Cümə axşamı, 2024-03-28, 4:31 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Qohumlarla yaxşı davranmaq barədə dinimizin buyuruşları
2013-08-06, 4:57 PM
Qohumlarla yaxşı davranmaq barədə dinimizin buyuruşları

 
Qohumluq əlaqəsi ancaq imanlı qohumlara aid deyildir. Bəlkə əxlaqi və İlahi vəzifədir ki, hər bir qohum qarşısında yerinə yetirilməlidir. İstər mömin olsun, istərsə də deyil. Ancaq bu rabitə o yerə qədər davam etməlidir ki, dini əhkamlara ziyan vurmasın.
 
Allah Təbarəkə və Təala buyurur: "Əgər onlar (ata-anan) cəhd etsələr ki, haqqında elmin olmayan bir şeyi (ilahilikdə, müqəddəslikdə) Mənə şərik qoşasan, əsla onlara itaət etmə. Dünyada onlarla yaxşı davran və (bütün hallarda) Mənə tərəf dönən (yönələn) kəslərin yolunu tut! Sonra isə hamınızın dönüşü Mənə tərəfdir. Beləliklə (Mən) sizə etdiklərinizdən xəbər verəcəyəm”. ("Loğman” 15).
 
İmam Sadiq (ə) buyurur: "Peyğəmbərin (s) yanına bir nəfər gəlir və deyir: "Ey Rəsulallah! Mənim qohumlarım vardır ki, bizə zülm etməkdən, qohumluq əlaqəsini kəsməkdən başqa bir iş görmürlər. Onlarla nə edim?”. Həzrət (s) buyurur: "Bu zaman Allah da sizin hamınızı tərk edər”. Deyir: "Bəs nə edim?” Buyurdu: "O kəs ki, səninlə qohumluq əlaqəsini kəsmişdir, onunla əlaqə yarat. Səni məhrum edənə əta et. O kəs ki, sənə zülm etmişdir, ona güzəşt et. Nə zaman belə etsən, Allah sənin dayağın olar””.
 
Cəhəm ibni Huməyd İmam Sadiqdən (ə) soruşur: "O qohumlar ki, dini əqidəmə müxalifdirlər, onların mənim boynumda haqqı vardırmı?”. Buyurur: "Bəli, qohumluq haqqı vardır ki, heç bir şey onu qət edə bilməz. Əgər səninlə həməqidə olsalar iki haqq vardır: qohumluq haqqı və İslam dini haqqı”.
 
(Tebyan/ Deyerler.org)
 
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 675 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]