Cümə axşamı, 2024-04-25, 11:31 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Müsəlmanın başqa bir müsəlmana nifrin etməsi bəyənilməyən əməllərdəndir
2013-09-18, 6:27 AM
Müsəlmanın başqa bir müsəlmana nifrin etməsi bəyənilməyən əməllərdəndir

 "Lənət” sözünün mənası "Allahdan uzaqlaşdırmaq” deməkdir. Ona görə də onun pis əməl olduğuna heç bir şəkk yoxdur. Kimisə elə-belə nifrin etmək caiz deyildir.
"Cameyi-səadət” kitabında oxuyuruq ki, dində olan lənət kafirlərə, fasiqlərə və zalımlara aiddir. O cümlədən zalım hökumətə nifrin etmək caiz, bəlkə də müstəhəbdir. Bundan qeyri halda isə bəyənilmir. Müsəlmanın başqa bir müsəlmana nifrin etməsi bəyənilməyən əməllərdəndir.
Əli ibni Əbi Həmzə nəql edir: "İmam Sadiqdən (ə) eşitmişəm ki, buyurub: (Şübhə yoxdur ki,) lənət və (nifrin) kiminsə ağzından bayıra çıxan zaman qərarsız və məkansız qalar. Əgər (nifrin edilən şəxsi) buna layiq bilərsə, ona daxil olar. Əks halda isə (nifrini deyənə) qayıdar”.
İbni Sədəqə İmam Sadiqdən (ə) nəql edir ki, İmam Baqir (ə) buyurmuşdur: "Nə zaman lənət ağızdan çıxarsa, onunla lənət olunan şəxsin arasında qalar. Əgər onda yol tapmasa yenidən lənəti deyənə qayıdar. O, bu sözə layiq olar. Ona görə də qorxun və möminləri lənət etməyin ki, özünüzə qayıdar”.
Həzrət Peyğəmbər (s) buyurur: "Ölüləri lənətləməyin ki, onlar qabaqcadan göndərdiklərinə çatıblar. Həmçinin bitkiləri və heyvanları lənətləmək yaxşı deyildir”.
Həzrət Peyğəmbər (s) buyurur: "Atanızın nifrinindən çox qorxun. Çünki belə nifrin buludları belə yarıb keçər və yuxarı gedər. Allahın diqqətini cəlb edər. O yerə qədər ki, Allah buyurar: "O nifrini Mənim yanıma gətirin ki, yerinə yetirim”. Ona görə də atanızın sizin əleyhinizə dua etməsindən və nifrin etməsindən çox çəkinin. Çünki qılıncdan da kəsicidir”.
"(Biz) insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik və (dedik:) «Əgər (atan, anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağa vadar etsələr onlara itaət etmə. Hamınızın dönüşü Mənə tərəfdir (hüzuruma qayıdacaqsınız). (Mən də) sizə etdiklərinizdən xəbər verəcəyəm». ("Ənkəbut” 8).
Ancaq əgər valideyn insana əziyyət edərsə, gərək səbir etsin. Çünki onlar sən kiçik olan zaman sənin əziyyətini çox çəkmişdilər. Onlardan üz döndərmə, səsini onlara yüksəltmə, onlarla mehriban söhbət et. Allah Təala da səninlə mehriban rəftar edər. Çünki Allah yaxşı əməl sahibinin əməlini zay etməz.
Nəql edilir ki, İmam Səccad (ə) valideynləri ilə oturub yemək yeməzdi və Həzrətdən (ə) bunun səbəbini soruşan zaman buyurardı: "Qorxuram ki, onların yemək istədiyi tikəni onlardan qabaq mən yeyəm. Bununla da ağvalideyn olam”.
İmam Əli (ə) buyurur: "Gözümün nuru, məzlumun nifrinindən çəkin, çünki qorxuram ki, məzlumun dua oxu gecənin qaranlıqlarında sənə dəysin. Sənin gözün yatmış olsun, məzlum isə oyaq olsun və sənə nifrin etsin. Allah isə yuxuya getməz”.
Beləliklə deyə bilərik ki, müsəlman gərək müsəlmanı nifrin etməsin. Çünki bu nifrin onun özünə qayıda bilər. Həm də bu əməl dinin nəzərində bəyənilməyən əməllərdəndir.  
 
(Tebyan/Deyerler.org)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 751 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]