Şeytanla (lən) bir an belə mehribanlıq etmək olmaz, dərhal insanı əsir edir - Gözəl əxlaq dinin yarısıdır - Əxlaq - İslamda nələr var? - gunahkar-bende
Bazar ertəsi, 2016-12-05, 3:32 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Şeytanla (lən) bir an belə mehribanlıq etmək olmaz, dərhal insanı əsir edir
2015-01-09, 11:53 PM

Şeytanla (lən) bir an belə mehribanlıq etmək olmaz, dərhal insanı əsir edir

 Şeytanla (lən) bir an belə mehribanlıq etmək olmaz. Şeytan insanı öldürmür, onu əsir edir. İnsanın ən böyük sərmayəsi olan abırını aradan aparar. (Tebyan)

Insan yer üzündə Allahın xəlifəsidir. Allah Cəlal və Camal sahibidir, ona görə də yer üzündə xəlifəsi olan insanı kərim xəlq etmişdir.
İnsanın ən böyük düşməni olan məxluq, ondan bir an belə qafil olmaz. İnsan öz xarici düşməni ilə heç vaxt mehriban ola bilməz. Amma şeytan (lən) hətta insanın xarici düşməni kimi deyildir. Bu düşmən baxmayaraq ki, xarici varlığa malikdir və insana xaricdən hücum edər, əgər daxildən himayə olunmazsa, heç bir zaman insana nüfuz edə bilməz.
Bu xəbis varlıq insanın batinində kök salmazsa, heç bir iş görə bilməz. Ona görə də onu ən qatı daxili düşmən adlandırmaq olar.
Şeytanın işi – zəhər yaradıb onu insana daxil etməkdir. Bu, ona bənzəyir ki, bir insan başqasını zəhərləmək istəyir. Əgər həmin zəhəri onun cibinə qoysa, təsir etməz. Əgər ona yedizdirsə və o, da həmin zəhəri tüpürsə, yenə təsir etməz. Gərək bu zəhər həzm sisteminə daxil olsun, onu həzm etsin. Qana daxil olan zaman öz təsirini göstərər. Şeytanın vəsvəsəsi də belədir.
Bu zəhərlərə nəfsani istəkləri, şəhvəti, vəzifə və mal-dövlətə olan hərisliyi misal göstərmək olar.
Əmirəl-möminin (ə) Malik Əştərə yazdığı məktubda buyurur: “Şeytan həmişə hücum etməkdədir. Ancaq o zaman ki, səni tərifləyərlər – şeytan atəşinin ilk xəttidir. Ona görə də ehtiyatlı olmaq lazımdır”.
Şeytan and içmiş bir varlıqdır ki, insanın ancaq bədbəxt olmasını istəyir. Şeytanın insanı aldatmaq üçün istifadə etdiyi tələlər çoxdur. Həqiqət budur ki, bütün günahlar şeytanın tələsi sayılır.
 
/Deyerler.org/

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 756 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]