Şənbə günü, 2024-04-20, 5:45 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Özünü tanımaq – xudbinliklə ən yaxşı mübarizə yoludur
2013-09-04, 5:26 AM
Özünü tanımaq – xudbinliklə ən yaxşı mübarizə yoludur

Mübarək dinimiz xudbinliyi təhlükəli sifətlərdən biri kimi tanıtmışdır. Çox təəssüf ki, insanın mal və dövləti və rifahı artıqca, bu sifət cəmiyyətdə artmağa başlayır. Bu sifət insanları bir-birindən uzaqlaşdırır, özgələşdirir. Əllamə Məclisi bu haqda buyurur: "Xudbinlik - yaxşı əməllərini çox hesab etmək, başqalarına minnət qoymaq, özünü səhv dairəsindən kənarda görməkdir”.
Əlbəttə, xudbinlik təkcə o demək deyildir ki, ancaq öz gördüyü işləri yaxşı hesab edər. Xudbin insan özünü həmişə başqalarından üstün hesab edir.
Şeyx Bəhayi bu haqda buyurur: "Əgər bu nemətləri öz sifəti, özünə aid hesab edərsə, onu böyük sayıb, ona söykənər. Özünü təqsirdən kənarda görər. Allaha minnət qoyar”.
Qurani-Kərim xidbinliyi belə təsvir edir: "Pis əməlləri onun üçün zinətlənmiş olan və onları gözəl görən (bilən) bir kəs, (həqiqəti görən mömin kimidirmi? Əsla belə deyildir) çünki, Allah (bəşəri dəvət edib dəlilləri təqdim etdikdən sonra) istədiyini azğınlıqda buraxar və istədiyini doğru yola yönəldər”. ("Fatir” 8).
Bu mübarək ayədən göründüyü kimi, məğrur insanların gözündə pis əməlləri o qədər bəzədilir ki, onu uca bir şey kimi görməyə başlayırlar. Bu gün cəmiyyətə nəzər salsaq görərik ki, bir çoxları ali təhsil aldıqları və bir çoxları da mal-dövlətlərinə görə qürurlanırlar. Hətta fərqli bir paltar geyinmək belə insanı məğrur edə bilir. Belə bir insan o qədər özünü yüksək məqamlı hesab edir ki, əlinin altında olanlarla söhbət etmir və onlara hörmət qoymur. Hədislər xudbin insanı dayaz düşüncəli kimi tanıtmışdır.
İmam Əli (ə) buyurur: "Səni narahat edən pislik və günah, səni xudbinliyə vadar edəcək yaxşı əməldən daha üstündür”.
Həzrət Peyğəmbər (s) buyurur: "Allah Həzrət Davuda (ə) buyurur: "Elə bir bəndə yoxdur ki, öz yaxşı əməllərinə görə xudbinliyə düçar olsun və həlak olmasın””.
İmam Sadiq (ə) buyurur: "Əgər insan üç şeyə düçar olsa, heç bir əməli qəbul olmaz. Bu üç şey ibarətdir: əməlini böyük hesab etmək, günahını unutmaq, xudbinliyin qəlbə daxil olması”.
 
Xudbinliyin bir çox amilləri vardır. Bir çoxları  namaz qıldığı və oruc tutduğu üçün özünü  başqalarından üstün hesab edir. Güman edir ki, ən yaxşı ibadəti yerinə yetirir. İmam Sadiq (ə) buyurur: "İki nəfər məscidə daxil olur və biri abid, o birisi fasiq olur. Hər ikisi məsciddən çıxan zaman fasiq mömin olur, abid isə ibadətinə görə xudbinliyə düçar olur. Belə güman edir ki, bu əməli ona nicat verəcəkdir. Ancaq fasiq insan Allahdan bağışlanmasını, günahlarından keçməsini istəyir”.
 
Bəziləri ali təhsil və elminə görə xudbinliyə  düçar olurlar. Elə bilir ki, bir ali məktəb qurtarmaqla bütün elmlərə vaqifdir və hər bir şeydən başı çıxır. "Kəhf” surəsi bu insanları ən bədbəxt insanlar hesab edir.
Bəziləri mal və dövlətinə görə xubinlik edilrər. Belə düşünürlər ki, son dəbdə olan maşına və geniş bir villaya malik olmaqla başqalarından üstündürlər. Özündən alçaqda olanları məsxərə edərlər. Ancaq tarix göstərib ki, sərvət sahibi olan çox sayda insanlar həlak olub və bu sərvətdən faydalanmayıblar.
Bəziləri bədənlərinə görə xudbin olurlar. Xüsusilə  də idmanla məşğul olan cavanlar. İdmanda nailiyyət qazanıb, özünü başqalarından üstün hesab edirlər. Allah Təala Qurani-Kərimdə Ad qövmü haqqında buyurur ki, onları təkəbbür göstərdikləri üçün məhv etmişdir.
 
Xudbinliyin başqa amilləri:
1. Cəhalət.
İnsanın xudbin olmasına səbəb olan amilərdən biri - cahil olmasıdır. Cahil insan elə bilir ki, hamıdan üstündür. Ona görə də öz səhvlərini görmür. Xudbinlik insanı inkişaf etməyə qoymur.
 
2. Qəflət.
Xudbin insan qəflətdə olduğu üçün həqiqətləri dərk etmir. İmam Sadiq (ə) buyurur: "Qəflətdə olmaqdan çəkin, o kəs ki, qafildir, özündən də qafil olar”.
 
3. Başqalarını təhqir etmək.
Xudbin insan başqalarını təhqir edər. Özünü başqalarından fərqli hesab edər. İmam Əli (ə) buyurur: "Hər kim özünü böyük hesab edər, kiçik hesab olunar”.
 
4. Başqalarına bədgüman olmaq.
Xudbin insan başqalarına bədgüman bəsləyər.
 
Xudbinliklə mübarizə yolları.
Özünü tanımaq – xudbinliklə ən yaxşı mübarizə yoludur. İmam Sadiq (ə) buyurur: "Xudbinlik yolunu özünüzü tanımaqla bağlayın”.
Qurani-Kərim buyurur: "(Allahı) onu nədən yaratmışdır? Onu (qarışıq, dəyərsiz) bir nütfədən yaratdı, sonra da (yaradılışının əvvəlindən kamalının zirvəsinədək kəmiyyət və keyfiyyət baxımından bütün hərəkətlərinə) bir ölçü-biçim verdi. Sonra yolunu (xeyir və şər seçmək yolunu – ağıl, iradə və ixtiyar verməklə) ona asanlaşdırdı, Sonra onu öldürdü və qəbrə qoydu. Sonra da istədiyi vaxt onu dirildəcəkdir”. ("Əbəsə” 18-22).
Təvazökarlıq insanı xudbinlikdən uzaq saxlayar. İnsanı Allaha və xəlqə yaxınlaşdırar. Ruhunu inkişaf etmək üçün hazır edər.
Bu rəzil sifətdən uzaq olaq və həyatımızın hər bir sahəsində təvazökar olaq.
 
Hazırladı: Məşhədi Xanım,
/Deyerler.org/
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 871 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]