Cümə axşamı, 2024-04-25, 12:32 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

İradəmizi gücləndirmək yolları
2013-02-02, 4:44 PM

İradəmizi gücləndirmək yolları


  İradəli insan o kəsdir ki, bir iş görən zaman yaxşı düşünər və əgər onu faydalı bilərsə, yerinə yetirməyi qərara alar. Fəaliyyət göstərərək, onu yerinə yetirər. Ancaq iradəsiz insan isə o kəsdir ki, kiçik bir çətinliklə rastlaşan zaman geri çəkilər və həmin işi görməkdən imtina edər.

Əgər bir insanın həyatda bir hədəfi varsa, ona çatana qədər çalışmadan dayanmaz. Psixoloji və maddi çətinliklər onu bu yoldan saxlamaz.

İradəni gücləndirməyin yolları:

1. Hədəfi təyin etmək. İnsan ilk növbədə həyatda olan hədəfini müəyyən etməlidir. Etmək istədiyi işi dəqiq və aydın şəkildə təyin etməlidir. Bu hədəf gərək şəffaf, əldə oluna bilən, ifrat və təfritdən uzaq olmalıdır. Öz istedad və qabiliyyətlərinə uyğun olmalıdır. Çətinliklə üzləşən zaman ümidsiz olmamalıdır. Özünü iradəsiz hesab etməməlidir.

2. Öz qabiliyyətlərini tanımaq. Hər birimizin öz istedadlarımız vardır. Kifayətdir ki, bu gücümüzü tanıyaq. Hədəfimizə çatmaq üçün onlardan istifadə etməliyik.

3. Proqramlaşdırmaq. Gündəlik işləri proqramlaşdırmaq lazımdır. Bu proqram nizamlı və aydın olmalıdır. Yatacağımız, istirahət edəcəyimiz, mütaliə edəcəyimiz və yemək yeyəcəyimiz, fəaliyyət göstərəcəyimiz vaxtı müəyyən etməliyik. Hər səhər bu proqrama baxaraq, günə başlayaq. Gecə yatmamışdan qabaq isə gördüyümüz işlərin mühasibəsini aparaq. Gördümüz işlərdə nə qədər müvəffəqiyyət qazandığımıza nəzər salaq. Səhlənkarlıq edən zaman özümüzü tənqid edək.

4. Müsbət şeyləri təlqin edək. İnsan özünə dediklərinə inanır. Məsələn, deyəndə ki, mən zəif insanam və iradəm də zəifdir, həqiqətdə öz məhkumluq qərarımızı çıxarmış oluruq. Biz insanları özümüzə verdiyimiz əmrlər inkişaf etdirir. Çalışın özünüzə verdiyiniz əmrlər müsbət olsun və özünüzə müsbət fikirləri təlqin edin.

5. İradənin güclənməsi tədricən olur. İradəmizin güclü olmasını istəyiriksə, gərək qəbul edək ki, bu məsələ birdən alınan məsələ deyildir. Tədricən baş verir. Güman etməyin ki, bir dəfəyə iradənizi gücləndirə bilərsiniz. Bunun əməli yollarından daha çox istifadə edin: idman edin, gecə namazı qılmağa çalışın. Əgər hansısa gün qıla bilməmisinizsə, qəzasını yerinə yetirin. Gün ərzində ən az 50 ayə oxuyun. Get-gedə bu rəqəmi artırın. Həftədə ən azı iki dəfə oruc tutun.

Bu yolla səhər tezdən duracaq, Quran tilavət etməyə adət edəcəksiniz. Namazı əvvəl vaxtda qılacaqsınız. Günahı tərk etmək və havayi-nəfslə mübarizə aparmaq - iradəni gücləndirməyə yardım edən amillərdəndir. Heç bir zaman gördüyünüz və faydalı saydığınız işdən ümidsiz olmayın. Elə işləri öhdənizə götürün ki, onu sona çatdıra biləsiniz. Onu ən gözəl şəkildə yerinə yetirməyə çalışın. İşinizdə diqqətli olun. Hər bir məğlubiyyət bir həyat təcrübəsidir və ona görə ruhdan düşməyin. Bəxtinizi təqsirləndirmək yerinə qarşınızda olan maneələri araşdırın.

Daima Allaha təvəkkül edək və nemətlərinə görə şükür edək. Ondan yardım diləyək.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 880 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]