MÜSƏLMANLIĞIN NİŞANƏLƏRİ - Gözəl əxlaq dinin yarısıdır - Əxlaq - İslamda nələr var? - gunahkar-bende
Bazar ertəsi, 2016-12-05, 3:30 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

MÜSƏLMANLIĞIN NİŞANƏLƏRİ
2013-10-27, 6:21 AM
MÜSƏLMANLIĞIN NİŞANƏLƏRİ

Bismillahir-rəhmanir-rəhim
 
MÜSƏLMANLIĞIN NİŞANƏLƏRİ
 
İmam Sadiq (ə)-dan nəql olmuş rəvayətdə əliaçıqlıq və bəxşiş etmək müsəlmanlara layiq birinci sifət kimi tanıtdırılıb. İnsan öz ailə üzüvlərinə diqqətli olduğu kimi din qardaşlarına da diqqətli olmalıdır. İmkanlı müsəlman imkansız müsəlmanın ehtiyaclarını ödəməyə borcludur. Mömin qardaşı xəstələnərkən və ya səfərdən qayıdarkən onun görüşünə getmək müsəlmanın ibtidai vəzifələrindəndir. Əlbəttə ki, bütün əxlaqi göstərişlərə əməl etmək çətindir. Məsələn, evdə ehtiyac olmayan əşyaları, kitabları satıb dostun ehtiyaclarına sərf etmək o qədər də asan deyil.
 
2-Əlli bir rikət namaz
Müsəlmanlar öz ibadətləri ilə də seçilirlər. Əhli-beyt Allaha yaxın olduğu üçün seçilir. Onlar ibadət və bəndəlikdə hamıdan irəlidə olduqlarından, özünü müsəlman bilənlər də ibadətləri ilə seçilməlidirlər. Müsəlmanlara əlli bir rəkət namaz qılmaq sifariş olmuşdur. Bu əlli bir rəkətin on yeddi rəkətini gündəlik vacib namazlar təşkil edir.
 
3-Davakar olmamaq
Millətlər arasında hər çirkin sifəti müəyyən bir heyvana aid bilmək kimi adət var. Məsələn, heyvanlar arasında it, yeri gəldi-gəlmədi hücum etməsi, davakarlığı ilə seçilir. Tanımadığı adamı görən it hökmən ona hücum edir. Onun bu hərəkəti xarakterindəki davakarlığın nişanəsidir. Müəyyən obyektləri qorumaq üçün hətta itlərə keşikçilik təlim də keçirilir. Beləcə, itdə olan davakarlıq xüsusiyyətindən faydalı şəkildə isdifadə edir. Amma insanın tanımadığı insana qarşı davakar münasibəti normal sayıla bilməz. Amma tanışlara qarşı davakarlıq heç itdə də müşahidə olunmur. İmam Sadiq (ə) buyurur: "Bizim müsəlmanlar it kimi davakar olmazlar”.
 
4-Tamahkarlıq
Tamahkarlıq ən çox qarğada müşahidə olunan sifətdir. Bu quş ac olmadığı vaxtda da əlinə keçəni toplayıb gələcək üçün ehtiyat yığır. Qarğa qoz yığıb basdırması ilə məşhurdur. Hətta belə bir məlumat var ki, təbiətdəki qoz ağacının əksəriyyətini qarğalar əkib. İmam Sadiq (ə) buyurur: ”Bizim müsəlmanlar qarğa kimi tamahkar olmaz”. Yəni Əhli-beyt ardıcıllarında ehtiyacından artıq var-dövlət toplamaq həvəsi müşahidə edilməməlidir. Əhli-beyt (ə) öz tərəfdarlarını heyvanı sifətlərdən uzaq olmağa çağırır.
 
5-Əhli-beyt düşmənləri qarşısında vüqar və onlardan uzaqlıq
İslamın təkit etdiyi bəyənilmiş biri izzət-nəfs, yəni ehtiyacını bildirməyib vüqarlı dayanmaqdır. İnsan imkan daxilində başqalarına, hətta ata anasına da ağız açmamalıdır. Əlbəttə ki, insan bəzən başqalarının köməyinə ehtiyac duya bilər. Mələlən, gecə yarısı ağrısı tutmuş ailə üzvünü xəstəxanaya aparmaq üzün qonşunun avtomobilinə ehtiyac yarana bilər. Amma bu günkü dünyada başqalarının köməyi olmadan yaşamaq olduqca çətindir. Bəs kimdən kömək istəmək olar? İmam Sadiq (ə) buyurur: "Bizim müsəlmanlar bizim düşmənlərimizlə qonşu olmaz, acından ölsələr belə bizim düşmənlərə ağız açmazlar.” Əhli-beytin əxlaqi göstərişlərində tapşırılır ki, imkan daxilində möminlərdən və Əhli-beyt müsəlmanlarından kömək istəyin və günahkarlardan, Əhli-beyt düşmənlərindən minnət götürməyin. Hədisdə cahillər yox, inadkar düşmənlər nəzərdə tutulub. Nadanların hidayət olmasına ümid itmədiyindən onlara əlaqə saxlamaq faydalı ola bilər. Bəziləri isə inadkarcasına düşmənçilik edirlər. Qeyrətli müsəlman belələrinə ehtiyacını bildirməməli, onlara ağız açmamalıdır.
 
6-Bütün hökmlərdə Əhli-beytə tabeçilik
Bəzi hökmlərə münasibətdə məzhəblərin nəzəri fərqlidir. Məsələn, Əhli-beyt ilanbalığının ovunu haram bildiyi halda, digər məzhəblər onun ovunu və yeyilməsini halal hesab edirlər. Məsələn, başqa məzhəblərdə xüsusi hallarda dəstamaz zamanı ayaqqabının üstündən məs çəkməyi caiz desab etdiyi halda, Əhli-beyt bu işə icazə vermir. İslamın ilkin dövrlərində ərəblər xurma və kişmiş isladar, bir müddət sonra onun suyunu içərdilər. Bu suda zəyif məstedicilik xüsusiyyəti olardı. Əhli-beyt bu içkini spirtli içkilərə aid edərək haram buyurmuşdur. İmam Sadiq (ə) buyurur: "Bizim müsəlmanlar ilanbalığı yeməkdən imtina edər, ayaqqabı üstündən məsh çəkməz, zöhür namazı və onun nafiləsini düzgün yerinə yetirər və spirtli içkidən istifadə etməzlər.”
 
Əhli-beyt jurnalından.
islammaarifinde.com
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 245 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]