Cümə axşamı, 2024-03-28, 9:03 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Qəbirdən qalxan zaman insanın dadına çatan əməllər
2013-08-31, 7:24 AM

Qəbirdən qalxan zaman insanın dadına çatan əməllər


Qiyamət gününün ən dəhşətli və vahiməli saatlarından biri insanın qəbirdən çıxmaq saatıdır. Allah Təala buyurur: "O gün ki, onlar qoyulmuş əlamətlərə sarı sürətlə hərəkət edənlər kimi öz qəbirlərindən tələsik çıxarlar. Gözləri yerə dikildiyi halda (böyük bir) zillət və xarlıq onları bürüyər. Budur onlara vəd verilmiş gün”. ("Məaric” 43-44).



Məsud nəql edir: "Mən İmam Əlinin (ə) xidmətində əyləşmişdim. Həzrət (ə) buyurdu: "Həqiqətən, Qiyamət günü 50 mövqe (hissə) olar ki, hər biri də min il çəkər. Birinci mövqe qəbirdən çıxmaqdır ki, min il soyunmuş bədənlə, ayaqyalın, ac və susuz halda saxladılarlar. Hər kim qəbrindən Allaha, behiştə, cəhənnəmə və Qiyamət gününə imanla çıxarsa, Allahı və Peyğəmbərini (s) təsdiq edərsə, aclıq və susuzluqdan nicat tapar”.



İmam Əlinin (ə) "Nəhcul-bəlağə”dəki xütbələrindən birində buyurulur: "O gün ki, Allah birinci və sonuncu xəlqini hesaba çəkmək üçün bir yerdə toplayar, insanların halı o günü belə olar ki, təvazökar halda dayanarlar. Tərləri ağızlarına qədər çatar, yer onları çətinliklə özündə sığışdırar. Onların içində o kəslərin halı yaxşıdır ki, ayağını qoymağa yer olar. Bacardığı qədər nəfəs ala bilər”.



Qəbirdən qalxan zaman insanın dadına çatan əməllər:

1. İmam Sadiq (ə) buyurur: "Hər kəs möminin qəmini aradan aparar, Allah Təala da onun axirət qəmini aradan aparar və qəbrindən elə qalxar ki, qəlbi sərin olar”.

2. İmam Sadiq (ə) buyurur: "Allah Təala mömini qəbrindən çıxardan zaman onunla bir yerdə misalı da bayıra çıxar. Mömin Qiyamət gününün qorxulu hadisələrini hər nə qədər görsə, misalı ona deyər: "Qəmgin olma və qorxma, müjdə olsun sənə Allah Təalanın kəramət və sərvərliyinə görə”. Allah Təala onun hesabını asan edər. Onu behiştə göndərər və misalı da qarşısında olar. Mömin ona deyir: "Allah sənə rəhmət etsin ki, mənim üçün yaxşı rəfiq idin. Qəbirdən mənimlə bir yerdə çıxdın, davamlı olaraq mənə müjdə verdin. Sən kimsən?”. Deyər: "Mən o sevinc və şadlığam ki, dünyada olan zaman mömin qardaşının qəlbinə daxil etmişdin. Allah Təala məni yaratmışdır ki, sənə müjdə verəm”.

3. İmam Sadiq (ə) buyurur: "Hər kim mömin qardaşına yay və ya qış paltarı ilə geyindirərsə, ölüm çətinliyi onun üçün asan olar, qəbri genişlənər, qəbirdən çıxan zaman mələkləri müjdə ilə qarşılayar. Yəni, mələklər ona müjdə verərlər: "O böyük vahimə onları kədərləndirməz və mələklər onları (təbriklə) qarşılayar(aq deyərlər): «Bu, (dünyada) sizə vəd olunmuş həmin o gününüzdür». ("Ənbiya” 103).



4. Ramazan ayının əvvəllərində "Cövşən Kəbir” duasını oxumaq. Şeyx Təbərsi nəql edir ki, Məaz ibni Cəbəl Peyğəmbərimizin (s) yanında əyləşmişdi. Məaz deyir: "Ya Rəsulallah! Mənə sur çalanan gündən xəbər ver”. Həzrət (s) buyurur: "Ey Məaz! Böyük bir məsələdən sual verdin. Mənim ümmətimin on dəstəsi dağınıq halda məhşur olacaqdır ki, Allah onları müsəlmanlardan ayırar və simalarını dəyişər:

1) Bəziləri meymun simasında olar. (Söz gəzdirən insanlar).

2) Bəziləri donuz simasında olar. (Haram qazanc əldə edənlər).

3) Bəzilərinin üzü aşağıda və ayaqları yuxarıda olar və onları üzü üstə məşhərə gətirərlər. (Sələm yeyənlər).

4) Bəziləri kor olar. (Zülmlə hökm çıxaranlar).

5) Bəziləri kardırlar. (Xudbin insanlar).

6). Bəzilərinin dili topuq vurar və ağızlarından çirk və qan axar. (Sözləri ilə əməlləri bir-birinə uyğun gəlməyən alimlər və qazilər).

7). Bəziləri kəsilmiş əl və ayaqla məşhur olarlar. (Qonşularına əziyyət edənlər).

8). Bəziləri atəşli ağacdan asılı olarlar. (Sultan yanında insanların sözünü gəzdirənlər).

9). Bəziləri murdar kimi iylənər. (Mallarında Allahın haqqını rədd edib, şəhvətə üz tutanlar).

10). Bəziləri mis paltara bürünər ki, hər yerini əhatə edərlər. Köynəkləri dərilərinə yapışmış olar. (Məğrur və təkəbbürlü insanlar).

Allah bizləri bu 10 dəstədən etməsin və Qiyamət günü bizləri üzü gülüb, sevinənlərdən qərar versin.



(Tebyan/ Deyerler.org)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 879 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/1
Total comments: 1
0  
1 leyl   (2013-09-02 4:22 PM) [Daxil et]
AMIN YA REBBIL ALEMIN

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]