İnsan kamillik yolunu getməsə, ibtidai heyvandan da aşağı enər - Gözəl əxlaq dinin yarısıdır - Əxlaq - İslamda nələr var? - gunahkar-bende
Bazar ertəsi, 2016-12-05, 3:29 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

İnsan kamillik yolunu getməsə, ibtidai heyvandan da aşağı enər
2013-07-26, 0:50 AM

İnsan kamillik yolunu getməsə, ibtidai heyvandan da aşağı enər

 

Allah insanı ən gözəl surətdə xəlq etmişdir. Bəs niyə bəzi ayələrində insanı heyvandan da alçaq hesab edir?

 

1. Allah insanı ən gözəl yerdə və ən gözəl surətdə xəlq etmişdir. Bu, o deməkdir ki, yəni Allah insanı həm cismi, həm ruhi, həm də əqli cəhətdən ən layiqli şəkildə xəlq etmişdir. Lazımlı istedadları onda qərar vermişdir. O zamana qədər ki, bu qabliyyət və istedadı var, ən ali İlahi qürbə yaxınlaşar. Allahın yanında cavidan həyata və səadətə çatar. Allah insandan istəyir ki, ixtiyarına qoyduğu elm və istedaddan istifadə edərək, saleh əməllər görsün.

 

2. Allah buyurur ki, bəzi insanlar heyvan kimi yolunu azmışlardır. Yəni bu insanlar insanı heyvandan ayıran qabiliyyətləri əldən vermişdir. Bu da insanın xeyirlə şəri ayırmaq qüdrətidir. İnsan həyatına aid olan fayda və zərəri müəyyən etməkdir. Bu insanlar heyvanlar kimi ancaq yeyir, içir, ehtiyaclarını ödəyirlər.

İmam Əli (ə) buyurur: "Onlar kökəldilmiş heyvanlar kimi ancaq ot yeməyi düşünürlər. Ya da başqa heyvanlar kimi otlaqda buraxılıblar. O tərəfdən və bu tərəfdən ot götürərlər”.

Başqa sözlə desək, zəngin insanlar kəkəldilmiş heyvanlar kimi, yoxsullar isə səhrada su və ot dalınca olan qoyunlar kimi təsvir edilmişdir. Hər iki dəstənin də hədəfi qarınlarından başqa bir şey deyildir. İmamın (ə) buyurduqları ola bilsin ki, bir insana aid olsun, ya da bir millətə. Sağlam olmayan məşğuliyyətlərə qarışıb, öz bədbəxtliklərini düşünmürlər. Yüksəlməyi düşünmürlər. Nə eşidən qulaqları və nə görən gözləri vardır.

 

3. Allah Təala insanı ən gözəl şəkildə xəlq etmişdir. Əgər insan haqq yoludan ayrılarsa, elə süqut edər ki, ən alçaq mərhələyə düşər.

 

Bəli, bu insan Allahın verdiyi istedadları işə salmasa, kamal yolunu getməsə, özünü İlahi rəhmətdən məhrum edər. İlahi feyzdən bəhrlənə bilməz. Bu insan əgər insanlığını müəyyən edən istedadlardan yararlanmazsa, süqut edər və heyvanlarla eyni sırada qərar tutar.

İnsan kamala çata biləcək bir varlıqdır. Ancaq heyvanlarla eyni səviyədə qərar tutması onu insanlıqdan çıxarar. Halbuki, heyvanların bu istedadı yoxdur. Bəlkə heyvanlar Allahın onlar üçün müəyyən etdiyi yolda hərəkət edərlər.

Halbuki Allah insana qulaq, göz və qəlb vermişdir, lakin insan onlardan bəhrələnməz. Özünü bu səadətdən məhrum edər.

 

(Tebyan/deyerler)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 228 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]