Cümə axşamı, 2024-04-18, 6:40 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Qəlb qüvvəsini necə gücləndirək?
2014-01-17, 7:22 AM
Qəlb qüvvəsini necə gücləndirək?

 Qəlb qüvvəsi və rahatlığını bəşər hələ qədim zamanlardan əldən vermişdir. Demək olar ki, bəşər tarix boyu elə bunun üçün səy etmişdir ki, bu istəyinə çata bilsin. İnsanı bu nigarançılıqdan xilas edə biləcək şey - Qüdrətli Allahı yada salmaqdır. Mehriban Allah da həmişə bəndələrinin halına nazir olmuşdur. İnsan əgər Allaha pənah apararsa, Allah insana elə bir qüvvə əta edə bilər ki, heç bir çətinlik qarşısında zəiflik və yorğunluq hiss etməz. Allahın sonsuz qüdrəti haqqında təfəkkür etmək - qəlb imanını və rahatlığını artırar. (Tebyan)
İslam dinində rahatlıq və təhlükəsizlik həmişə diqqət mərkəzində olmuşdur. İslam dini ruhi rahatlığa çatmaq üçün çox sayda yollar tövsiyə etmişdir. «Şübhəsiz, Allah (möcüzəni hikmət və məsləhət əsasında göndərir, buna görə də haqqı qəbul etməyənlərdən) istədiyi şəxsi azğınlıqda boşlayır və Ona tərəf qayıtmış şəxsi hidayət edir». O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır». ("Rəd” 27-28).
Bu ayədə adı çəkilən rahatlıq - maddi amillər qarşısında olan rahatlıqdır. Əlbəttə, iman əhli öz vəzifələrinə görə nigaran olmazlar. Onların nigaran olduğu şeylər dağıdıcı deyildir. Onlar Allah qarşısındakı məsuliyyətlərini daha yaxşı şəkildə yerinə yetirməkdən nigaran olarlar. İlahi qorxu da elə buna görədir.
Allahı zikr etmək dedikdə, təkcə dildə zikr etmək nəzərdə tutulmur. Bəlkə ayənin məqsədi budur ki, bütün qəlbi ilə Ona, Onun əzəmətinə, Onun elminə və agahlığına, Nazir və Hazır olmasına diqqət edəsən.
Hər bir nemət Allah tərəfindən nazil olar. Ancaq Allah insana şər nazil etməz və insan əgər bunu dərk edərsə, əməllərinə nəzər salar. Həqiqətdə çirkin əməllərinə görə Allahdan qorxar. Çünki bu əməllər İlahi rəhmətin qarşısını ala bilər.
Ona görə də insan nə zaman Allahı xatırlayarsa, ilk edə biləcəyi şey - günahlarını yadına salmasıdır. Bu əməlin ikinci təsiri isə budur ki, insan Allahı yada salaraq rahatlıq tapar.
Başqa bir ayədə oxuyuruq: "Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbblərinə təvəkkül edərlər”. ("Ənfal” 2).
Bu iki ayəni bir yerdə toplasaq görərik ki, insan Allahın sonsuz nemətlərini yada salaraq, rahatlıq tapa bilər. Allahın intiqam və cəzasına diqqət edərək isə qorxar və çəkinər. Allah bəndələrinə tövsiyə edir ki, qəblərinə bu nemətləri yada salaraq təskinlik versinlər. Çünki Allahın verdiyi vədə mütləq olacaqdır. Allahdan qorxmaq və çəkinmək isə insanın vəzifəsini və məsuliyyətini dərk etməsinə görədir. Bəzən də Allahın əzəmət və sonsuz qüdrət məqamını dərk etməsinə görə olar.
"Agah olun ki, İlahi Övliyaların nə qorxusu vardır, nə də qəmi”.
Bəs İlahi Övliyalar kimlərdir?
İlahi Övliyalar o kəslərdir ki, onlarla Allah arasında fasilə olmaz. Qəlblərinə heç bir şəkk və şübhə salmazlar. Allahdan qeyrisi nəzərlərində kiçik və dəyərsiz olar.
Buradan məlum olar ki, onların niyə qorxuları və qəmləri yoxdur. Çünki insan o zaman qorxar ki, hansısa nemətdən məhrum olar. Ya da onu gələcəkdə gözləyən təhlükələrdən qorxar. Ancaq İlahi Övliyalar hər cür maddi əsirlikdən azaddırlar. Ona görə də başqalarının keçmişə və gələcəyə görə olan nigarançılıqları onlarda mövcud deyildir. Onların qəlbində həqiqi rahatlıq hakimdir. Qəm və qorxu adətən dünyapərəstlik ruhundan qaynaqlanar. İlahi Övliyalar bu rəzil sifətdən uzaqdırlar. Dünya qəmindən azaddırlar.
Beləliklə, deyə bilərik ki, qəlb qüvvəsini gücləndirmək üçün insan Allaha diqqət etməlidir. Əgər insan bilsə ki, hər şey Allahın mülküdür, özünü heç bir şeyin maliki bilməz. Ona görə də qəm və qüssəyə düçar olmaz. İlahi Övliyalar nə bu dünyada, nə də axirətdə heç bir şeydən qorxmazlar. Məgər o halda qorxarlar ki, Allah buna iradə edər.
Allah bizlərə də İlahi Övliyaların xüsusiyyətlərindən əta etsin!
 
/Deyerler.org/

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 991 | Downloads: 0 | Rating: 5.0/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]