Cümə günü, 2024-04-19, 6:08 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Malik Əştər - İslamın həqiqi xidmətçisi və Allahın həqiqi saleh bəndəsi
2013-12-22, 2:11 PM
Malik Əştər - İslamın həqiqi xidmətçisi və Allahın həqiqi saleh bəndəsi

Malik ibni Haris Yəğus Nəxəyi Kufi Əştər adı ilə məşhur idi. İmam Əlinin (ə) yavəri, məğlubedilməz qəhrəmanı və döyüşlərin şiri idi. İmam Əli (ə) ona etimad bəsləyirdi və daima onun qəhrəmanlığını tərifləyir və dillər əzbəri edirdi. Malik Əştərin ictimai-siyasi səhnədə ilk hüzuru Dəməşq və Yərmuk fəthindən başlayır. O, bu döyüşdə gözündən yaralanır. Bu zaman ona Əştər ləqəbi verilir. (Əhli-beyt (ə) saytı)
Malik Kufədə yaşayırdı. Onun boyu uca və geniş sinəsi var idi. Atı məharətlə çapardı. Çox xoşəxlaqlı və zəhmli bir insan idi. Kufəlilərə böyük təsiri vardı, onun sözünü hamı eşidirdi və onun nəzərlərinə hamı hörmət edirdi. Malik Osmanıın xəlifəliyi zamanında Səyid ibni Asla vuruşduğuna görə bir neçə tərəfdaşı ilə bir yerdə Himsə sürgün edilmişdi. Durum zəifləyən zaman Malik Kufəyə qayıdır. O, Mədinəyə gedən Kufə ordusunun rəhbərliyini öhdəsinə götürür.
Malik Cəməl döyüşündən sonra Dəclə ilə Fərat arasındakı yarımadada rəhbərlik edir. Bu yer Şama yaxın idi, Müaviyə (lən) orada xilafətlik edirdi. Həzrət Əli (ə) Siffeyn döyüşündən əvvəl Maliki çağırır. Malik Siffeyn döyüşündə qızıl ordunun rəhbərliyini öhdəsinə götürür. Bu ordu Müaviyə ordusunu məğlub edir. Həmçinin o zaman ki, Müaviyənin ordusu suyun yolunu Həzrət Əlinin (ə) ordusunun üzünə bağlamışdı, Malik su yolunun açılmasında təyinedici rola malik olmuşdu. O, döyüş zamanı qeyri-adi şücaət göstərir və düşmənləri üçün qorxulu bir insana çevrilirdi. Siffeyn döyüşündə də Əşəslə bir yerdə orduya rəhbərlik edir. Zilhiccə ayında olan döyüşlərdə bütün məsuliyyət Malikin boynunda idi. Səfər ayında da 8 günün iki gününü rəhbərliyi öhdəsinə götürmüşdü. Malikin bu döyüşdə ən çox həlledici rolu Leylətil-hərirdə olmuşdu. Həmin günü onun şücaəti Müaviyənin rahatlığını pozmuşdu. Həmin günü düşmənin məğlubiyyəti qəti idi.
Qələbə nuru gözlərindən bilinirdi. Bu zaman Əmr ibni As öz fitnəkar planını həyata keçirir. Sonralar xəvariclər adlandırılan bir qrup İmam Əlinin (ə) ordusundan ona yardım üçün gedirlər. Bu zaman Həzrət Əlini (ə) çıxılmaz vəziyyətə salırlar. Həzrət (ə) sülhü qəbul edir və Maliki döyüşdən geri qaytarır. Təbii idi ki, döyüşün taleyinin həll olunduğu bu həssas zamanda Malik qəbul etmir. Ancaq ona xəbər çatır ki, Həzrətin (ə) canı təhlükədədir, qəmgin və qılıncını qınına salaraq, geri qayıdır. Müaviyə canını xilas edə bilir. Malik də xəvariclərlə və Əşəslə dalaşır. Onlarla söhbət edir və onların bu hərəkətini dünyaya bağlı olmaqlarında görür.
İmam Əli (ə) Abdullah ibni Abbası mühakiməçi kimi təklif edəndə Əşəs və xəvariclər qəbul etmirlər. Sonra Maliki təklif edir və onu da qəbul etmirlər. Malik Siffeyn döyüşündən sonra əvvəlki vəzifəsinə geri qayıdır. Muhəmməd ibni Əbu Bəkrin Misirdəki məmuriyyəti çətinləşdiyindən və üsyan baş qaldırdığı üçün Həzrət Əli (ə) Maliki çağırır. Onu Misir hökumətinin başına rəhbər qoyur.
İmam Əli (ə) onun haqqında belə yazır: "Mən Allah bəndələrindən elə bir bəndəni sizə tərəf göndərirəm ki, qorxulu günlərdə yatmır, pis əməlli insanlar üçün atəşdən də yandırandır. O, Məshic qəbiləsindən olan Harisin oğlu Maliikdir. Ona qulaq asın. O zamana qədər ki, haqqı deyir, ona itaət edin ki, o, Allah qılınclarından biridir. O, kütləşməz və zərbəsi də təsirsiz olmaz. Əgər sizə əmr etsə ki, hərəkət edin, onda hərəkət edin, əgər desə dayanın, dayanın. O, mənim əmrimlə irəli gedər və geri çəkilər. İşləri təxirə salmaz. Bilin ki, onu göndərməklə mən sizi özümdən üstün bilmişəm. Çünki o, sizin xeyrxahınızdır, düşmənlərinizin qarşısında inadkardır”.
Bu məktub əhdnamə adı ilə məşhur oldu və tarixdə cavidan qaldı. Müaviyə Misirə ümid edirdi, ancaq Malikin ora gəlməsi ilə bütün planları alt-üst olacaqdı. Ona görə də o, Maliki hələ yolda olarkən bala qatılmış zəhər ilə zəhərlədi və bu aslanı elə yolda ikən şəhid etdi. Onun şəhadət qəmi İmama (ə) çox ağır təsir etdi. Malikin ölümünü ruzigarın müsibəti adlandırdı. İmam Əli (ə) Malikin şəhadət xəbərini eşidəndə minbərdən aşağı düşür və buyurur: "Bilin ki, Malik ibni Haris ruzigarı sona çatdırdı. Əhdinə vəfa etdi və Allahla görüşə tələsdi. Allah Maliki bağışlasın. Əgər dağ olsaydı, əlçatmaz qala olardı və uzaq və uca olardı. Malikə afərin olsun! Malik kim idi? Görəsən qadınlar Malik kimisini doğacaqlar?”.
Ancaq o biri tərəfdə isə Müaviyə lənətlik sevinirdi. O, deyirdi ki, Əli ibn Əbutalibin iki əli də kəsilibdir. Biri Siffeyn döyüşündə (Əmmar Yasir), birisi də Malik.
Nə zaman söz Malikdən düşsəydi, İmam (ə) kədərlənərdi. Çünki Malik Əştər - sözün əsl mənasında İslam dininin həqiqi xidmətçisi və Allahın həqiqi saleh bəndələrindən idi.
 
/Deyerler.org/


Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 679 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]