Bazar ertəsi, 2017-10-23, 6:02 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Möminin niyyəti, onun əməlindən üstündür
2014-08-19, 3:06 PM

Möminin niyyəti, onun əməlindən üstündür

  Həzrət Peyğəmbər (s) buyurur: “Dünya möminin zindanı və kafirin behiştidir”.

Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Dua - möminin silahıdır”.
Peyğəmbəri-Əkrəm (s) buyurur: “Möminin niyyəti möminin əməlindən üstündür”.
İmam Əli (ə) buyurur: “Hikmət - möminin itmişidir”.
Rəsulallah (s) buyurur: “Namaz - möminin nurudur”.
İmam Əli (ə) buyurur: “Möminin Allah qorxusuna görə ağlaması, gözünün aydınlanmasına səbəb olar”.
Həzrət Peyğəmbər (s) buyurur: “Möminin nicatı - dilini saxlamasındadır”.
İmam Sadiq (ə) buyurur: “Hər kim susuz möminə su verər, Allah Qiyamət günü onu Öz kölgəsinə aparar və behişt içəcəyindən ona içizdirər”.
Həzrət Peyğəmbər (s) buyurur: “Möminin şərəfi - gecə oyaq qalmasındadır”.
İmam Əli (ə) buyurur: “Mömin düz danışan və ayıq ürəklidir”.
İmam Səccad (ə) buyurur: “Möminin mömin qardaşının üzünə sevgi ilə baxması - ibadətdir”.
İmam Muhəmməd Təqi (ə) buyurur: “Möminin izzət və şəxsiyyəti, başqalarından ehtiyacsız olmağı ilədir”. (Tebyan)
 
/Deyerler.org/

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 950 | Downloads: 0 | Comments: 1 | Rating: 3.2/4
Total comments: 1
0   Spam
1 seyidzadeazer   (2015-08-12 1:01 PM)
salam aziz baci va gardawlar.man gunahlarimin bagiwlanmasi ucun an cox guranin hansi surasini va ya hansi duani oxuyum ? mumkunsa xahiw ediram mana yazin

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]