Şənbə günü, 2024-04-20, 3:20 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Rəhmani fikirlərlə şeytani fikirləri necə ayırmaq olar?
2013-11-07, 7:06 AM
Rəhmani fikirlərlə şeytani fikirləri necə ayırmaq olar?

 Çox hallarda rəhmani fikirlə şeytani fikir arasında fərq qoymuruq və bilmirik ki, hansı fikir rəhmanidir və hansı şeytani. Fikirləri ayırd etməmək insanı sərgərdan edir. Bəs şeytani və ya rəhmani ola biləcək fikirlərimizin qarşısındakı vəzifəmiz nədir? (Tebyan)
Quran bu haqda buyurur ki, təqva sahibi olan bir insan şeytanın vəsvəsəsini həmin an hiss edir və Allaha pənah aparır. Yəni, təqva insana o qədər güc verir ki, o zaman ki, şeytan insanın fikrinə hakim olmaq istəyir, həmin şəxs bunu hiss edir. O, başa düşür ki, bu fikir ona şeytan tərəfindən təqlin edilmişdir. Ona görə də şeytani fikirlərimizlə rəhmani fikirlərimizi ayırmaq üçün təqvalı olmalıyıq.
Çünki ancaq onun yardımı ilə fikirlərimizi ayıra bilərik. Bu səbəbdən o kəslər ki, təqva sahibidirlər, şeytanın tələsinə düşmürlər. Bəlkə düşməni tanımaq üçün daha çox məlumata və agahlığa malik olurlar.
Çünki hər bir hədəfə çatmaq üçün həmin yolu və onun maneələrini tanımaq lazımdır. Əks halda insan təhlükəli və problemlə dolu yolları rahatlıqla keçib gedə bilməz. Mənəvi və ruhi yolda insan nəfsinin və şeytanın hiylələri və təhlükələri ilə tanış olmalıdır. Ancaq bu zaman onların tələsinə düşmək şansı azalar. İnsan bilməlidir ki, şeytan onu hansı yolla aldada bilər. Onu necə getdiyi düz yoldan çəkindirə bilər.
Həqiqətən İlahi təqva qəlbinizin dərmanıdır. Kor gözlərin bəsirəti, qəlbinizdə olan fəsadın əlacı və nəfsinizin çirkini paklayandır.
Təqva - mərifət yolu, fikir hücumunu və şeytani vahimələri dərk edən bir vasitədir. Çox təəsüf ki, bir çoxlarımız bu nemətdən bəhərələmədiyimiz üçün yanlış fikirlərdən, qəlb zülmətinin bəsirətsizliyindən əziyyət çəkirik. Ancaq bu xəstəliyimizi necə müalicə edəcəyimizi bilmirik. Bəziləri həyat bəxş edən Əhli-beytlə (ə) tanış olmadıqlarından, caduların, ya da digər şeytani fikirlərinin əsiri olurlar. Biz qəbul edirik ki, cadugərlər və bunun kimi insanlar din və əqlin əksinə olaraq, bəzi qüdrətlər əldə etmişdilər. Ruhi təmrinlər nəticəsində bəzi şeytani, rəhmani olmayan fikirlərə çatıblar. Onların təqvası yoxdur. Onlar öz güclərini fəsad yolunda istifadə edirlər. Məgər bu cür insnlar Fironun varisləri deyildirmi? Onun kimi düşünüb, sehrbazlara təvəssül etmirlərmi?
Ruhun tanınmamış bu xəstəliklərindən nicat tapmaq üçün elə insanların sözünə qulaq asmaq lazımdır ki, hamının ruhu ilə tanış olmuş olsun. Bütün məxluqların xilqətinə şahid olmuş olsun. Ona görə də Əhli-beyt (ə) məktəbinə üz tuturuq. İmam Əlinin (ə) sözləri ilə qəlbimizə rahatlıq bəxş edirik. İmam (ə) buyurur: "Mən sizə təkidlə tövsiyə edirəm ki, İlahi təqvaya malik olasınız. O, sizin xilqətinizi başlatmışdır və qayıdacağınız yer də oradır. Onun inayətinin vasitəsilə zəfərə çatırsınız”.
Həqiqətən, təqva zülmət dolu qəlblərə şəfa verər, fikri çirkinliklərdən qoruyar və təmizləyər, ruhi xəstəliklərə düçar olmağın qarşısını alar. Ona görə də İmam (ə) bütün insanları insanlıq və mənəviyyat yolunu axtarmağa dəvət edir. Təqva insanda elə dəyərlər yaradır ki, onun köməyi ilə din qardaşlarımıza əlaqəmiz və dostluğumuz meydana gəlir. İmam Baqir (ə) buyurur: "Həzrət Əmirəl-möminin (ə) buyurmuşdur: "(Din) qardaşlarınızı dindarlıqlarının (təqvalarının) səviyyəsinə görə sevin””.
İnsan sərvət və ya başqasının məqam sahibi olduğuna görə onunla dostluq etməz. Əgər meyar təqva olarsa, cəmiyyətin hiyləgər şəxslərindən amanda olarıq.
Ona görə də Əhli-beyti (ə) yaxından tanımağa çalışaq və təqvalı olmaq üçün səylər göstərək.
 
/Deyerler.org/

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 814 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]