Qonşularımıza qarşı diqqətcil olmaq – imanımızın nişanəsidir - Gözəl əxlaq dinin yarısıdır - Əxlaq - İslamda nələr var? - gunahkar-bende
Şənbə günü, 2016-12-10, 1:46 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Qonşularımıza qarşı diqqətcil olmaq – imanımızın nişanəsidir
2013-08-22, 6:51 PM
Qonşularımıza qarşı diqqətcil olmaq – imanımızın nişanəsidir

  Müsasir texnologiyanın inkişaf etməsi bəşər üçün böyük imkanlar yaratsa da, ancaq bu inkişaf cəmiyyətin artması ilə bir yerdə olduğu üçün istər-istəməz insanlar üçün müəyyən məhdudiyyətlər yaradır.
Bir qədər keçmişə nəzər salsaq görərik ki, evlər necə geniş və bağlı-bağcalı idi. Ancaq indi cəmiyyətin sayı artdığı üçün bu cür geniş evlərə çox az rast gəlmək olur. Bu geniş evlərin yerini uca göydələnlər əvəz etmişdir.
Bu göydələnlər insanların həyatına böyük dəyişkliklər gətirmişdir. Bu dəyişliklərdən biri də qonşulara qarşı biganə və laqeydlikdir. Halbuki, Allah Təala Quranda bizə əmr edir: "Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın, ata-anaya həmçinin qohumlara, yetimlərə, yoxsullara, yaxın qonşulara, uzaq qonşulara, yaxın dostlara (həmkar, məclis yoldaşı, səfər yoldaşı və başqalarına), yolda qalana və sahib olduğunuz qul və kənizlərə layiqli bir yaxşılıq edin. Həqiqətən Allah təkəbbürlü və lovğa şəxsi sevmir”. ("Nisa” 36).
Allah Təala bu ayədə bizə qonşulara yaxşılıq etməyə və onlarla əlaqə saxlamağa əmr edir. Həzrət Peyğəmbər (s) bu haqda buyurur: "İnsan üçün qonşunun ehtiramı anasına ehtiram kimi olmalıdır”.
 
Qonşunun halını soruşmaq və onunla maraqlanmaq bir müsəlmanı nümunəvi qonşuya çevirə bilər. İmam Əli (ə) bu haqda buyurur: "Qonşuluğun nişanəsindəndir ki, onun halı ilə maraqlanasan”.
Əlbəttə bu maraq hissində ifrat edilməməlidir. İnsan qonşunun hər işinə qarışmamalıdır. Yəni, insanlara əziyyət verməməlidir.
 
İmam Sadiq (ə) buyurur: "Yaxşı qonşuluq evləri abad və ömürləri uzun edər”. Binada yaşayan insanlar müəyyən qayda və qanuna riayət etməli və aşağı mərtəbədə olanları narahat etməməlidir. Çox sayda ailənin bir binada toplanması bəzi problemlər yarada bilər. İnsanlar arasında əqidə fərqi olduğu üçün bəziləri evlərində ev heyvanları saxlayaraq, başqaları üçün narahatlıq yarada bilərlər. Bu hal bəziləri üçün adi bir haldır, ancaq bəziləri üçün isə dözülməzdir.
 
Ancaq İlahi ayələr bizə tövsiyə edir ki, insanlar dini əqidələrə malik olsa belə, onlar başqaları tərəfindən əziyyət edilməməlidir. "Mömin kişiləri möminə qadınları günah etmədikləri halda incidənlər, həqiqətən, böhtan və açıq-aydın bir günah qazanmışlar (çünki onları incitmək onlara günah isnad etməkdir və bu, özü böhtandır)”. ("Əhzab” 58).
 
İmam Sadiq (ə) buyurur: "O kəs ki, mömin bəndəni incidər, mənimlə döyüş elanı vermiş olar”.
Hər bir binada istər-istəməz müxtəlif səbəblərə görə mübahisələr baş verər. Ancaq bu hallarda Quran bizə öyrədir ki, heç bir zaman pisliyin cavabını pisliklə verməyin. "Yaxşı iş (gözəl əqidə, əməl və söz) ilə pis iş əsla bir deyil. (Buna görə də sənə yetişən pislikləri) ən gözəl üsulla dəf et. Onda səninlə arasında düşmənçilik olan şəxs birdən (elə dəyişər ki,) sanki yaxın dost və qohumdur”. ("Fussilət” 34).
Yaxşı qonşu qohumdan da yaxın olar. Quran və hədislərin bizlərə verdiyi tövsiyələrə əməl edək və həyatımızı daha sevincli və rahat edək.
 
(Tebyan/ Deyerler.org)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 245 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]