Çərşənbə axşamı, 2024-03-19, 9:34 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

İnsan nə qədər ağıllı olsa da, məsləhətdən ehtiyacsız deyil
2013-08-19, 9:31 AM
İnsan nə qədər ağıllı olsa da, məsləhətdən ehtiyacsız deyil

İnsan əqlinin hidayət olmasında məşvərətin və məsləhətin rolu böyükdür. O kəslər ki, işlərində bu gücdən bəhrələnirlər, baqşalarının nəzərlərinə dəyər verirlər, müvəffəqiyyət qazanarlar. Məşvərətin mənası budur ki, sahibnəzər və ağıllı insanlardan rəy almaqdır.
 
İslam dini məşvərətə xüsusi əhəmiyyət verən bir dindir. Misal üçün Allah Peyğəmbərinə (s) buyurur: "İşlərdə onlarla məsləhətləş və qəti qərara gəldikdən sonra Allaha təvəkkül et ki, şübhəsiz, Allah təvəkkül edənləri sevir”. ("Ali-imran” 159).
 
 Bu ayə Ühüd döyüşünə işarə edir və bəziləri bu döyüşdən qaçmışdılar. Allah bu ayədə Peyğəmbərinə (s) buyurur ki, onları əfv etsin və işlərdə yenə də onlarla məşvərət etsin. Onların rəy və nəzərini görməməzliyə vurmasın. Quran buyurur ki, baxmayaraq ki, Peyğəmbərin (s) ağlı bütün bəşərin ağlından daha kamildir, ancaq elə məsələlər vardır ki, ola bilsin onlar təklif etmək iqtidarında olsunlar.
İnsan hər nə qədər aqil olsa da, məşvərətdən ehtiyacsız olmaz. Bu güc insana kömək edər ki, daha az səhvə yol versin. Ancaq bəzi insanlar öz əqidələrinə bütləri kimi bağlanarlar. Başqalarının rəyinə laqeyd qalarlar. Ona görə də peşmançılıqları da çox olar.
İmam Əli (ə) bu haqda buyurur: "Hər kim müxtəlif rəylərdən istifadə edər, səhvini tapar. Hər kim düşüncə etmədən bir işə girər, özünü çətinliklər və hadisələr qarşısında qoyar. Əməldən qabaq düşüncənin aqibəti səni peşmançılıqdan amanda saxlayar. Aqil təcrübələrdən öyüd alar. Təcrübələrindən yeni elm əldə edər”.
 
Həzrət Peyğəmbər (s) bu haqda buyurur: "Məşvərət peşmançılığın qarşısını alar və məzəmmətdən amanda saxlayar”.
İmam Əli (ə) buyurur: "Hər kim hökm vermək məqamına çatanda, ancaq özünü görərsə, başqalarından üz çevirərsə, həlakətə çatar. Hər kim insanların rəyini alarsa, özlərini onların ağlında şərik edər”.
"O kəs ki, məşvərət etməz, peşman olar”.
 
Bəli, təkəbbür və özünü səhv və xatadan amanda hesab etmək insanı başqalarının rəyindən bəhrələnməkdən məhrum edər. Ona görə də çox zaman səhvləri təcrübə edər. Ancaq bu səhvlərdən uzaq olmaq üçün məşvərət yolundan istifadə etmək daha yaxşı olar.
 
(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 1471 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/1
Total comments: 1
0  
1 GADİR   (2013-08-21 6:51 AM) [Daxil et]
Salam aleykum
ALLAH RAZI OLSUN

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]