Ömrün uzun olması üçün riayət edilməli mühüm amillər - Gözəl əxlaq dinin yarısıdır - Əxlaq - İslamda nələr var? - gunahkar-bende
Cümə axşamı, 2016-12-08, 6:58 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Ömrün uzun olması üçün riayət edilməli mühüm amillər
2013-10-23, 7:34 PM
Ömrün uzun olması üçün riayət edilməli mühüm amillər

  Hansı amillər ömrün uzunmasına gətirib çıxarar? Necə etmək olar ki, ölümü təxirə salmaq mümkün olsun?
"Allah hər bir ümmət üçün müəyyən bir zaman təyin etmişdir”. ("Əraf” 34). Allah Təala hər bir insan üçün müəyyən ömür müəyən etmişdir. Ancaq bəzən bəzi amillər bu vaxtın təxirə düşməsinə səbəb olur. (Tebyan)
Qidalanma, gigiyena insan həyatı üçün mühüm amillərdir. Ancaq bəzi amillər də vardır ki, zahirən ömrün uzanması üçün aydın görünməsə də, hədisərimiz bunları vurğulayırlar. İnsan ömrünü uzadan amillər iki cürdür:
1. Mənəvi amillər.
2. Təbii amillər.
 
Mənəvi amillər.
1. Güclü iman və Allaha təvəkkül etmək insana həyatın çətinliklərində rahatlıq və qüdrət verər. Ruhi rahatlıq ömrün uzun olmasına təsir edən amillərdən biridir. O insanlar ki, axirətə inanırlar, onlar uzunömürlü olurlar. Dinin qanunlarına vəfali olanlar da başqa insanlardan çox yaşayırlar.
2. Sədəqə. İmam Baqir (ə) buyurur: "Sədəqə insandan 70 bəlanı və (pis) ölümü uzaq edər”. Həzrət Peyğəmbər (s) buyurur: "Sədəqə və sileyi-rəhm şəhərləri abad edər. Ömürləri artırar”.
3. Sileyi-rəhm. Həzrət Peyğəmbər (s) buyurur: "Allah yolunda infaq etmək və sileyi-rəhm evləri abad, ömrü də uzun edər”. Allah buyurur ki, hər kəs Mənim üçün bir şeyi zəmanət qoyarsa, Mən onun üçün dörd şeyi zəmanət qoyaram. Sileyi-rəhm etmək nəticəsində Allah onu sevər. Ruzisini artırar, ömrünü uzadar və onu behiştə daxil edər.
İmam Sadiq (ə) buyurur: "Mən sileyi-rəhmdən çox ömrü artıran başqa bir şey tanımıram”.
4. Ehsan. İmam Baqir (ə) buyurur: "Yaxşı işlər görmək və infaq yoxsulluğu aradan aparar, ömrü artırar. 70 cür ölümün qarşısını alar”.
5. Günah etməmək. Allah Təala buyurur: "(Ey qövm) Allaha pərəstiş edin və Onunla müxalifətlik etməkdən çəkinin. Mənə itaət edin. Əgər belə etsəniz, Allah günahlarınızı bağışlayar və müəyyən zamana qədər sizə ömür verər. Ancaq o zaman ki, ilahi əcəl gələr, təxirə düşməz. Əgər bilsəydiniz”.
Başqa yerdə Allah Təala buyurur: "O kəslər ki, günahlarına görə ölürlər, İlahi ölümlə dünyadan gedənlərin sayından çoxdurlar. O kəslər ki, yaxşı işlərinə görə uzun ömür əldə edirlər, təbii amillər əsasında ömürləri uzunanlardan çoxdurlar”.
Bəzi hədislərdə zülm və zinanın ömrü qısaltmağı haqqında məlumat verilir.
 
Təbii amillər.
Bəzi təbii amilər vardır ki, insan ömrünün uzanmasına təsir edir.
Bunlar:
1. İfrat və təfritdən uzaq olan sağlam qidalanma.
2. Hərəkətli və davamlı iş.
3. Hər cür alkoholdan, narkotikdən və digər təhlükəli maddələrdən uzaq olmaq.
4. Çirkli havadan uzaq olmaq.
5. Optimist əhvallı olmaq.
6. Davamlı həyəcanlardan uzaq olmaq.
 
/Deyerler.org/

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 314 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]