Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
ƏMANƏT MƏSULİYYƏT DEMƏKDİR
2013-07-15, 4:08 AM | |
ƏMANƏT MƏSULİYYƏT DEMƏKDİR İndi
isə görək əmanət nədir? Biz «yəhmilnəha» kəlməsindən onun mənasını başa
düşə bilərik. Maddi və cismani deyil, məsuliyyətli bir vəzifədir.
Rəvayətlərdə deyilir ki, əmanət, məsuliyyət, təklif (dini borc), vəzifə
və qanun deməkdir. İnsan həyatı vəzifə və təkliflər əsasında
yaşanılmalıdır. Gərək onun üçün qanunlar təyin olunsun. O da bu
məsuliyyəti öz öhdəsinə götürməlidir. Bu xüsusiyyətlər insandan başqa
heç bir varlıqda mövcud deyildir. İnsandan başqa bütün varlıqlar
gördükləri hər bir işi məsuliyyət hissi keçirmədən və məcburi olaraq
görürlər. Yalnız insanlar üçün qanun təyin edib onları bu qanunlara əməl
etməkdə azad buraxmaq olar. Yalnız insanlara demək olar ki, səadət
istəyirsənsə bu yolla, bədbəxtlik istəyirsənsə ayrı bir yolla get. Hər
hansını seçmək öz ixtiyarındadır. Bu məsələyə təklif və ya dini vəzifə
deyilir. Buna
görə də heyvan mükəlləf (dini vəzifəsi olan bir varlıq) sayılmır və
onun öhdəsinə heç bir vəzifə və məsuliyyət qoyulmamışdır. Sanki maşına
bənzəyən bir varlıqdır. İnsan isə gördüyü hər bir işdən ötrü məsuliyyət
daşıyır. Allah-taalanın Quranda əmanət kəlməsindən məqsədi elə
bunlardır. Yəni dini borc, vəzifə və məsuliyyət hissi. Qurani-kərimdə
buyurulur: «Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar onu
götürməkdən qorxub çəkindilər». Əlbəttə göylər, yer və dağlar bir
nümunə kimi zikr olunur, amma həqiqətdə əmanət bütün məxluqata təklif
olunmuşdu; onlarda onu qəbul etmək üçün istedad və qabiliyyət yox idi.
Təkcə insan bu məsuliyyəti qəbul etməyə hazır oldu. O, dedi: Ey mənim
Allahım! Mən bu məsuliyyəti öhdəmə götürürəm. Bu kamal və səadət yolunu
öz ayaqlarımla getməyə hazıram. Çünki sən mənə misli olmayan yaradıcılıq
və təşəbbüs qüvvəsi bəxş etmisən. | |
Views: 676 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |