Çərşənbə günü, 2024-04-24, 6:33 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Müvəffəqiyyət qazanmaq üçün düzgün düşünmək lazımdır
2013-08-22, 6:51 PM
Müvəffəqiyyət qazanmaq üçün düzgün düşünmək lazımdır

  Görəsən bu gün hədəf və aruzalarınıza çatmısınızmı? Yoxsa məğlubiyyət dənizində əl-ayaq vurmaqdasınız? Özünüzü müvəffəq bir insan sayırsınızmı?
Bu sualara cavab vermək sizin keçmiş düçüncələrinizə aid bir çox məsələlərə aydınlıq gətirəcəkdir. Əgər fikir və düşüncə əhlisinizsə, bu gün müəyyən miqdarda hədəfinizə çatmış olarsınız. Ancaq əgər düşünmədən bir iş görürsünüzsə, şübhəsiz ki, ikinci dəstə insanlardansınız. Müvəffəqiyyət qazanmaq üçün hələ çox yol getməlisiniz.
Bunu yəqinliklə demək olar ki, düzgün düşüncə və təfəkkürün insanların gələcəyindəki rolu əvəzsizdir. Ona görə də insan fikirləşməyi və düzgün təfəkkür etməyin yollarını bilməlidir. Öz fikir və düşüncələrimizin səviyyəsini qaldırmaq üçün çox sayda yollar vardır. Bu yolda bizə Məsumlardan (ə) gələn hədislər yardım edəcəkdir. Əgər Məsumların (ə) bizə verdiyi tövsiyələrə əməl etsək, təfəkkürümüzdə yeni səhifə aça bilərik.
 
1. Öz fikirlərinizi müxtəlif fikirli insanların fikirləri ilə qarşılaşdırın.
İnsanların bu həyatda müvəffəqiyyət qazanmamasının səbəblərindən biri budur ki, həmişə öz fikrini düzgün və baqşalarının fikirini səhv hesab edir. Halbuki, hədislərdən öyrənirik ki, öz fikirlərimiz haqqında başqalarının nəzərini öyrənməyə çalışaq. Belə olan halda müxtəlif baxışlara malik olan insanların fikirləri ilə də tanış olmuş olarıq. Eyni zamanda düzgün fikirləşməyi təcrübə etmiş olarıq.
İmam Əli (ə) aqil insanın sifətlərindən birini bəyan edən zaman buyurur: "Bilin ki, aqil o kəsdir ki, düzgün fikirlə müxtəlif nəzərlərin üzərinə gedər və işin nəticəsinə nəzər salar”.
 
2. Fikir orucu tutmaq.
Bizim düzgün təfəkkür etməyimizə dəmir qapı kimi mane olan amillərdən biri də günah haqqında düşünməkdir. Günah haqqında təfəkkür etmək nəticəsində insan düşüncəsi xəstələnər, lazım olan zaman istədiyi kimi təfəkkür edə bilməz. Ona görə də hədislər bizə fikir orucu tutmağı tövsiyə edir.
İmam Əli (ə) buyurur: "Qəlbin günah fikirə görə oruc tutması, mədənin yeməyə görə oruc tutmasından daha üstündür”.
 
3. İcazə verməyin ki, düşüncəniz yuxuya getsin.
Çox yemək insanın cisim və ruhu üçün çoxlu ziyanlar gətirir. Onlardan biri fikirin tətilə çıxmasıdır. Əgər düşüncələrinizin həmişə fəal olmasını istəyirsinizsə, çox yeməkdən çəkinin. Loğman oğluna belə nəsihət verir: "Oğlum, nə zaman mədən dolu olsa, fikrin yuxuya gedər. Hikmət iş qabiliyyətini itirər, bədənin əsası ibadətdən qalar”.
Ən yaxşı mütəfəkkirlər əvvəlcədən proqram qurarlar. O kəslərin ki, ancaq bu gün üçün proqramı vardır, arzularına çata bilməzlər. Çünki hədəfə çatmaq üçün illər qabaq böyük hədəfinə görə düşünmək lazımdır. Heç bir müvəffəq insan bir gecədə nailiyyət qazanmır. İmam Əli (ə) bu haqda Bəsrənin valisinə belə tövsiyə edir: "Mötədil olub, israfı tərk et. Bu gün sabahın düşüncəsində ol. Sərvətini zəruri miqdarda saxla. Onun ən çox hissəsini ehtiyacın olan gün (Qiyamət günü) üçün qabaqcadan göndər”.
 
4. Başqalarından fərqli düşünün.
Ətrafımızda olan əskər insanların bütün fikirləri pul və sərvətdir. Fikir və düşüncələrimizi gücləndirmək üçün bir qədər fərqli düşünməliyik. Hədislər bizə tövsiyə edir:
a) Dünyanı düşünməyi azaldın. Çalışın ki, gün ərzində bir neçə dəqiqə belə olsa, fikirinizi dünyadan ayırasınız. Bunun üçün nə yaxşı zaman namaz vaxtıdır. Bu iş sizə ruhi rahatlıq gətirdiyi kimi, keçmiş günahlarınızın bağışlanamsına da səbəb olacaqdır. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim iki rükət namaz qılar, bu iki rükətdə dünyanın heç bir işi haqqında düşünməzsə, Allah günahlarını bağışlayar”.
 
b) Bütün fikrini ailənə vermə. İmam Əli (ə) bu haqda buyurur: "Həyat yoldaşın və övladların bütün fikir və zikrin olmasın. Çünki əgər həyat yoldaşın və övladların Allah dostlarından olarsa, Allah öz dostlarına ziyan vurmaz. Əgər Allah düşmənlərindən olarsa, niyə fikir və düşüncəni Allah düşmənlərinlə məşğul edirsən?”.
 
Beləliklə deyə bilərik ki, öz hədəf və arzularımıza çatmağımız üçün düzgün fikirləşməyi öyrənməliyik. Həmçinin düzgün fikirləşmək üçün məharətlərimizi gücləndirməliyik. Əgər insan öz fikir və düçüncəsinə rəhbərlik edə bilirsə, mütləq müvəffəqiyyətə çatar.
 
(Tebyan/ Deyerler.org)
 
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 737 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]