Cümə günü, 2024-03-29, 6:06 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Peyğəmbərimiz (s) iqtisadi sahədə bizlərə nəyi tövsiyə etmişdir?
2013-03-26, 6:00 AM
Peyğəmbərimiz (s) iqtisadi sahədə bizlərə nəyi tövsiyə etmişdir?
İqtisadiyyat - insan həyatının mühüm sahələrindən biridir. Əgər düzgün proqramlaşdırılarsa, insana daha çox fəzilət qazandırmağa yardım edər. Əgər ona qarşı laqeyd olsa, ya da düzgün yönləndirmədiyi üçün ciddi zəif cəhətlərə malik olacaqdır. Bu halda birinci dəstə qurucu və ikinci dəstə məhvedici olar. İqtisadiyyatın zəif olması insanın fəzilətlərdən və kamaldan uzaq olması üçün mühüm səbəblərdəndir.

İslam dini bu məsələdə də insana çıxış yolunu və səadət yolunu göstərir. Həzrət Peyğəmbərin (s) nurani kəlamlarında buna rast gəlmək olar.

Həzrət (s) etdiyi duasında yoxsulluğu – küfr və qəbir əzabı ilə bir sıraya qoymuş və ona görə Allaha pənah aparmışdı. Başqa bir duasında Həzrət Peyğəmbər (s) buyurur: "Allahım! Bizim üçün çörək və bərəkət qapısı qərar ver. Bizimlə onun arasına ayrılıq salma. Əgər çörək olmasaydı, biz namaz qılmazdıq, oruc tutmazdıq. Pərvərdigarımızın vacibatlarını yerinə yetirməzdik”.

Bu hədisdə adı çəkilən çörək - adi çörək mənasında işlənməmişdir. Bəlkə çörək dedikdə Həzrət (s) iqtisadiyyatın mühüm sahələrinə toxunur. Həzrət (s) bu hədislə bildirmək istəyir ki, iqtisadiyyat insanın imanını və əqidəsini zəiflədə bilər. İbadətlərini süstləşdirər. Ancaq bu, o mənanı vermir ki, yoxsul olmaq insanı dindən uzaqlaşdırmalıdır. Bəlkə Həzrət (s) bildirmək istəyir ki: "Yoxsulluq insanı küfr astanasında qərar verir”.

Bu hədislərdən beş mühüm amili aydın görmək olur. Onların hər birinə ayrıca işarə edək.



1. Bilik.

Peyğəmbəri-Əkrəm (s) iqtisadiyyatda yaxşı nəticələr əldə etmək üçün elm və biliyin mühüm olduğunu vurğulamışdır. Çünki bir insan elmsiz halda bir işi görməyə qalxarsa, həmin işi ancaq xarab və məhv edər.

Ona görə də Həzrət (s) buyurur: "Hər kim elmi olmadan rəftar edərsə, islah etməmişdən əvvəl fəsad törədər”.

Ona görə də iqtisadiyyatın inkişaf etməsi üçün elmli və mütəxəssis insanlara ehtiyac vardır.



2. Proqramlaşdırılmış iş.

İqtisadi inkişafa yardım edən amillərdən ikincisi isə düzgün proqramlaşdırmaqdır. Həzrət Peyğəmbər (s) buyurur:"Mən ümmətimin yanlış proqramlaşdırmasına görə yoxsul olmasından qorxuram”.

Biz elə bir ölkədə yaşayırıq ki, ilin dörd fəslində də bol nemətə malikdir. Dənizi, mədənləri, nefti, qazı və başqa nemətləri də vardır. Ancaq bunula belə çox sayda yoxsulun olmasına şahidik ki, bu da düzgün proqramlaşdırılmamağın nəticəsidir. Nemətlər boldur, ancaq insanların bir çoxu yoxsul və ehtiyaclıdır.

Əgər bu sahədə düzgün proqramlar tərtib edilərsə, Allahın lütfü ilə bu bərəkətdən ən yaxşı şəkildə bəhrələnmək olar. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim güzəranını təmin etmək üçün düzgün proqram qurarsa, Allah Təala ruzisini verər”.



3. İş.

İşin və fəaliyyətin əhəmiyyətini göstərmək üçün Həzrət Peyğəmbər (s) işçilərin əlindən öpərdi. O insanlar ki, ruzi qazanmaq üçün çalışırlar, onları Allah yolunda cihad edənlərlə eyni sıraya qoyardı.

Həzrət (s) buyurur: "O kəs ki, ailəsinin ehtiyaclarını təmin etmək üçün zəhmət çəkir, Allah yolunda cihad edən kimidir”.

Həzrət (s) tənbəl insanların isə İlahi rəhmətdən uzaq düşdüklərini vurğulayır və buyurur: "O kəs ki, başqalarına yük olar, məlundur. Məlun o kəsdir ki, ailəsini təmin etməz, məlundur, məlun”.



4. Xərcləmək.

Həzrət Peyğəmbər (s) xərcləyən zaman həm simicliyi qadağan edir və həm də ifratı. Həzrət (s) bizlərə mötədil olmağı tövsiyə edir. Həzrət Peyğəmbər (s) buyurur: "Nə simiclik (bəyənilir), nə də israfçılıq”.

"O kəs ki, güzəranını təmin etmək üçün mötədillik edər, Allah ruzisini verər. Hər kim israf edər, Allah onu nakam edər”.



5. Dövlət.

Həzrət Peyğəmbər (s) buyurur: "5 nəfər vardır ki, mən və hər peyğəmbər onlar nifrin edirik: o kəs ki, Allah kitabına nəyisə əlavə edər, o kəs ki, mənim sünnətimi kənara qoyar, o kəs ki, İlahi təqdiri yanlış hesab edər, o kəs ki, mənim itrətimə qarşı Allahın haramını halal bilər, o kəs ki, ümumi malı özü üçün halal bilər və ondan şəxsən bəhrələnər”.

İslam dininin nəzərinə görə dövlət, xalqın malına əmanət kimi baxmalıdır. Bu mala qarşı tamahkarlıq göstərməməlidir.

Beləliklə, Peyğəmbərimiz (s) iqtisadiyyatımızı inkişaf etdirmək üçün bizlərə dəyərli tövsiyələr etmişdir. Əgər bu tövsiyələrə riayət etsək, şübhəsiz ki, nailiyyət qazanmış olarıq.



(İslami saytlara istinadən/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 663 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]