Cümə axşamı, 2024-04-25, 12:44 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Əməli təşəkkürü necə etmək?
2013-08-22, 6:46 PM
Əməli təşəkkürü necə etmək?

  İnfaq - əməli təşəkkürdür. Xəsislik isə əməli küfrdür. Həzrət Süleyman (ə) deyirdi: "Və kim şükür etsə, öz xeyrinə şükür edər və kim naşükürlük etsə, (bilsin ki,) Rəbbim həqiqətən, onun şükürünə möhtac deyil və kərəm sahibidir”. ("Nəml” 40). Bu nemətlər isə Allahın fəzlindəndir. Əgər nemət öz yerinə istifadə edilərsə, təşəkkürdür. Təşəkkür təkcə bu deyildir ki, dillə "Əlhəmdulillah” deyəsən. Baxmayaraq ki, dildə "Əlhəmdulillah” demək - dil təşəkkürüdür. Ancaq ən yaxşı təşəkkür odur ki, hər şeyi öz yerində istifadə edəsən. Əgər bir cavan cavanlığını yersiz və faydasız şeylərə sərf edərsə, bu, həmin nemətə küfr etməkdir.
 
Hər eşidilən şeyin dörd şərti olmalıdır. Əks halda eşidən, yazan Qiyamət günü cavabını hazır etmiş olar. Ya gərək vacib olsun, ya müstəhəb, ya hansısa problemi həll etsin, ya da cəmiyyətin problemini həll etsin. Əgər dedikləri və ya tədqiq etdikləri bu mövzu nə insanın problemini həll edər, nə də cəmiyyətin, nə vacibdir, nə də müstəhəb, cəmiyyətə lazımlı deyildir. Bəs onda bu tədqiq nə üçündür? Bir cavan gəlir və soruşur ki, dünyanın şimal qütbündə 6 ay gecə olur və 6 ay gündüz, bəs orada necə namaz qılmaq olar? Soruşurlar ki, atan, oradadır, yoxsa anan? Ya özün ora gedirsən? Deyir: Heç biri. Bəs niyə yersiz sual verib, insanların vaxtını əbəs yerə sərf edirsən?
 
Əgər Bədr döyüşünə nəzər salsaq görərik ki, Peyğəmbərimizlə (s) çiyin-çiyinə vuruşan səhabələr qələbə çalandan sonra qənimət toplayırlar. Bu qədər dəyərli əməlin qarşısında əldə etdikləri qənimətin zəkatını və xümsünü verirlər. Baxmayaraq ki, bədənləri dərmə-deşik olmuşdu, ancaq topladıqları bu qənimətin xümsünü və zəkatının verməli idilər. Çünki əməli şükür ilk növbədə gəlir. Allah heç bir əməldə müşrik demir, ancaq zəkat mövzusunda buyurur: "Vay olsun müşriklərə!» O kəslərə ki, zəkat vermirlər (yoxsullara maddi yardım etmirlər) və axirət gününə inanmırlar”. ("Fussilət” 6-7).
 
İnfaq qalar və xəsislik itər. Quran buyurur: "Sizin yanınızda olan tükənir və puç olur, Allahın yanında olan isə daimi və əbədidir”. ("Nəhl” 96). İnsana ən yaxın insan - övladıdır. İnsan övladını çox sevər. Buna baxmayaraq, övladı da uçar. Əgər övladınızdan 7-ci cəddinizin adını soruşsanız, sizə təəccüblə baxıb deyər ki, bilmir. Siz də onlar kimi bir gün unudulmuşların içində olcaqsınız. Ancaq Allah yanında nə varsa, o, qalıcıdır. O şey ki, sizin yanınızdadır, o, uçar.
 
 Hədislərimizdə oxuyuruq ki, əgər yoxsul sizə yaxınlşıb bir şey istəsə, deməli sizin Qiyamət yükünüzü daşımaq istəyir. Bacardığınız qədər ona yardım edin ki, Qiyamət yükünüz az olsun. "Şeytan (hər dəfə mallarınızı Allah yolunda xərclədiyiniz zaman) sizə yoxsulluq vəd edir və (xəsislik və sairə kimi) pis işləri əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanmaq və xeyir-bərəkət vədəsi verir. Allah geniş (vücud, qüdrət və rəhmət sahibi) və (hər şeyi) biləndir”. ("Bəqərə” 268).
 
 Bəli, insan infaq etmək istəyən zaman şeytan qulağına pıçıldayar ki, əgər versən, sən yoxsul olacaqsan. Halbuki, Allah onun bu əməlinə görə ona xeyir və bərəkət vəd edir. Ona görə də infaq edək və Qiyamət yükümüzü yüngülləşdirək.
 
(Tebyan/ Deyerler.org
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 741 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]