul və məqam sahibi oldunuz, şəninizə yaraşdırmırsınız ki, qohumlarınızın evinə gedəsiniz. Yəni mən indi aliməm, vəkiləm və ya müdirəm qohumlarımın evinə getmək şənimə uyğun deyildir. Allah buyurur ki, qohumlarınızla əlaqəni kəsməyin.
Şeyx Səduq İmam Sadiqdən (ə) nəql edir: "Yunis balığın qarnında idi, gecənin qaranlığında gedirdi. Yunis ağlayır və deyirdi: "Səndən başqa Məbud yoxdur, Sən hər bir eyb və nöqsandan münəzzəhsən. Həqiqətən, mən zülmkarlardanam”. Qarun Bəni-İsrayil tayfasından idi. Yunis də həmin tayfadan idi. Allah onun bu sözlərini Qarunun qulağına çatdırır. Qarun ona əzab verən mələyə deyir: "Bu, kimin səsidir?”. Deyir: "Bu, Yunisdir, balığın qarnında həbs edilib”. Balıq da dənizdə üzür. Qarun deyir: "Mənə icazə verərsənmi ki, onunla bir kəlmə danışım?”. Deyir: "Gəl”. Əzab mələyi onu balığın yanına aparır, nalə çəkir ki, Yunis Harundan nə xəbər? Yunis deyir: "Harun ölübdür”. Ağlayır. Sonra soruşur: Musadan (ə) nə xəbər? Yunis deyir: "O, da ölübdür”. O, yenə ağlayır. Balıq gedir və Allah bu mələyə buyurur: "Onun əzabını yüngülləşdir. Ona görə ki, öz qohumlarına qarşı bu cür hal nişan verdi və onlar haqqında soruşmağı belə kifayət idi. Əzabını yüngülləşdir”.
Əgər hansısa qohumunuz bilərəkdən sizin evinizə gəlmirsə, siz qalxın və onun evinə gedin. Siz təvazökar olun. İmam Rza (ə) buyurur: "Cəddim İmam Sadiq (ə) buyururdu: "Sileyi-rəhm et, Hətta əgər bir stəkanı su ilə doldurub, evinə aparıb, qapısını döysən və ona versən belə”.
Sileyi-rəhmin ən ali mərhələsi odur ki, qohumlarına əziyyət verməyəsən və onları narahat etməyəsən. Sileyi-rəhmin ən ali mərhələsi odur ki, qohumların sənin əlindən əzab çəkməsinlər və onlara təkəbbür etməyəsən, arxalarınca danışmayasan və onlara qarşı diqqətsiz olmayasan.
İmam Sadiq (ə) Peyğəmbəri-Əkrəmdən (ə) nəql edir: "Sileyi-rəhmin iki faydası vardır və biz bu faydaları görmüşük. 1. Ömrü uzadır. Bizim qohumlarımızda elə adamlar olmuşdur ki, ömürlərinin axırına qədər bu işi davam etdirmişdilər. 2. Yoxsulluğu aradan aparır”.
Həzrət Musa ibni Cəfər (ə) buyurur: "Qohumlar iki cürdür. Biri Əhli-beytdir (ə). İmam Hüseyn (ə), İmam Həsən (ə), Həzrət Zəhra (s.ə) və onun övladları qohumlarımızdır. O biri qohumlar isə sizin qohumlarınızdır. Bu qohumlar Qiyamət günü Allahın ərşindən yapışacaqlar və deyəcəklər: "Allahım! Hər kim dünyada mənimlə sileyi-rəhm edib, bu gün Sən cavabını ver. Qohumlarımdan hər kim dünyada mənim sorağıma gəlməyibsə, bu gün rəhmətini onun sorağına göndərmə””.
Əmirəl-möminin (ə) Nuf Bəkaliyə buyurur: "Sileyi-rəhm et ki, Allah ömrünü uzatsın”. Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Hər kim istəyirsə süfrəsi geniş olsun, ruzisi çox olsun, ölümü təxirə düşsün, ölümü bu il gəlmək istəyər, Allah buyurar ki, 30 il sonra bəndəmin sorağına gəl - sileyi rəhm etsin”.
Həzrət Peyğəmbər (s) buyurar: "Sileyi-rəhmin savabı Allahın yüz şəhidinə bərabərdir, Allah onu qarşılaşar”. "Quhumunun evinə atdığın hər addımı görə Allah əməl dəftərində 4 min həsənə yazar, 4 min günahını məhv edər, ona 4 min dərəcə verər, əməl dəftərində yüz il səbirlə edilmiş ibadətin savabını yazar”.
İmam Səccad (ə) buyurub: "Allah yanında iki addımın dəyəri çoxdur. Biri cəbhəyə getdiyi addımdır ki, düşmən irəli gəlməsin. Biri də sileyi-rəhm üçün atılan addımdır”.
Həzrət Peyğəmbər (s) buyurur: "Behiştə elə bir yer vardır ki, ancaq üç nəfəri ora buraxarlar. Biri adil rəhbərdir, biri o kəsdir ki, çoxlu sileyi-rəhm edir və biri də arvad-uşağı olan kişidir”. (Erfan)
 
/Deyerler.org/
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 1044 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]