Cümə günü, 2024-04-26, 0:29 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Ölümdən əvvəl Peyğəmbərlə (s) görüşməyin yolu
2013-10-15, 5:50 AM

Ölümdən əvvəl Peyğəmbərlə (s) görüşməyin yolu

 

  Həzrət Peyğəmbər (s) buyurur: "Ən üstün insan o kəsdir ki, ibadətə aşiq olar”. Əli ibadətin ətəyindən yapışsın, səmimi qəlbdən ibadəti sevsin və özünü ona vəqf etsin. Dünyası istər ağır keçsin, istərsə də asan - ona fərq etməz. (Tebyan)

Həzrət (s) başqa yerdə buyurur: "(İnsanın) məşğul olması üçün ibadət kifayətdir”. Peyğəmbərimiz (s) başqa yerdə buyurur: "Pərvərdigarınız deyər: "Ey Adəm övladı! Özünü Mənim ibadətim üçün asudə et ki, qəlbini ehtiyacsızlıqla dolduram. Əllərini ruzi ilə dolduram. Ey Adəm övladı! Məndən uzaqlaşma ki, qəlbini yoxsulluqla dolduraram və əllərini ehtiyaclı və giriftar edərəm””.

Bu gün cəmiyyətin gözü dindarların üzərindədir. O kəslər ki, dünyanın zahirinə əlaqə göstərir və maddiyyata daha çox meyl edirlər, onlara ürək bağlayanların sayı az olur. Ola bilsin ki, zahirdə ədəb əlaməti olaraq ona hörmət etsinlər, ancaq daxildə ona hörmət qoymurlar. Ona görə də ruhani və dindar bir insan gərək axirət seçimində diqqətli olsun. Bu yolda hər bir dindar ilk özündən başlamalıdır.

Ayətullah Keşmiri deyir: "Qazi ağanın (r) səcdələri uzun idi və yatmazdan əvvəl müstəhəbləri oxuyardı, qəlbinin nurani olması üçün zöhr və əsr namazlarından sonra 70 dəfə istiğfar edərdi”.  

Əllamə Təbatəbai deyir: "Hədisə görə Peyğəmbər (s) yatmamışdan əvvəl müstəhəb surələri: "Hədid, "Həşr”, "Səff”, "Cümə”, "Təğabun” oxuyardı”. Alimdən bu surələri oxumağın səbəbini soruşan zaman deyir: "Bu surələrin hər birində elə bir ayə vardır ki, Quranın min ayəsinə bərabərdir”.

Başqa bir hədisdə oxuyuruq ki, əgər insan yatmamışdan əvvəl müstəhəbləri yerinə yetirərsə, ölməmişdən əvvəl Peyğəmbəri (s) görər. Həzrət (s) onun behiştdəki yerini və məqamını ona göstərər.

Ona görə də əgər dindar bir insan xalis niyyətli olarsa, cəmiyyətdə pak toxumlar əkər. Bu toxumlardan İlahi ağaclar bitər və hər biri də mübarək bar verər. 

 

/Deyerler.org/


Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 803 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]