Cümə axşamı, 2024-04-25, 7:52 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

İslamın nəzərinə görə, necə dincəlmək lazımdır?
2013-10-22, 8:34 AM
İslamın nəzərinə görə, necə dincəlmək lazımdır?

  Sağlam gəzinti və idman ağıla və cismə sevinc bəxş edər. İnsan həyatının zəruri üsullarındandır. İş görən insanın haqqıdır ki, oyun oynasın və gəzintiyə çıxsın. O kəs ki, fəaliyyət göstərir, bu, onun haqqıdır ki, yenidən güc toplasın. (Həvzəh)
Mütəxəssislərin dediyinə görə oyun oynamaq işləmək üçün çox faydalıdır. İşinin nəticəsi də yaxşı olur.
İslam fitrət dinidir. Ona görə də bu təmayülü rəsmi şəkildə qəbul etmişdir. Hədislərin birində belə deyilir: "Həqiqətən Pərvərdigarına görə boynunda haqq vardır. Cisminə görə də sənin boynunda haqq vardır. ...Ona görə də hər haqq sahibinə haqqını ver”.
Həzrət Peyğəmbərin (s) səhabələri buyurur: "Ya Rəsulallah! O zaman ki, sənin yanında oluruq, sən behişt və cəhənnəmi bizim üçün elə tərif edirsən ki, sanki onu gözlərimizlə görürük. O zaman ki, sənin yanından bayıra çıxırıq, evimiz, arvadlarımız və övladlarımız bizi özünə məşğul edər. Bir çox şeyləri yaddan çıxardırıq”. Bu zaman Həzrət (s) buyurur: "Sizin mənim yanımda olan hal kimi olmağınız bir saatdır, mələklərin sizə yataqda və yolda əl verməsi başqa bir saatdır”. Bunu üç dəfə təkrar edir.
Həzrət Əli ibni Əbitalib (ə) belə buyurur: "Saatbasaat qəlblərinizə yeni güc qatın. Çünki o zaman ki, qəlb iş görməyə məcbur olur, o, kor olur”.
Əbu Dərda deyir: "Həqiqətən mən bir qədər məşğuliyyətlə istirahət edirəm və bu mənə iş görməkdə kömək edir”.
Bundan başqa İslam dini zarafata da vaxt ayırmağı tövsiyə edir. Ancaq zarafat edən zaman həqiqəti demək lazımdır. Zarafat qəlbdəki qəm və qüssəni aparar. Hədislərin birində belə nəql edilir ki, bir qoca qadın Peyğəmbərin (ə) xidmətinə gəlib, deyir: "Ya Rəsulallah! Allahdan istə ki, bizi də behiştə aparsın”. Həzrət Peyğəmbər (s) buyurur: "Ey ana! Qocalar behiştə daxil olmaz”. O qadın bir müddət narahat olur. Ancaq bir qədər keçəndən sonra Peyğəmbər (s) ona izah edir: "O zaman ki, qadın qocadır, behiştə daxil olmaz. Allah onu cavanlaşdırar və cavan qız halında behiştə daxil edər”. Sonra da bu Quran ayəsini tilavət edir: "Əlbəttə, Biz onları məxsus xilqətlə (doğulmaqdan ayrı bir yolla, möcüzəvi şəkildə və yaxud dünyadakı mömin qoca qadınların yaradılışını yeniləşdirməklə) yaratmışıq. Beləliklə onları (həmişəlik olaraq) bakirə etmişik. Həm də ərlərini sevən və ya bir-biri ilə, yaxud ərləri ilə yaşıd”. (Vaqiə” 35-37).
Səhabələrdən biri nəql edir: "Həqiqətən, Peyğəmbər (s) atalara övladlarının tərbiyəsi üçün bu mövzunu tövsiyə edirdi: Övladlarınıza üzməyi və at minməyi öyrədin. Yaxşı şeir və atalar sözləri ilə onları doyuzdurun”.
Bəli, Məsumlardan (ə) gələn hədislərdə də möminin gündəlik iş proqramında gəzinti və idmana vaxt ayrılması tövsiyə edilmişdir. İmam Rza (ə) gündəlik işlərini dörd yerə bölmüşdü ki, onlardan biri də sağlam gəzinti idi. Bütün bunlardan belə nəticə çıxartmaq olar ki, möminin boynuna düşən vəzifələr içərisində gəzinti və idman da vardır.
 
/Deyerler.org/

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 657 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]