İnsanların sirlərini qorumaq – İlahi əmanətdir - Gözəl əxlaq dinin yarısıdır - Əxlaq - İslamda nələr var? - gunahkar-bende
Bazar günü, 2016-12-11, 9:02 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

İnsanların sirlərini qorumaq – İlahi əmanətdir
2013-08-25, 11:12 PM
İnsanların sirlərini qorumaq – İlahi əmanətdir

 Bir çox hallarda insan digәrlәrinin sirlәrindәn tәsadüfәn agah olur. Amma gәrәk insanların әmini olasan abırlarını aradan aparmayasan. Onlar üçün çәtinlik yaratmayasan.
Sirlәrin hifz olunmasını Allahdan öyrәnmәk lazımdır. Allah Təala hamıdan әvvәl bәndәlәrinin әmәllәrindәn, vәziyyәtlәrindәn, eyblәrindәn, günahlarından xәbәrdardır. Amma bununla belә, onları faş etmәz. Helm, sәbir vә sadiqliyi hamıdan daha artıqdır. Әgәr Allah bәndәlәrinin pәrdә arxasında olan gizli işlәrini ifşa etsәydi, görәsәn, kimsә bir-biri ilә dostluq edәrdimi? Әgәr Allah insanların mәxfi işlәrini aşkar etsәydi, görәsәn, kiminsә abır vә heysiyyәti qalardımı? Allah kәrimdir, abır qoruyan vә xәtaları gizlәdәndir. Allah insanların çirkin vә gizli işlәrini faş etmir. Әgәr etsәydi, bunun qarşısında kimsә tab gәtirә bilmәzdi. Bu deyilәnlәr "Kumeyl” duasında oxuduqlarımızdır: "Allahım, yalnız Sәnin bildiyin gizli eyblәrimi, sirlәrimi aşkar etmәklә mәni rüsvay etmә!".
Bilin ki, әmanәt tәkcә qonşudan aldığın xalçanın vә ya sәfәrә getdiyi zaman dibçәkdәki güllәrindәn muğayat olmağından ibarәt deyildir. Heysiyyәt hәr bir sәrmayәdәn daha üstündür vә sirr saxlamaqla da onu qorumaq olar. Әgәr bir şәxs başqa birinin gizli sirrindәn vә eybindәn agah olandan sonra onu alәmә bildirsә, günahdır. Sirri ifşa edәn şәxs әmanәtlәrinә xәyanәt etdiyi vә bununla da haqlarını tapdaladığı insanlara borcludur. Bu deyilәnlәrdәn sonra bәzi ailәlәrin şәxsi mәsәlәlәrinin dildәn-dilә düşәrәk nәql olunmağı, böyük-kiçik, hәr bir kәsin ondan xәbәrdar olmağı, hәqiqәtәn dә, tәәccüblüdür.
Hәzrәt İmam Rza (ә) bir hәdisdә  buyurur: "İman әhli üç xüsusiyyәtә sahib olmadıqca hәqiqi mömin olmayacaqdır. Birinci, Allahdan olan bir sünnәt, ikinci, Peyğәmbәrdәn (s) olan bir sünnәt vә üçüncü isә Allahın Vәlisindәn (ә) olan bir sünnәtdir. Rәbbinә mәxsus olan vә möminin dә malik olması gәrәkәn sünnәt - sirr saxlamaqdır".
Әgәr birindәn deyilmәsini istәmәdiyi bir söz eşitsәn, o sözün nәql olunması günahdır. Hәr hansı bir sirr bir ailәnin abrını tәhlükәyә atırsa, bu işin Qiyamәt günü mәsuliyyәti vardır vә ona cavab vermәk hәddindәn artıq çәtin olacaqdır.
Bilirsәn nәyә görә qeybәt haramdır vә әn çirkin günah hesab edilir? Çünki onun әsası  digәrlәrinin sirlәrini, pisliklәrini vә eyblәrini ifşa etmәkdәn ibarәtdir. Mәgәr tökülmüş vә aradan getmiş abrı ikinci dәfә yenidәn bәrpa etmәk mümkündürmü?! Mәgәr tökülmüş suyu bir daha qaba geri qaytarmaq olarmı?! Әgәr hәr hansı ailәdә әr-arvad arasında olan ixtilaflardan xәbәrin varsa, onun ifşa olunmasına nә lüzum vardır?! Әgәr bir şәxsin zәif yerindәn xәbәrin varsa, hansı şәri dәlilә әsasәn onu faş edib digәrlәrinә bәyan edirsәn?! Mәgәr hәr bilinәn şeyi demәk olarmı?! Mәgәr hәr düz sözün deyilmәsi düzgündürmü?! Vә bizә vacibdirmi ki, hәr düz sözü deyәk?!
 
(Müәllif: Cavad Mühәddisi)
/Deyerler.org/


Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 255 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]