Niyə “Aşura” ziyarətində bu qədər lənət vardır? - Gözəl əxlaq dinin yarısıdır - Əxlaq - İslamda nələr var? - gunahkar-bende
Cümə axşamı, 2016-12-08, 6:59 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Niyə “Aşura” ziyarətində bu qədər lənət vardır?
2013-11-15, 9:05 AM
Niyə "Aşura” ziyarətində bu qədər lənət vardır?

 
Lənət haqqında demək olar ki, mənası İlahi lütfdən uzaq olmaqdır. Quranda kafirlər və zalımlar da lənət olunmuşdular. Belə ki, Quran buyurur: "Allah kafirlərə lənət etmiş (axirətdə Öz rəhmətlərindən uzaqlaşdırmış) və onlar üçün yanar od hazırlamışdır”. ("Əhzab” 64).
Həmçinin o kəslər ki, Həzrət Peyğəmbərə (s) əziyyət verirdilər, Allah onlara lənət edir və buyurur: "Şübhəsiz, Allahı və Onun Rəsulunu incidənlərə Allah dünyada və axirətdə lənət etmiş (Öz rəhmətindən uzaqlaşdırmış) və onlar üçün xaredici bir əzab hazırlamışdır”. ("Əhzab” 57).
Quranın nəzərinə görə bu insanlar lənət olunmuşdular:
1. Haqqı gizlədənlər.
2. Zalımlar və kafirlər.
3. Möminləri öldürənlər.
4. Haqqa şəhadət verən zaman yalan deyənlər.
5. Həzrət Peyğəmbərə (s) əziyyət verənlər.
6. Münafiqlər və kafirlər.
7. Əhdi pozanlar.
8. Yer üzündə fəsad törədib qohumluq əlaqəsini kəsənlər.
 
Ona görə də İmam Hüseynə (ə) zülm etmiş və ona əziyyət vermişlərin lənəti - əbədidir. Çünki lənətlərinin meyarı əbədidir. Allahın həqiqi bəndələrinə və ariflərə sevgi bəsləmək və din düşmənlərini düşmən bilmək - imandandır.
O ki, qaldı bir nəslin lənət olunması. Belə ki, Quranın bu ayəsini Bəni-Üməyyəyə aid edirlər. "Kim bir mömini qəsdən öldürsə (və bu əməli halal hesab etsə), onun cəzası Cəhənnəmdir ki, orada əbədi qalacaqdır. Həmçinin Allah ona qəzəb edər, onu Öz rəhmətindən uzaqlaşdırar və onun üçün böyük bir əzab hazırlayar”. ("Nisa” 93). Əgər bu nəsli Allah lənətləyirsə, biz niyə etməyək? Ancaq bu lənətə Bəni-Üməyyənin hamısı şamil deyildir.
Hədislərdə oxuyuruq ki, bir nəfər Məsum İmama (ə) müraciət edir və deyir: "Mənim Bəni-Üməyyəyə qohumluğum vardır. Lənət mənə də şamildirmi?”. İmam (ə) buyurur: "Xeyr. Bir nəsli lənət etdikdə o kəslər lənət olunar ki, əqidə və əməl baxımından onlarla razı olar”.
O kəslər ki, əziz Peyğəmbərin (s) övladını şəhid ediblər, Həzrətə əziyyət və zülm etmiş olurlar. Məgər bu əziyyət və zülm Peyğəmbərə (s) zülm deyildirmi? Məgər bu zülm mömin öldürmək deyildirmi? Ona görə də Quranın buyurduğu kimi, İmam Hüseyni (ə) öldürənlər lənət olunublar və olacaqlar da. (Tebyan)
 
/Deyerler.org/

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 351 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]