Cümə günü, 2024-03-29, 11:07 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Sədəqə yalnız maddi olmur, işlərlə də olur
2013-09-22, 6:50 AM

Sədəqə yalnız maddi olmur, işlərlə də olur


Sədəqə ancaq maddi olmalıdırmı? Bu saula cavab vermək üçün İmam Hüseyndən (ə) gələn bu hədisə nəzər salaq: "Ən çox bağışlayan insan o kəsdir ki, ona ümid gözü ilə baxmayana bəxşiş edər”.
 
Bəs Məsumlar (ə) nəyi sədəqə hesab edirlər?
Həzrət Peyğəmbər (s) bu haqda buyurur: "Hər bir müsəlman hər gün sədəqə verməlidir”. Soruşurlar: "Kimin buna gücü çatar?”. Həzrət (s) buyurur: Yolun üstündən zərər verə biləcək şeyləri götürmək - sədəqədir. Başqasına yol göstərmək - sədəqədir. Xəstəni ziyarət etmək - sədəqədir. Əmr-be-məruf - sədəqədir. Nəhy-əz-munkər - sədəqədir. Salamın cavabını vermək - sədəqədir”.
 
Həzrət Peyğəmbər (s) buyurur: "Hər bir yaxşı iş - sədəqədir”.
Əziz Peyğəmbər (s) həmçinin başqa yerdə buyurur: "Dilini saxla. Çünki bu iş - özünə verdiyin sədəqədir”.
İmam Sadiq (ə) sədəqə haqqında buyurur: "Allahın sevdiyi sədəqə bunlardır: insanların bir-birindən əlaqələri pozulan zaman onlar arasında sülh yaratmaq və bir-birlərindən uzaqlaşanda onları yaxınlaşdırmaq”.
 
Həzrət Peyğəmbər (s) yenə buyurur: "Pislikdən çəkinmək - sədəqədir”.
İmam Sadiq (ə) buyurur: "Kar insana, bir sözü başa salmaq - gözəl bir sədəqədir”.
 
Belə isə, bu gözəl əməllərdən qafil olmayaq.
 
(Tebyan/ Deyerler.org)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 737 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]