Şənbə günü, 2024-04-20, 7:36 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Qurana nəzər salmaq – gözlərin haqqıdır
2013-08-06, 5:01 PM
Qurana nəzər salmaq – gözlərin haqqıdır

Kitabların bəzisi məzlumdur və bir ömür insanla söhbət edib, fikirlərini verə bilərlər. Ancaq insanlar onlardan bəhrlənməzlər. Bəzi kitabların sözləri haqdır. Ancaq kimsə ona inanmaz.
"(Həmin gün) Allahın peyğəmbəri deyəcəkdir: «Ey mənim Rəbbim! Həqiqətən mənim qövmüm (peyğəmbərliyin əvvəlindən dünyanın sonuna kimi) bu Qur’anı tərk etdi (və onun təlimlərini dərk etməkdən və ona əməl etməkdən üz döndərdi)»”. ("Furqan” 30).
"Barəsində heç bir şəkk-şübhə olmayan bu uca məqamlı kitab pəhrizkarlar (aşağıdakı beş xüsusiyyəti fitrət və ya peyğəmbərlərin dəvəti yolu ilə əldə etmiş kəslər) üçün hidayət mənbəyidir”. ("Bəqərə” 2).
 
Həzrət Peyğəmbərdən (s) soruşurlar ki, gözlərin haqqı nədir? Həzrət (s) buyurur: "Qurana nəzər salmaq!”.
 
Həzrət (s) bizə buyurur ki, Qurana məhəbbət göstərərək Allaha üz tutun. Quranla dostluğu Allaha diqqət etmə vasitəsi qərar verin. Yəni, biz müsəlmanların vəzifəsi budur ki, Quranı sevək və onunla dost olaq.
Çünki bu İlahi kitab qəlblərimizdə olan kin və küdurəti, qabarları aradan qaldırma gücünə malikdir. Bu ruzigarın çətinlikləri içində ölən və çürüyən qəlbləri dirçəltmə gücünə malikdir. Dəmir kimi paslanmış qəlbləri pasdan təmizlə gücünə malikdir. Kifayətdir ki, qəlbini ona tapşırasan.
Həzrət Peyğəmbər (s) buyurur: "Həqiqətən, bu qəlblər dəmir kimi paslanar”. Soruşurlar ki, bəs qəlbi bu pasdan necə təmizləyək? Buyurur: "Ölümü yada salaraq və Quran oxuyaraq”.
 
Bu kitab cavanlar üçün bir fürsətdir. Bədənlərinin bir parşasına və bir nura çevrilər. Hər kim bu kitabı oxuyarsa, kitab onun ət və qanına qarışar. İmam Sadiq (ə) buyurur: "Hər kim Quranı oxuyar, Quran onun qan və əti ilə qarışar”.
 
İnsan bu kitaba o qədər yaxınlaşa bilər ki, hətta tənha olan zaman munisinə çevrilər. Əgər munis axtarışındasınızsa, Quran sizin üçün ən yaxşı munisdir. Hər kim Quranla yoldaş olarsa, dostlarından ayrılmağa görə vahiməyə düşməz.
Bu, elə bir kitabdır ki, onu oxuyub düşünmək lazımdır. Bu zaman sizin qəlbinizə təravət bəxş edə bilər. Bu kitab qəlblərin baharıdır. Əgər bir insan bu baharın havası ilə nəfəs almaq istəmirsə, bu baharın təqsiri deyildir.
Bahar - həyat deməkdir, təravət və təzəlik deməkdir. Bahar gələn zaman qönçələr açar. Hər şeyin baharı vardır və Quranın baharı Ramazan ayıdır. Bu kitab Ramazan ayında xüsusi təravətə malik olur. Bu kitabı unutmayaraq və başqa aylarda da onun bərəkətindən faydalanaq.
 
(Tebyan/Deyerler.org)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 689 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]