Cümə günü, 2024-03-29, 0:47 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Özündən razı qalmaq
2013-07-17, 5:12 AM
Özündən razı qalmaq
   Ey əziz qardaş, ücbdən (Özündən razı qalmaq) və nəfsə ibadətdən çəkin! Ücb elə bir günahdır ki, toxumu küfr, torpağı nifaq, suyu fitnə-fəsad, budaqları cəhalət, yarpaqları zəlalət, meyvəsi isə lənət və ədəbi Cəhənnəm alovudur. (Nəql edilən rəvayətdə Allah-Təala davuda (ə) buyurur: "Ey Davud, günahkarlara müjdə ver, möminlərə isə xəbərdarlıq et! Davud (ə) buyurdu: Günahkarlara necə müjdə verim və möminləri nə üçün xəbərdar edim? Allah-Təala buyurur: Ey Davud, günahkarlara müjdə ver ki, Mən onların tövbələrini qəbul edib, günahlarını bağışlayaram. Möminlərə xəbərdarlıq et ki, əməllərini ücb etməsinlər. Çünki möminin ücbü həlak  olmaqdan başqa bir şey deyildir")
    Özündən razı qaldıqda bir an kim olduğunu xatırla. çünki sənin əvvəli üfunətli nütfə, sonun murdar cəsəddir. Bu ikisinin arasında isə üfunətli nəcasət və müxtəlif növ bakteriya və virus daşıyıcısısan. ("Mişkatul-ənvar" Təbərsi, səh.319)
    Ləzzət və cəlal sahibi olan Allahın əzəməti haqda fikirləş! Həmçinin, özünün zəlil, möhtac, milçək və ağcaqanad qarşısında aciz olduğunu unutma! Təbii hadisələr və bəlalar qarşısında zəif olduğunu xatırla! Nəfsini məğlub etməyi şüar seç! Bu, ən fəzilətli sifətlərdən biridir. Bunun faydasının dünya və axirətdə həddi və hüdudu yoxdur.
   Allah-Təala Qurni-Kərimdə buyurur:

أَفَمَنْ زُيِّنَ لَهُ سُوءُ عَمَلِهِ فَرَآهُ حَسَنًا ۖ فَإِنَّ اللَّهَ يُضِلُّ مَنْ يَشَاءُ وَيَهْدِي مَنْ يَشَاءُ

    "Pis əməlləri onun üçün zinətlənmiş olan və onları gözəl görən bir kəs, (həqiqəti görən mömin kimdirmi? Əsla belə deyildir!) çünki, Allah (bəşəri hidayətə dəvət edib dəlilləri təqdir etdikdən sonra) istədiyini azğınlıqda buraxar və istədiyini doğru yola yönəldər" ("Fatir" surəsi, ayə, 8)
    Nəql edilən rəvayətdə Rəsulullah (s) buyurub:
    "Möminlərin ən yaxşılıqları müqabilində ücb etməsi həlakdan savayı bir şey deyildir" ("Biharul-Ənvar" Əllamə Məclisi, c.72,  səh.321)
    İmam Əmirəl-möminin (ə) buyurub:
    "Özün-özünə təəccüblənmə və xoşun gəldiyin bir şeyə çox bağlanma. Çünki bu, Şeytanın əlinə keçən ən gözəl fürsətdir ki, yaxşılıq edəni öz-özünə heyrətləndirsin".
    "Ücb fəlakətlə nəticələnir"
    "Ücbun meyvəsi kin-küdurətdir"
    "Razı olma ağlın fəsada uğrasın"
    " Ücb edənin ağlı olmaz"
    "Ücb axmaqlığın ünvanıdır" ("Ğurarul-hikəm" səh.308)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 630 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]