Qarunun problemi nə idi? Nə edək ki, onun vəziyyətinə düşməyək? - Gözəl əxlaq dinin yarısıdır - Əxlaq - İslamda nələr var? - gunahkar-bende
Şənbə günü, 2016-12-10, 1:44 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Qarunun problemi nə idi? Nə edək ki, onun vəziyyətinə düşməyək?
2014-01-22, 10:47 PM
Qarunun problemi nə idi? Nə edək ki, onun vəziyyətinə düşməyək?
 
 Qarunun adı Quranın üç surəsində çəkilmişdir. "Qəsəs” surəsində bu təkəbbürlü zəngin insanla Bəni-İsrayilin davasından söz açılmışdı. "Həqiqətən, Qarun Musanın qövmündən (onun əmisi oğlu) idi. (Fironun vergisini İsrail övladlarından almaq üçün məmur olunmuşdu.) (O) onlara qarşı həddini aşdı və zülm etdi. Ona o qədər xəzinələr vermişdik ki, onların açarları güclü bir dəstəyə ağırlıq edirdi. (Yada sal,) o zamanı ki, qövmü ona dedi: «(Malına qürrələnib) sevinmə. Çünki Allah (malına qürrələnib) sevinənləri sevməz»”. ("Qəsəs” 76).
O zamanlar Bəni-İsrayildə Qarun və başqa insanların halına yanan möminlər var idi ki, onu nəsihət edirdilər. «Və Allahın sənə vermiş olduğundan axirət evini qazan, dünyadakı (ömür və maldan olan) nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi sən də (başqalarına) yaxşılıq et və yer üzündə fəsad dalınca düşmə. Çünki Allah fəsad törədənləri sevməz». ("Qəsəs” 77).
Ancaq Qarun onlara belə cavab verir: "(Qarun) dedi: «Həqiqət budur ki, bu mal-dövlət məndə olan elm (Tövrata, kimyagərliyə, ticarətə və əkinçiliyə yaxşı bələd olmaq) sayəsində mənə verilmişdir»”. (78).
Bəzi təfsirçilərin nəzərinə görə bu elm bir neçə şey idi:
1. Tövrat elmi.
2. Ticarət və əkinçilik elmi.
3. Kimiya elmi.
Qarun zəngin olduğu üçün həmişə təmtəraqlı geyinər və insanların içinə çox möhtəşəm libaslarla çıxardı. Bu da insanların həsrət çəkməsinə səbəb olardı və onlar deyərdilər: «Kaş Qaruna verilən qazanc bizə də veriləydi! Həqiqətən, o (dünyada) böyük bir qazanc sahibidir». (79).
Zəngin insanlar həmişə öz sərvətini insanlara nümayiş etdirməyi sevirlər. Ona görə də özlərinə yüksək və bəzədilmiş saraylar tikərlər. İnsanların arasına gələn zaman bər-bəzəkli paltarlar geyinərlər. Hamının gözünü özlərinə cəlb edərlər. Bu işləri ilə lovğalanarlar. Bunun nəticəsndə imanı zəif olan insanlarda paxıllıq və həsəd hissi oyanır və ruhi rahatlqılarını itirirlər. Ancaq imanı güclü olanlar dünya malı olduğu üçün belə şeylərə göz yumar və həqiqi nemətləri görməyə çalışarlar. Həqiqətdə bunun özü də böyük bir imtahandır. Bir tərəfdən Qarun imtahana çəkilər və o biri tərəfdən isə imanı zəif olan insanlar.
"(İlahi və din) elm(i) verilmiş şəxslər isə, dedilər: «Vay sizin halınıza! İman gətirən və yaxşı iş görən şəxs üçün Allahın mükafatı (Qarunun bütün sərvətindən) yaxşıdır və onu da yalnız səbirlilər əldə edərlər»”. (80).
Allah Qarunu hidayət etməsi üçün Həzrət Musanı (ə) göndərir. Musa (ə) ondan zəkat istəyir və o, da rədd edir. Qarun insanları Musanın (ə) əleyhinə qaldırmağa çalışır, ancaq sonda özü rüsvay olur. Musa (ə) da Allahdan istəyir ki, Qaruna əzab versin.
Nəhayət Allahın əzabı Qaruna çatır: "Beləliklə onu (Qarunu) və evini yerə batırdıq. Allahın (əzabı) müqabilində ona kömək edə biləcək (dostlarından və nökərlərindən ibarət) bir dəstə də yox idi. Onun özü də özünü müdafiə edə bilmədi”. (81).
Bəli, bütün bunlar şeytanpərəstliyin nəticələridir ki, Qarunu bu hala salmışdı. Dünya sevgisi, mal sevgisi, məqam sevgisi, şöhrət, təkəbbür, lovğalıq, başqalarının onu tərifləməsi - bütün bunlar şeytanın qurduğu tələlərdir ki, Qarun da ora düşür. Çünki Qarun Allahdan qafil bir insan idi və Allahı yaddan çıxartmışdı.
Şeytanpərəstliyin əlacı budur ki, insan bu cür cəmiyyəti tərk etsin və dünya sevgisindən xilas ola bilsin. Şəhvət və nəfsani istəkləri özündən uzaqlaşdırsın. Allahın zikri ilə məşğul olsun və Allaha boyun əysin.
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim paltar geyinər və onda lovğalanarsa, Allah onu cəhənnəmin kənarına endirər. Qarunun həmdəmi olar. Çünki Qarun ilk insan idi ki, təkəbbür etmişdi. Allah Təala onu və sarayını torpağın altına apardı”. (Tebyan)
 
/Deyerler.org/
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 293 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]