Cümə günü, 2024-03-29, 4:57 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

İnsanların arasını düzəltmək, bir ilin oruc və namazından üstündür
2013-08-22, 6:53 PM
İnsanların arasını düzəltmək, bir ilin oruc və namazından üstündür
 İslam dininin biz müsəlmanları dəvət etdiyi ən mühüm məsələlərdən biri sülh, müsəlmanların vəhdət mövzusudur. İmam Əli (ə) zərbətlənən zaman İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyət edir və buyurur: "Sizə və bütün övladlarıma və qohumlarıma və o kəslərə ki, bu vəsiyyət onlara çatır, Allahdan qorxmağı, həyatda nizamlı olmağı və aralarında sülh yaratmağı tövsiyə edirəm. Çünki mən sizin cəddiniz Peyğəmbərdən (s) eşitmişm ki, buyurub: "İnsanların arasını islah etmək bir ilin oruc və namazından üstündür””.
 
Həzrət (ə) buyurur: "Düşmənin sülh təklifi Allahın xoşuna gedən bir əməl olduğu üçün onu rədd etmə. Əsgərlərin təsəllisi, sənin fikri rahatlığın və ölkənin təhlükəsizliyi sülhlə təmin edilər. Lakin, zinhar, zinhar! Düşmənlə sülh bağladıqdan sonra. Çünki bəzən düşmən sizi qafil etmək üçün yaxınlaşar. Ona görə də uzaqgörən ol. Əgər səninlə düşmənin arasında peyman bağlanıbsa, ya ona aman vermisənsə, öz əhdinə vəfa et. O şeyi ki, öhdənə götürmüsən, əmanətdar ol. Canını peymanın üçün qalxan qərar ver. Çünki heç bir ilahi vacibat əhdə vəfa kimi deyildir”.
 
(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 727 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]