Şənbə günü, 2024-04-20, 4:44 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Saleh bəndələrin Quran işığında surəti
2013-09-18, 6:32 AM
Saleh bəndələrin Quran işığında surəti

 Allah bəndələrinin hansı xüsusiyyətləri vardır? Quran bu haqda bizlərə nə deyir?
"Həqiqətən, bu yerin varisi (sahibi, hakimi və bərəkətlərindən tam istifadə edən) Mənim saleh bəndələrim olacaqlar (və bunları qəsbkarların və zalım rəhbərlərin əlindən alıb ədalət imamları və onların canişinlərinə ötürəcəklər)”. ("Ənbiya” 105). Bu ayədən də göründüyü kimi, Allahın saleh bəndələri Onun varisləri kimi tanıdılmışdır.
 
Bəs Allahın saleh bəndələrinin rəftar və hərəkətləri necə olmalıdır?
1. Allah buyurur: "Onlar Allaha və axirət gününə iman gətirir, bəyənilən işə əmr edir, nalayiq işdən çəkindirir və xeyir işlərə tələsirlər. Onlar ləyaqətlilərdəndirlər”. ("Ali-İmran” 114).
2. "Allaha və Onun Peyğəmbərinə itaət edənlər (dünya və axirətdə)Allahın nemət verdiyi kəslərlə – peyğəmbərlər, doğruçular, şəhidlər, əməllərə şahid olanlar və saleh insanlarla – birlikdədirlər. Onlar gözəl dostlardır”. ("Nisa” 69).
3. "İman gətirib yaxşı işlər görənləri şübhəsiz, salehlər zümrəsinə daxil edəcəyik”. ("Ənkəbut” 9).
4. Allah Təala "Furqan” surəsində saleh bəndələrinin 12 sifətini sayır və sonda buyurur ki, əgər hər kimdə bu sifətlər olarsa, Allah onları cənnətlə müjdələndirər və orada əbədi qalarlar. "Rəhman (olan Allah)ın (həqiqi) bəndələri yer (üzün)də sakit və təvazökarlıqla yol gedən və nadanlar (xoşagəlməz sözlərlə) onlara xitab edən zaman «salam» (xoş və yumşaq söz) deyən kəslərdir. Və o kəslər(dir) ki, gecəni Rəbblərinin qarşısında səcdə edən və dayanan halda gündüz edərlər. Və o kəslər(dir) ki, «ey Rəbbimiz, Cəhənnəm əzabını bizdən dəf et, ki, həqiqətən onun əzabı (Cəhənnəm əhli üçün) ayrılmaz və həmişəlikdir» deyərlər. Şübhəsiz, Cəhənnəm pis yer və pis məskəndir. Və o kəslər ki, (Allah yolunda) xərcləyən zaman nə israf edərək həddi aşar, nə də simiclik göstərərək həddən aşağı enərlər, (onların əməli) bu iki yolun arasında orta həddə və ədalətli olar. Və o kəslər ki, Allahla birgə başqa məbud çağırmır, Allahın möhtərəm və toxunulmaz etdiyi canı (qisas, şər’i cəza və sairə kimi) haqq (qətllər) istisna olmaqla öldürmür və zina etmirlər. Kim bunları etsə, (ağır) bir cəza ilə qarşılaşar. (Və əqidə və əməl günahları birləşdiyi üçün) Qiyamət günü onun əzabı ikiqat olar və xarlıqla həmişə həmin əzabda qalar. (Keçmiş durumlarına görə) tövbə edən, iman gətirən və yaxşı işlər görən kəs istisna olmaqla. Allah onların günahlarını yaxşılıqlara çevirər (gələcəkdə yaxşı işlər görmələrinə kömək edər və yaxud keçmiş günahlarını məhv edərək onların yerinə yaxşılıq yazar). Allah çox bağışlayan və mehribandır. Kim tövbə etsə və yaxşı işlər görsə, o, gözəl və bəyənilən şəkildə Allaha tərəf qayıdar. (Buna görə də günahın savaba çevrilməsi təəccüblü deyil). O kəslər ki, yalandan şahidlik etmir (yalan, ğina, söyüş və sairə məclislərində iştirak etmir) və bihudə və boş şeyin yanından keçən zaman etinasız və alicənablıqla keçirlər; Və o kəslər ki, Rəbblərinin (vəhy, Qur’an və moizə kimi) nişanələri ilə öyüd-nəsihət verildikdə onun müqabilində özlərini kar və kor (kimi) aparmırlar (əksinə, onu qəlb ilə dinləyir və batini gözlə görürlər); Və o kəslər ki, «ey Rəbbimiz, zövcə və övladlarımızdan bizə göz aydınlığı (saleh, pak və təqvalı nəsillər) əta et və (iman müsabiqəsində və ya dinin əsasları, qolları və təlimlərində) bizi təqvalılara başçı et» deyirlər, səbirləri müqabilində (Cənnətin) yüksək talvar və dərəcələr(i i)lə mükafatlandırılanlar və orada (Allah və mələklər tərəfindən) xeyir-dua və salamla qarşılaşanlar onlardır! (Onlar) orada əbədi qalacaqlar (və ora) gözəl yer və gözəl məskəndir”. ("Furqan” 63-75).
 
Allah bu ayələrdə həqiqi bəndələrinin sifətlərini bəyan edir və hər biri səadət qapısının açarıdır. Beləliklə, Quranın dili ilə desək, həqiqi bəndənin sifətləri bunlardır:
1. Təvazökarlıq.
2. Mülayimlik və həlimlik.
3. Gecə oyaq qalmaq (ibadət üçün).
4. İlahi əzabdan qorxmaq və onu duada bildirmək.
5. İsrafdan uzaq olan adilcəsinə infaq.
6. Tövhiddə ixlaslı olmaq.
7. İnsan qətlindən uzaq olmaq.
8. İffətsizlikdən uzaq olmaq.
9. Batil və yersiz işlərdən çəkinmək.
10. Hər cür puç işlərin kənarından təvazökarcasına ötüb keçmək.
11. Quran ayələri haqqında düşünmək.
12. Layiqli övladlar istəmək və dua etmək.
 
Bəli, Allahın üstün bəndələrinin bu xüsusiyyətləri olmalıdır. Hər birimiz çalışmalıyıq ki, bu sifətlərə malik olub, Allahın sevimli bəndələrindən olaq.
 
(Tebyan/Deyerler.org)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 672 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]