Cümə axşamı, 2024-03-28, 7:51 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Salam verməyən şəxsə cavab vermə!
2012-11-09, 5:21 PM
Salam verməyən şəxsə cavab vermə!

Peyğəmbər (s) və imamların (ə) rəftar və buyruqlarında salam verməyin ədəb və təsirləri
Salam:
Bir nəfər ərəb məscidə daxil oldu. Əvvəlcə Həzrət Əliyə (ə) salam verdi. Ondan sonra Peyğəmbərə (s) salam verdi. Məsciddə olanlar ona dedilər: Niyə əvvəlcə Peyğəmbərə (s) salam vermədin? Cavabında dedi: Mən Peyğəmbərin (s) belə buyurduğunu eşitdim: "Mən elmin şəhəriyəm, Əli (ə) onun qapısıdır.” Buna görə, Peyğəmbərin (s) buyruğuna əməl etdim.
"Səfinə əl-bihar”, c-1, s-4.

1. Salamın dəyəri
İmam Baqir (ə) buyurub: Allah-taala (insanların bir-birinə) təam verməsini və salamı ucadan verməyi sevir.
"Məhasin”, c-2, s-143.

2. Salam Allahın adı
Allah Rəsulu (s) buyurub: Salam Allahın adlarından biridir. Onu öz aranızda ucadan deyin.
"Kənz əl-ummal”, 25237-ci hədis.

3. Salam təvazökarlıq əlaməti
Allah Rəsulu (s) buyurub: Salam verməkdə önə keçən şəxs təkəbbürdən uzaqdır.
"Kənz əl-ummal”, 25265-ci hədis.

4. Görüş vaxtı salam
Allah Rəsulu (s) buyurub: Bir-birinizlə görüş zamanı salam verin və əl görüşün. Ayrılan zaman isə, bağışlanma istəyilə (istiğfarla) ayrılın.
"Bihar əl-ənvar”, c-76, s-5.

5. Salam ən gözəl rəftardır
Allah Rəsulu (s) (səhabələr arasında) buyurdu: Dünya və axirət əhlinin ən gözəl əxlaqını sizə öyrədimmi? Dedilər: Öyrət, ey Allahın Rəsulu (s)! Buyurdu: Salamı aşkara deyin.
"Bihar əl-ənvar”, c-76, s-12.

6. Evə daxil olan zaman salam vermək
Sizlərdən kimsə evə daxil olan zaman, ev əhlinə salam versin. "Salamun ələykum” desin. Əgər evdə kimsə olmasa, desin: Əs-Səlamu ələyna min rəbbina. (Rəbbimizin salamı bizə olsun.)
"Bihar əl-ənvar”, c-76, s-4.

7. Salamın ədəbləri
Allah Rəsulu (s) buyurub: Kiçik böyüyə, tək iki nəfərə, az dəstə çox dəstəyə, minikdə olan piyadaya, yoldan keçən dayanana və ayaq üstə olan oturana salam versin.
"Kənz əl-ummal”, 25321-ci hədis.

8. Uşağa salam vermək
Allah Rəsulu (s) buyurub: Beş şeyi ölənə qədər tərk etmərəm: ... və uşaqlara salam verməyi. Qoy bunlar məndən sonra sünnə olsunlar.
"Bihar əl-ənvar”, c-76, s-10.

9. Salama simiclik
Allah Rəsulu (s) buyurub: Ən aciz şəxs odur ki, dua etməyə də aciz olsun. Ən simic şəxs isə, salam verməyə də simiclik edəndir.
"Bihar əl-ənvar”, c-76, s-4.

10. Salam verməyin təsir və bərəkətləri
a. Bağışlanma; İmam Sadiq (ə) buyurub: Salam vermək və xoş danışmaq bağışlanma səbəblərindəndir.
"Bihar əl-ənvar”, c-76, s-11.
b. Bərəkətin nazil olması; Allah Rəsulu (s) buyurub: Sizlərdən kimsə öz evinə daxil olan zaman salam verməlidir. Çünki bu iş bərəkətin nazil olmasına və mələklərin onun munisinə çevrilməsinə səbəb olar.
"Bihar əl-ənvar”, c-76, s-7.
c. Çoxlu mükafat; İmam Əli (ə) buyurub: Salamın yetmiş savabı var. Altımış doqquz savab salam verənindir, bir savab cavab verənin.
"Bihar əl-ənvar”, c-76, s-11.

11. Sözdən əvvəl salam
Allah Rəsulu (s) buyurub: Kim salam vermədən sözə başlasa, ona cavab verməyin.
"Səfinə əl-bihar”, c-4, s-237.

HaqqYolu/Tebyan
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 1225 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]