Çərşənbə günü, 2024-04-24, 9:07 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Mülayim olmaq
2013-07-17, 5:18 AM
Mülayim olmaq
    Ey əziz qardaş, sözdə və əməldə sərt olmaqdan çəkin! Çünki sərtlik pis xüsusiyyətlərdən biri olduğu üçün insanlar bundan nifrət edər.  Sərtlik insanın həyat seyrinə xələl gətirir. Görmürsənmi, Allah öz Rəsuluna (s) yol göstərərək buyurur:

وَلَوْ كُنْتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لَانْفَضُّوا مِنْ حَوْلِكَ

    "Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar." ("Ali-İmran" surəsi, ayə,159)
    Ey əziz qardaş, sözündə və əməlində mülayim ol! çünki mülayimlik hər bir halda tərifə layiq bir xüsusiyyətdir. ( Təbərsi "Mişkatul-ənvar" kitabının 180-cı səhifəsində İmam Baqidən (ə) nəql edərək deyir :"Hər bir şeyin  qıfılı olduğu ki, imanın  da qıfılı mülayimlikdir")
    Nəql edilən rəvayətdə Rəsulullah(s) buyurub:
    "Mülayimlik tərəzidə çəkilsə, hər bir şeydən ağır gələr və hər hansı bir şeydən götürülsə, həmin şey zay olar" (Mişkatul-ənvar" səh.180, 23-cü fəsil)
    "Mülayimlik xoş yaşayışın yarısıdır" (Usulul-kafi" c.2, səh.98, 11-ci hədis)
    "Hər hansı bir insanın payında mülayimlik varsa, sanki onda dünya və axirətin xeyir payı vardır" ("Usulul-kafi" c.2, səh.97,)
    Nəql edilən rəvayətdə Əmirəl-möminin (ə) buyurub:
    "Mülayim ol, çünki mülayimlik həqiqətin açarı və ağıl sahiblərinin xüsusiyyətləridir" ("Ğurarul-hikəm" səh.244, 4967-ci hədis)

http://gunahkar-bende.ucoz.net
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 594 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]