Məcnunun nəzərincə haqq kiminlədir?! - Gözəl əxlaq dinin yarısıdır - Əxlaq - İslamda nələr var? - gunahkar-bende
Cümə axşamı, 2016-12-08, 7:02 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Məcnunun nəzərincə haqq kiminlədir?!
2013-08-25, 10:46 AM
Məcnunun nəzərincə haqq kiminlədir?!
 
"Dər Məhzəre-Lahutiyan" kitabında Mirzə Cavad Mələki Təbrizi yazır: Məcnun ləqəbi ilə məşhur olan Qeys ibn Amir, İmam Həsən ələyhis-salamın dövründə yaşayırmış. O, Leyli adında bir qıza aşiq idi. ( Əlbəttə onun, dillərdə dastanı məşhur olan Məcnun, yoxsa onda qeyrisinin olduğu məlum deyil. Lakin tarixi dəlillər göstərir ki, ehtimal var ki, o, real həyatda olmuş "Leyli və Məcun" dastanındaolan Məcnundur.)


Bir gün İmam Həsən ələyhis-salam at üstündə bir qrup şəxslə ilə gedirdi.  O, "Məcnun" adı ilə tanınmış Qeys ibn Amirlə rastlaşdı və Məcnuna dedi: "Məcnun! Haqq mənimlədir, yoxsa Müaviyyə ilə?"
Məcnun dedi: Leyli ilə! 
İmam buyurdu: "Əgər bundan başqa bir cavab versəydin, adın aşiqlər səhifəsindən silinərdi."
Əgər eşq həqiqi olsa, insanı həqiqətə çatdıracaq. Lakin məcazi eşq insanı heç bir yerə çatdırmaz.
Sizin nəzərinizcə öz zamanın İmamına belə bir cavabı verən şəxsin cavabı həqiqidir, yoxsa məcazi?!
Təəssüflər olsun ki, zəmanəmizdə belə "məcnun"lardan çox tapılır. Onlar öz dünyalarına elə qərq olmuşlar ki, öz məcazi eşqlərini həqiqəti hesab edirlər. Biri gözəllərin aşiqi, o biri cah-cəlalın, digəri böyük evdə yaşamaq aşiqi, başqa bir qismi də ən son model maşının aşiqi.
Bizim dövrümüzdə təəssüflər olsun ki, "nə əhəmiyyəti var ki, həqiqət kiminlədir və biizim vəzifəmiz nədir" əqidəsi ilə yaşanalar çoxdur. Belələri üçün qəti olaraq əhəmiyyətli deyil ki, onun imamı kimdir və kimin tərəfdarı olmalıdır. Bu əqidədə olanlar səhv yoldadırlar. Həqiqi ləzzəti gərək başqa yerdə axtarsınlar - Əhli-beyt ələyhis-salamın kərəm evində!


www.sibtayn.com
 
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 273 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]