Şənbə günü, 2024-04-20, 0:25 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

“Qəzəblənmə, insanlara əl qaldırma, özün üçün istədiyin şeyləri başqaları üçün də istə” – behiştə daxil olmağın resepti
2013-12-22, 2:09 PM
"Qəzəblənmə, insanlara əl qaldırma, özün üçün istədiyin şeyləri başqaları üçün də istə” – behiştə daxil olmağın resepti

İnsafın mənası - ədalət, başqalarına xidmət, özün üçün istədiklərini başqaları üçün də istəməkdir, özün üçün istəmədiklərini başqaları üçün istəməməkdir. Bu həqiqət gərək istər ailədə, istər qonşular arasında, istər ictimada, istər dünyada hakim prinsip olsun. İslamın nəzərincə hər kəs başqalarına insaf etməli və insanların haqlarına hər yerdə riayət etməlidir. İmam Sadiq (ə) Həzrət Peyğəmbərdən (s) nəql edir: "Ən adil kəs odur ki, özü üçün istədiyi yaxşı şeyləri başqaları üçün də istəsin, özü üçün uyğun bilmədiyi şeyləri başqaları üçün də uyğun bilməsin". (Erfan)
Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, yoxsullara yardım və kömək edər, öz tərəfindən hamıya insaf edər – o, həqiqi mömindir".
Həzrət Peyğəmbər (s) Əmirəl-mömininə (ə) deyir: "Üç şey imanın həqiqətindəndir: yoxsul olan zaman kasıblara malını xərcləmək, öz tərəfindən bütün insanlara insaf etmək və elmə ehtiyacı olanlara elm vermək”.
Bir kişi Peyğəmbərə (s) deyir: "Mənə elə bir əməl öyrət ki, behiştə daxil olmaq asan olsun”. Həzrət (s) buyurur: "Qəzəblənmə, insanlara əl qaldırma, özün üçün istədiyin şeyləri başqaları üçün də istə”.
Əmirəl-möminin (ə) buyurur: "Agah olun! Əgər hər kimsə, öz tərəfindən başqalarına insaf etsə, Allah ona izzət və böyüklükdən başqa bir şey verməz”.


Nə qədər şirin və alidir, o ailə ki, ər arvadına qarşı, arvad ərinə qarşı, ata və ana övladına
qarşı, övlad ata və ansına qarşı, qonşu qonşuya qarşı, insanlar bir-birinə qarşı insaflı ola. Hər kəs hər bir işdə özü üçün istədiyini başqaları üçün də istəməlidir, hər nəyi ki, özünə qıymır, başqalarına da qıymamalıdır. Həm də o cür olmamlıdır ki, bütün rahatlıqlar evin kişisi və uşaqları üçün olsun və əziyyət çəkən tərəf ancaq qadın olsun və ya ata və ana əziyyət çəksinlər və övladları da yesinlər və tələb də etsinlər, əksinə hamı bir-birinə qarşı insaflı, ədalətli olmalıdır. Evin bütün işlərində bir-birinə kömək etməlidirlər ki, onların səadətlərinin bir hissəsi təmin edilmiş olsun və bədbəxtliyin hücumundan amanda olsunlar.
Həzrət Musa (ə) Allah Təalaya münacat edir: "Pərvərdigara, o insandan ki, camaat əziyyət görməyib və hamıya yaxşılıq edirlər, əcri nədir?”. Həzrət Musaya (ə) xitab çatır ki, atəş Qiyamət günü ona deyir: "Mənə tərəf yolun yoxdur”.
Həzrət Peyğəmbərdən (s) soruşurlar: "İslamın insan üçün ən üstün proqramı hansıdır?”. Həzrət (s) cavab verir: "İnsanlar onun əlindən və dilindənamanda olsunlar”.
Rəsuli-Əkrəm (s) yenə buyurur: "O əməl Allah və onun Rəsulu yanında sevimlidir ki, bəndələrə qarşı mehriban və nəzakətli olsun. Allah və Rəsulu yanında ən nifrətli əməl odur ki, Allah bəndəsinə qarşı kobud rəftar edilsin”.
Kişinin qadına qarşı və qadının ərinə qarşı, ərlə arvadın övladlarına qarşı və övladların ata və anasına qarşı, qonşuların, yadların bir-birlərinə qarşı İlahi vəzifəsi - mehriban, nəzakətli, incə məhəbbətli və vüqarlı olmalarıdır.
 
/Deyerler.org/
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 607 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]